Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərin ən çox buraxdığı 4 dəb xətası
Kişilərin ən çox buraxdığı 4 dəb xətası
Göndərən: emis
Şərhlər:
Baxılıb: 652
Səs ver:
Kişilər üçün işgüzar üslubun qəbul olunmuş qaydaları var və onlar həmin qaydaları aşa bilmir. Ona görə də kişi qarderobundakı geyimlər bir-birindən heç nə ilə fərqlənmir. Nəinki üslub, elə rəngdə də. Belə ki, alış-veriş edəndə həmişə eyni rənglərə müraciət edirlər. Halbuki işgüzar stilin qaydaları onları darıxdırıcı ofis stilində geyinməyə sövq etməməlidir. Kişilər zərif cinsin nümayəndələri qədər olmasa da, dəbi izləməli və baş verən dəyişikliklərdən xəbərdar olmalıdırlar. Unutmamalıdırlar ki, bədən quruluşuna uyğun olan geyimlər seçmək onlar üçün də əsas şərtdir. Müasir dövrdə yaşayırıqsa, qəliblənmiş və ənənəvi geyim stlindən bir qədər uzaqlaşmağa dəyər.
 
Seçdikləri geyimdə lap sərçə kimi görünürlər
Ofisdə işləyən kişilər, adətən özlərinə bir bədən böyük geyimlər seçirlər. Halbuki, uzun, çiyinlərindən düşən, əldən aşağı sallanan pencək və ya bol şalvarların içində kişilər sərçə kimi görünürlər. Odur ki, əyninizə olmayan geyimlərdən uzaq durun, bədəninizə kip oturan paltarlar seçməyə çalışın.
 
Seçdiyiniz qalstukla görünüşünüzü korlamayın, tərzinizi vurğulayın
Qalın və cəlbedici rənglərdə seçilmiş qalstuk kostyumun görünüşünü korlayır. Hələ qalın qalstuk taxan kişilərə demək istəyirik ki, bu tərz qalstuklar artıq dəbdə deyil. Son illərin dəbi nazik, kiçik naxışlı qalstukladır. Qalstukunuzu bağlayarkən uc hissəsinin kəmərin bərabərində olduğuna diqqət edin.
 
Unutmayın, qalstuk seçdiyiniz müxtəlif geyimləri bir-biri ilə uyğunlaşdırmağınıza kömək edir. Seçdiyiniz idman, ya da klassik qalstuklar ətrafdakılara stilinizi tanıtmaq baxımından olduqca əhəmiyyətlidir. Seçim zamanı çalışın ki, onun naxışları, rəngi ilə köynək və şalvarınızın rəngi bir-birinə uyğun olsun. Zolaqlı qalstuklardansa, daha yaradıcı, orjinal qalstuklar istifadə etməyə çalışın.
 
Özünüz qısaboy və yöndəmsiz olmaqdansa, pencəyinizin qolu qısa olsun
Şkafınızı açın və pencəklərin qollarına baxın. Əgər pencəyin qolu köynəyin qolunu örtürsə, bu, yanlışdır. Həmin pencəyi dərhal dərziyə aparıb qollarını kəsdirin. Çünki pencəyin qolunun həddən artıq uzun olması kişiləri qısa boylu və yöndəmsiz göstərəcək. Unutmayın, pencəyin qolu biləyinizdə bitməlidir. Hətta köynəyin manjeti də pencəkdən görünə bilər.
 
Boyunuzun uzanmağını gözləməyin, şalvarın balağını kəsdirin
Bəyəndiyiniz şalvarın balaqlarının uzun olması normaldır. Lakin hamımız yaxşı bilirik ki, 18 yaşından sonra boy uzanmır. Ona görə də şalvarı alandan sonra mütləq onu dərziyə aparıb balaqlarını kəsdirin. Boyunuzun uzanmasını gözləmək mənasızdır. Yeri gəlmişkən, qeyd edək ki, şalvar balağı dabandan 1-2 sm yuxarıda bitməlidir. Müvafiq uzunluqda olan şalvarlar kişini daha uzun və qamətli göstərəcək.
 
Son illərdə dar şalvarlar kişilər arasında dəbə minib. Lakin nə dəb tənqidçiləri, nə də ki, həkimlər bu tərzi dəstəkləmirlər. Birincisi, çox sağlamlığa ziyandır, ikincisi isə gülməli görünürlər.
 
Ümid edirik ki, kişilər bu yazılanlardan düzgün nəticə çıxaracaq və tezliklə şəhərimizin küçələrində modapərəst xanımlarla yanaşı, dəbli kişilərə də rast gələcəyik.


Şərhlər:
Baxılıb: 652
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz