Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərin qadın qarderobunda bəyəndiyi 9 ən seksual geyim
Kişilərin qadın qarderobunda bəyəndiyi 9 ən seksual geyim
Göndərən: Fialka
Şərhlər: 14
Baxılıb: 3807
Səs ver:
Kişilərin böyük əksəriyyəti trendlərdən anlamasa da, zərif cinsin nümayəndələri onların xoşuna gəlmək üçün geyinib-kecinirlər, ən son dəblə ayaqlaşmağa çalışırlar.

Düzdür, kişilər dəblə ayaqlaşmağı sevmirlər. Lakin gözəl geyinmiş, bəzənmiş xanım görəndə də baxışlarını ondan ayıra bilmirlər. Bəs, görəsən kişilərin diqqətini ən çox nə cür geyinən qadınlar cəlb edir.

Cins şalvar
Bu il bol kəsimli, cırıq "boyfriend” cinslər çox dəbdədir. Amma kişilər dar, bədənə yaxşı oturan cinsləri daha çox bəyənirlər. Çünki dar cinslər bədən quruluşunu gözəl göstərir, ayaqları isə vizual olaraq uzadır.

Dekolte
Dekolte dedikdə əlbəttə ki, qısa yubka, çox dərin yarıq və ya sinə dekoltesini nəzərdə tutmuruq. Çox açıq geyinən qadınlar ətarfa özü haqqında yaxşı mesaj ötürmür, bu, sizin haqqınızda yanlış təəssürat yarada bilər. Ona görə də, bu məsələdə həddi aşmamaq vacibdir. Məsələn, sadə paltarda bir dekoltenin olması bəsdir.  Bu qadını həm cəlbedici, həm də sirli göstərir.

Dikdaban ayaqqabı
Dikdaban ayaqqabının sehrli gücə malik olduğunu bilməyən yoxdur. Bu ayaqqabılar qadın yerişini bir anda dəyişir, ona seksuallıq bəxş edir. Lakin burda da diqqətli etməli olduğunuz məqamlar var. Ayaqqabı mütləq rahat olmalıdır. Çünki dikdaban ayaqqabıda yaxşı gəzə bilməyən qadınlar kişilərdə maraq deyil, ancaq qıcıq doğuracaq.

Açıq çiyinlər
Körpücük sümüyü, boyun dərisi və çiyinlər kişilərin fikrincə, qadın bədəninin ən ehtiraslı hissələrindən biridir. Bu mövsümün trendləri arasında açıq çiyinlər  siyahıda liderlik edir. Bu fürsəti əldən verməyin!

Kişi köynəyi
Kişilərə "afrodizyak”  təsir göstərən geyimlərdən biri də ağ kişi göynədir. Onu müxtəlif cür geyimək olar. Məsələn, dar cins şalvarlar, yaxud yubka karandaşla yaxşı yaraşır. Belinizin incəliyini vurğulamaq üçün nazik kəmər taxmağı da unutmayın.

Eynək
Eynək məktəb illərində çirkin qızların taxdığı aksessuar kimi xaraketrizə olunur. Amma kişilər eynək taxmış işgüzar xanımları çox bəyənirlər. Əlbəttə ki, Harri Poter eynəkləri deyil.  Kişilərin favoritləri arasında qara və böyük çərçivəli eynəklər əsas yer tutur.

Kürək dekoltesi
Kürək dekoltesi də kişilərdə həyəcan doğuran qadın bədəninin bir hissəsidir.  Kürək dekoltesindən istifadə etdikdə geyimin digər hissələri maksimum dərəcədə bağlı olmalıdır. Belə obraz daha effektli görünür.

Yarıqlar
Əgər siz uzun yubkalar geyinməyi xoşlayırsınızsa, onda sizə xoş olmayan xəbərimiz var. Belə ki, uzun donlar geyinən xanımlar kişilərin diqqətini o qədər də çəkmir. Amma kompromis variant var: yubka və paltarlarda yarıq varsa, əksinə, çox cəlbedici görünəcəksiniz.

Kolqotka
Qara rəngli şəffaf kolqotka kişiləri həmişə həyəcanlandırır.


Şərhlər: 14
Baxılıb: 3807
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ledy..
Ewi kiwilerin beyendiyi geyimleri saymagla bitmez mene maraglidi goresen kiwiler hansi geyim var ki onu geyinen de qadini beyenmesinlet
29 yanvar 2016 22:14
# 14
u
MODABAZ
Kisiler her cur dekolteni sebirlər teki aciqluq olsum)))
16 avqust 2015 20:15
# 13
Heyata daim gulmek lazimdii
ALESSANDRA
bezilerin istifade edrem 08
15 avqust 2015 18:38
# 12
Don't trust anyone ∆
Laliçqaa
Fikdaban ve dekolteni cixmaqla qalanarini edirem 122

Yeni qardurobumda var
15 avqust 2015 12:16
# 11
Catwoman666
Kişilər adı sadalanan bu geyimlərin həyat yoldaşlarının məhz onun üçün geyindiyini görəndə xoşuna gəlir. Çünki məncə kişilərin əksəriyyəti qadınlarının seksual geyimdə evdən eşiyə çıxmağını istəməz.

...666...
14 avqust 2015 21:46
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
VIP
Dikdabanı cox geyinmirəm.Qalanlarında demək olar hec birini istifadə etmirəm.
14 avqust 2015 16:26
# 9
Başımın üstündə Allah,yanımda ailəm olsun.
qanadli melek
Yazilan geyimlerden bezilerinen istifade edirem
14 avqust 2015 15:59
# 8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
vipbetul
onlar diyesen ele butun geyimler heyecanldidi
14 avqust 2015 15:17
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Leylas
Yaxsi xeberdi )
14 avqust 2015 12:40
# 6
tatyana
Dekolte,kurek dekoltesi,kisi koyneyi,aciq ciyinler yoxumdu,zovqunuze ne deyek...
14 avqust 2015 11:10
# 5
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
Dosta_inam
Burda yazilanlari demek olar ki, geyinmirem dekolte ciyni aciq geyimler mene gore deyil.

Burda yazilanlari demek olar ki, geyinmirem dekolte ciyni aciq geyimler mene gore deyil.
14 avqust 2015 10:42
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
♥ KaMa ♥
eynək.. 126
14 avqust 2015 10:23
# 3
Dünyanın yarısını qadınlar təşkil edir, digər yarısını isə qadınlar yetişdirir. Qadına qarşı hörmətli ol !!!
meni_gozle
he ele heyecanladirici geyimlerdi
14 avqust 2015 09:37
# 2
BARBI
Elbette dekolte sevirler. Xususende kisiler kurek dekoltesinin vurgunlaridir
14 avqust 2015 07:51
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz