Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Üz quruluşuna uyğun saqqal
Üz quruluşuna uyğun saqqal
Göndərən: Catwoman666
Şərhlər: 10
Baxılıb: 909
Səs ver:
Geyimləri bədən quruluşuna görə seçdiyimiz kimi saqqal da hər kişiyə yaraşmır, hər üz tipinə uyğun gələn saqqal modeli var.

Saqqalı dəyişdirərək üzünüzün xarizmatik tərəflərini ortaya çıxara, bəyənmədiyiniz cizgilərini isə örtə bilərsiniz. Tanınmış insanlar stilistlərlə daha çox ünsiyyətdə olduğu üçün onlara nəyin yaraşdığını daha yaxşı bilirlər.

Biz bu gün kişilərin üz quruluşuna hansı saqqalın yaraşdığını deyəcəyik.
5 fərqli üz quruluşu və onlara ən uyğun saqqal stillərini göstərəcəyik. İlk olaraq hansı üz quruluşuna sahib olduğunuzu nəzərdən keçirək. Sonra isə təraş bıçağını əlinizə alıb stilinizi dəyişin.

Ən yaxşı cəhətlərinizi üzə çıxarın
Saqqal çox tez uzanır, buna görə də onlarla oynamaqdan qorxmayın. Nəticə etibarı ilə saqqalı bəyənməsəniz, kəsdirə bilərsiniz. Saqqal stilini dəyişdirmək görkəminizi dəyişdirmək üçün ən asan və ən fantastik şeydir. Lakin dəyişməzdən əvvəl saqqal uzunluğuna, üz quruluşuna fikir verin. Saqqal uzandıqca formasının itməməyi üçün qayçı ilə vaxtlı-vaxtında kəsin.

Üz quruluşu: Kvadrat – David Bekham
Saqqal stili: Üzü kvadrat formalı olan kişilər üzlərini qutu kimi göstərən modellərdən uzaq durmalı, daha incə saqqal stillərinə müraciət etməlidir. Mükəmməl saç stili ilə az, amma bütün üzü örtən saqqal uğurlu seçimdir.

Kvadrat üz quruluşu olan kişilər David Bekham kimi bütün üzü örtən lakin çox az saqqal stilinə müraciət etməlidir. Bu saqqal stlini düzəltmək çox asandır. Bir neçə həftə saqqal buraxın, sonra isə ülgəci əlinizə alıb işə keçin. Qüsursuz saqqal əldə etmək istəyirsinizsə, bərbərə gedin. Bərbər işini bitirən kimi saqqalın sizə çox yaraşdığını, onu qorumaq üçün çox az zəhmət tələb etdiyini görəcəksiniz.

Üz quruluşu: Uzunsov kvadrat – Tom Ford
Saqqal stili: Uzunsov üzlər daha bucaqlı olurlar. Əgər bu cür üzünüz varsa, daha oval və boynu qısa göstərən bığla üz formasının qüsurlarını örtə və balanslaşdıra bilərsiniz. Modanın ən öndə gedən kişilərinin stillərindən nümunə götürün. Üzünüzün bəyənmədiyiniz tərəflərini saqqalla gizlədə bilərsiniz. Tom Fordun saçı seyrəkdir, saqqalı isə uzun üzünü örtür. Bəlli miqdarda saqqal saxladığı üçün seyrək saçı daha az bilinir. Onun tərzini təkrarlamaq çətin olmayacaq.

Üz quruluşu: Yumru - Kanye Vest
Saqqal stili: Yumru üz quruluşuna sahib olan kişilər üzlərinə ciddi görkəm verən saqqal saxlamalıdır. Lakin üz quruluşu tamamilə itməməlidir. Xüsusən də yumru üzünüz və kiçik xətləriniz varsa, qalın saqqallardan uzaq durun.

Kanye Vest yumru üzü və nazik üz xətləri olan məşhurlar arasında yaxşı nümunədir. Kanye saçlarını qısa kəsdirir, ağzının yanlarında və çənəsində saqqal saxlayır. Bir neçə həftə saqqal saxlayın, istədiyiniz uzunluğa çatanda isə ülgücü alıb sizə yaraşan saqqal stilinizi düzəldin. Üzünüzün digər hissələri isə pürüsüz və təmiz olmalıdır. Təraşdan sonra krem çəkin.

Üz quruluşu: Üçbucaq – Ryan Gosling
Saqqal stili – Üçbucaq üzləri olan kişilərin çənələri bir az uzun olur. Dolğun saqqal, çənə və ağız qismini qalın göstərir. Daha dağınıq saç forması daha xoş görünür. Üçbucaq üz quruluşu olan kişilərə Ryan Goslingdən daha yaxşı nümunə ola bilməz. Üzünüz onun kimidirsə, onun saqqal stilini təkrarlayın, bir az qalın bığ saxlayın.

Üz quruluşu Armudvari – Dane Cook
Saqqal stili: Çənəsi uzun olan və armudvari üz quruluşu olan kişilər üz ifadəsini yumşaltmaq üçün qalın saqqal saxlasa, yaxşı olar. Qalın saqqal çənəni gizlədir, həm də balaca göstərir. Dane Cook çənəsi hədsiz uzun məşhurlardandır. Bütün üzü örtən saqqalı ilə bunu gizlətməyi çox yaxşı bacarır. Saqqal bütün üzünüzü örtəndən sonra qayçı kənarlarını düzəldə bilərsiniz.


Şərhlər: 10
Baxılıb: 909
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Saqqal hər kəsə yaraşmır. Yaraşanlar da üz quruluşuna uyğun saqqal seçməlidir.

...666...
30 avqust 2015 21:00
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
♥ KaMa ♥
məndə əməl edərəm təşəkkürlər 02 23
30 avqust 2015 18:12
# 9
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
ALESSANDRA
saqqali oqlanlardan xosum gelir sirinlik verir
saqqal her adama yarasmir ama 02
30 avqust 2015 17:18
# 8
Don't trust anyone ∆
vipbetul
kisilere aid xeberdi

kisilere aid xeberdi

kisilere aid xeberdi

kisilere aid xeberdi

kisilere aid xeberdi

kisilere aid xeberdi

kisilere aid xeberdi

kisilere aid xeberdi

kisilere aid xeberdi
30 avqust 2015 15:33
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
GünƏşimƏ_AiD_
kishilerde saqqali cox beyenirem.hemde dindede her bir kishnin sagali olmalidi bele bir deyim varki:saqqal kishin Hicabidi.
eslinde saqqal kishileri boyuk gosteriri amma yarashirda belli bir yashdan sora.
daha ne boyda saggal yoxe sade azca ammabilinene terzde beyenirem..
tshk)))
30 avqust 2015 15:08
# 6
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Dosta_inam
Nedense oglanlar saqqal saxlayanda hec xosum gelmir.yoldasim da saxlamir.
30 avqust 2015 15:06
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
HAPPY_EYES
uzu qirxandan 3 gun sonra cixan saqqali xoslayiram oglanlarda
30 avqust 2015 14:56
# 4
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
tek umidim sen
Az miqdarda saqqali beyenirem. Yaxsi gorsenir...

30 avqust 2015 12:19
# 3
Kadın derin ama adam yüzme bilmiyor...
Mrs.Pianist
Uzde azca tuk olmasin cox sevirem wirin gosterir oglanlari))
30 avqust 2015 12:05
# 2
Acısı çox olan qizların guluşu gozel olur.!
BARBI
Oglannarda kirli saqqal ifadesi var. bu tip saqqal sevirem. Yarasiqli ve sirli gosterir
30 avqust 2015 08:14
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz