Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İdeal kişi qarderobunun sirləri
İdeal kişi qarderobunun sirləri
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 740
Səs ver:
Qadın geyimləri haqqında mütəmadi məlumat verir, xanımları mövsümün dəbi ilə yaxından tanış edirik. Dəblə geyinməyən, ümumiyyətlə, maraqlanmayan kişilər isə, adətən, diqqətdən kənarda qalır.

Birinci qayd
Çox pul xərcləmədən zəngin qarderob yaratmağın ilk qaydası rəng müxtəlifliyinə yol verməməkdir. "Zəngin qarderob” dedikdə ağlınıza rəngbərəng geyimlər gəlməsin. Klassik rənglərdən ibarət qarderob da kifayət qədər zəngin hesab olunur. Odur ki, rəng müxtəlifliyinə çalışmayın. Çünki ancaq ən təcrübəli modapərəst rəng müxtəlifliyindən baş çıxara bilər. Qalan kişilər rənglərin harmoniyasından xəbərsiz olduqlarından tez-tez ciddi səhvlərə yol verəcəklər. Ümumiyyətlə, kişi qarderobunu, xüsusilə işgüzar kişilərin qarderob bazasını ağ, qara, göy, qəhvəyi və boz rənglər təşkil etməlidir. Çünki rəngli kostyum işgüzar üslubda yolverilməzdir. Ağ-qara geyimlər isə qarderobda istənilən rənglərlə uyğunlaşır, eyni zamanda ziyafət gecələrinin əsas rəngləri sayılır.

İkinci qayda
Dahi modelyerlərə belə moda nümayişinin sonunda yalnız bir detalın idman üslubunda olmasına icazə verilir. Qalan bütün elementlər klassik üslubda olmalıdır. Bu cür geyim stili həm rəsmi qəbullar, həm işgüzar görüşlər, həm də romantik şam yeməyi üçün əlverişlidir. Buraya: qara klassik pencək, uzun qollu ağ köynək, klassik mavi cins şalvar və qara dəri ayaqqabı daxildir. Bu obraz idealdır və onun yeganə idman elementi cinslərdir. Bu üslubda ayaqqabı və kəmər uyğunluğuna da xüsusi diqqət yetirin. Seçdiyiniz köynək, şalvar bir-birinə nə qədər uyğun olsa da, bu görünüşü yanlış ayaqqabı ilə heç edə bilərsiniz. Ayaqqabınızın bahalı olması lazım deyil. Əsas onun geyiminizlə uyğunluğu və təmiz, səliqəli olmasıdır.

Üçüncü qayda
Əgər qadınların geyiminə diqqət yetirsəniz, onların hətta gündəlik geyimlərində də müxtəlif aksessuarlardan istifadə etdiyini görərsiniz. Qəbul edək ki, bu aksessuarlar onların gözəlliyinə gözəllik qatır və daha incə, zövqlü göstərir. Kişilər yaraşığını vurğulamaq üçün qadınlar kimi dəbdəbəli bərbəzək əşyalarından istifadə edə bilmirlər. Məlum məsələdir ki, onlar bundan məhrumdur. Lakin bu funksiyanı keyfiyyətli qol saatı və kəmər yerinə yetirə bilər. Kişilər üçün olan aksessuarlar geyimlərlə uyğunlaşdırılanda çox maraqlı görünür.

Dördüncü qayda
Kişini nə futbolka, nə sviter, nə də zolaqlı və ya qısaqol köynək ağ, düyməli köynək qədər eleqant göstərə bilməz. Özü də yalnız uzunqol variantı. Çünki qısaqol ağ köynək kişi seksuallığına qarşı cinayətdir. Yayda uzun qollu geyinə bilmirsinzisə, onun qollarını qatlamaq qadağan deyil. Yeri gəlmişkən, qeyd edək ki, zolaqlı köynəklər kişiləri vizual olaraq hündür göstərir.

Beşinci qayda
Hörmətli kişilər, əlinizdə hər hansı məhsulu reklam edən paket gəzdirməkdənsə, təbii dəridən hazırlanan çantalara üstünlük verin. Bu halda primitiv görünməyəcək, həm də uğurlu karyera sahibinə oxşayacaqsınız. Unutmayın ki, üstünüzdə gəzdirdiyiniz hər detal sizin imicinizə təsir edir. Ona görə də istifadə etdiyiniz çantanın görünüşünə diqqət yetirin. Qara klassik çanta istənilən geyimlə uyğunlaşacaq.  

Sonuncu qayda
Sonda manikür-pedikürü unutmayın. Bəli, müasir kişilər dırnaqlarının səliqəli görünməsinə fikir verirlər. Dırnaqların səliqəli olmasının metroseksuallıqla heç bir əlaqəsi yoxdur. Səliqəli dırnaqlar sadəcə, sizin təmizkar olduğunuzun göstəricisidir.


Şərhlər:
Baxılıb: 740
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz