Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Fikri ciddidir, ya əylənir? – Əmin deyilsinizsə, oxuyun!
Fikri ciddidir, ya əylənir? – Əmin deyilsinizsə, oxuyun!
Göndərən: Fialka
Şərhlər: 10
Baxılıb: 2523
Səs ver:
Demək olar ki, hər bir qız sevgilisindən əmin olmaq istəyir. "Görəsən, fikri ciddidir, yoxsa könül əyləndirir?”, -  sualı qızları daim narahat edir.

Xüsusilə də, yeni tanışlıqlarda hər kəs qarşısındakı insanın fikrindən keçənləri, əsl niyyətini bilmək istəyir. Ancaq kişilərin ağlından keçəndən heç şeytan da baş çıxara bilməz. Hər fürsətdə qadınları başa düşməyin çətinliyindən, hətta mümkünsüz olduğundan dəm vuran kişiləri tanımaq elə də asan deyil.

Kişilərin qurduğu cümlələr çox vaxt insanı çaşbaş salır. Belə ki, təcrübəsiz və diqqətsiz qadın qarşı cinsin verdiyi siqnalları yanlış anlaya bilər. Odur ki, qarşı cinslə yaxınlaşmağa başlamadan öncə bəzi nüansları bilməlisiniz ki, onun sizə aşiq olub-olmadığından əmin olasınız. Burada söhbət təkcə həmin insanın sizinlə ailə qurmaq fikrində olub-olmamasından getmir. Unutmayın ki, münasibətə ciddi yanaşmaq sadəcə, ailə qurmaqla bağlı deyil. Sevdiyiniz adamla evlənə bilməsəniz belə, ən azından onunla keçirdiyiniz vaxta dəydiyini, onun da sizi sevdiyini bilib təsəlli alacaqsınız.

Yanlış qərarlar almaq istəmirsinizsə, sizi sevən kişini ilk baxışdan tanımalısınız.

Sizi tanımağa çalışır
Sizinlə birgə gələcək planları qurmayan oğlan arzularınızı, xəyallarınızı, hədəflərinizi öyrənməyə can atmaz. Ancaq sizi həqiqətən sevirsə, hansı janrdakı filmləri və ya musiqiləri sevdiyinizlə maraqlanacaq. Boş vaxtınız olanda nə ilə məşğul olduğunuz soruşacaq. Bir sözlə, yeni tanış olduğunuz insan mütəmadi olaraq çoxlu suallar verir və sizi daha yaxından tanımağa çalışırsa, bunu yaxşı əlamət kimi qəbul edin.

Sizi dostları ilə tanış edir
Sizinlə əylənmək istəyən oğlan həmişə tək qala biləcəyiniz məkanlara getməyə üstünlük verəcək. Yanınızda rəfiqənizi gətirməyinizi istəməyəcək. Dostlarınızla tanışlıq onu narahat edəcək. Əksinə, sizinlə birgə bir gələcək düşünürsə, sizi öz dostları ilə tanış edəcək. Bir də görəcəksiniz ki, tanışlığınızın üzərindən çox az müddət keçməsinə rəğmən dostlarının hamısını tanıyırsınız. Hətta onlarla birgə həftəsonu planları qurur, konsertə, teatra gedirsiniz. Uzun sözün qısası, sizinlə birlikdə olduğunu hamıya göstərirsə, sizi sosial həyatına daxil edirsə, deməli, onun sevgisinə inana bilərsiniz.

Ailəsi ilə tanış edir
Bir var, valideynlərindən zəng gələndə "dostlarımlayam” - deyən oğlan, bir də var adınızı çəkərək sizinlə birlikdə olduğunu utanmadan dilə gətirən oğlan. Sevgiliniz əgər sizi ailəsi ilə tanış edibsə, deməli, həyatınızda qalıcı olmaq istəyir.

İzahlı cavab
Sevgiliniz hər sualınıza  ətraflı cavab verirsə, bu sizi sevdiyini göstərir. Çünki sevməyən oğlan suallardan təngə gəlib sizə qısa, lakonik cavab verə bilər. Halbuki, sizinlə ciddi münasibət arzulayan sevgili "Nə edirsən” kimi bəsit bir suala belə harada olduğu, kimlə olduğu, nə yediyi, nə içdiyi ilə bağlı geniş bir cavab yazacaq.

Ehtiyacınız olanda yanınızdadırsa...
Xəstə olanda və ya hər hansı bir çətinliklə üzləşəndə dərhal köməyinizə gəlirsə, deməli, sizə dəyər verir.
Unutmayın ki, ciddi münasibət qurmağa çalışan oğlan sizinlə sadəcə, sevgili deyil, həm də dost olmağa can atmalıdır.
Belə bir insanla qarşılaşmısınızsa, onu itirməməyə çalışın.

Sizdən kömək istəyirsə...
Qarşı cinsin eqosu çox yüksəkdir. Onlar kimdənsə kömək istəməyi özlərinə sığışdırmırlar. Sevgiliniz sizdən kömək istəyibsə, artıq onun eşqindən tam əmin ola bilərsiniz. Deməli o, sizi özünə çox yaxın bilir. Sizi ailəsinin bir fərdi kimi görür.

Fikirlərinizə əhəmiyyət verirsə...
Sizi sevirsə, təhsili, karyerası ilə bağlı məsələlərdə məsləhətləşməkdən çəkinməyəcək. Üstəlik, qərar verərkən fikirlərinizi nəzərə alacaq.


Bütün bu məqamları diqqətdə saxlayaraq doğru insanla birlikdə olub-olmadığınızı asanlıqla müəyyənləşdirə bilərsiniz.


Şərhlər: 10
Baxılıb: 2523
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Fikri ciddi olanla, əylənəni ayırd etmək o qədər də çətin deyil. Amma hər kəs bunu bacarmır. Məsələn, niyyəti sadecə əylənmək, el dilində desək "fırlatmaq" olan insan özünü elə aparar ki, ya da əylənmək istədiyi qadın elə saf olar ki, heç həmin şəxsin hansı niyyətdə olduğunu anlaşılmaz. Qadınlarımıza məsləhətim: "Ayıq-sayıq olun bir az")))

...666...
11 avqust 2015 16:15
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
EsmaNur
Allah bizlere xeyirlisi nedise onu qismet elesin
11 avqust 2015 02:19
# 9
meni_gozle
Sitat: xeyalperest
Birde gorsen bunlarin hamsini edir cunki oglan firildaqcidi mence bunlarla bilmek olmaz

tamamile raziyam duz deyirsen vallah oglan bunlarin hamisini eleyir ama seni almir
10 avqust 2015 23:09
# 8
Milawka18
fikiri ciddi olan ilk novbede valideyinlerin gonderir sevgisini ele subut edir duzu menim xeberim yoxidi niwanlim meni sevdiyinden birde valideyinlerin gonderende bildimki bele bir insan var meni sevir gizlice nece aylardan
10 avqust 2015 20:50
# 7
toya hazirlaşıram))) Subay qizlarmız üçün olsun
Fialka
Fikri ciddi olanı hər halından anlamaq olar sadəcə bəzi qızlar yalana aldanırlar buda verilən xoş vədlərlə bağlı ola bilər ..
redaktə edənə təşəkkür.
10 avqust 2015 20:37
# 6
vipbetul
ilk onge nishandan sozden sonra danishib anlamaq olar,yoxsa biringi danishmaq sonradan ayrilmaq bu aldadilmaq olagey
10 avqust 2015 12:20
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Oglannarin fikri ciddidirse ilk novbede valideynlerini gonderir. O halda bilirsenki niyyeti ciddidir. Eger ciddi deyilse sizinle vaxt kecirirse evlilikden nisannan uzaq dayanir.
10 avqust 2015 10:22
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
eıiyeva gülmaye
Eşii men sevgiye zad inanmiram. Bunlar ise duzdu dostumun sevgilisi bunlari demek olarki hamisini edibdi. Esl sevgi basqa olur. Yoxsa indiki bezi oglanlar kimi yox
10 avqust 2015 09:10
# 3
Dosta_inam
Indi oglanlar ele deyisib ki, bir anda iki qizla sevgili hesab edir ozunu, Allah her kesin qarsisina ureyi isteyen kimi sevgili cixarsin.
10 avqust 2015 08:52
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
xeyalperest
Birde gorsen bunlarin hamsini edir cunki oglan firildaqcidi mence bunlarla bilmek olmaz
10 avqust 2015 07:07
# 1
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz