Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bir kişinin sizdən xoşu gəldiyini necə anlaya bilərsiniz?
Bir kişinin sizdən xoşu gəldiyini necə anlaya bilərsiniz?
Göndərən: Fialka
Şərhlər: 8
Baxılıb: 3189
Səs ver:
Filmlərdə görməyə alışdığımız gözlərdəki parıltı və sehrli təbəssüm real həyatda kişinin qadından xoşu gəldiyinin əlaməti ola bilər. Ancaq hər kişi qadından xoşlandığını bu qədər bəlli etmir və hisslərini büruzə vermir. Bəzi kişilər duyğularını qarşısındakına açana qədər uzun müddət gözləyir. Ancaq siz yenə də bəzi əlamətlərdən kişinin həqiqi hisslərini anlaya bilərsiniz.  Bu əlamətlərə sizi dinləməsi, sizi hər görəndə həqiqətən sevinməsi və gözlərinin daima sizin üzərinizdə olması daxildir...

Hər zaman hazır olması
Gözləri yalnız sizi görür, məclisdə və qrupda digər insanlarla çox ünsiyyətdə olmur.
Sizi hər görəndə üzündə təbəssüm yaranır.
Danışarkən sizə toxunmaq istəyə bilər.
Danışarkən sizə daha yaxın olmaq üçün yaxın əyləşə bilər.
Bir yerdə oturanda qarşınızda oturub sizi görmək istəyər.
Sizinlə qarşılaşanda, salamlaşanda sarılmaq, qucaqlaşmaq istəyər.
Xasiyyətcə utancaqdırsa onun sizə baxdığını gördükdə gözlərini qaçırır.
Şən və ünsiyyətcil biridirsə, göz-gözə gələndə sizə göz vura bilər.

Mükəmməl centlmen
Sizinlə eyni mühitdə olanda hər kəsə qarşı ən yaxşı şəkildə davranmağa çalışır.
Bunlar bir az keçmişdə qalsa da, ancaq bir centlmen üçün hələ də keçərlidir: Sizin üçün qapını açır, yerinizi düzəldir və s.
Kafedə hesabı ödəmək üçün israr edir.
Sizin yanınızda olanda ətrafdakı hər hansı birinə və ya məsələyə pis söz deməkdən çəkinir.
Yolu keçərkən əlinizi tutmaq istəyər.
Yaxşı dinləyicidir.
Bəyəndiyiniz şeylərə diqqət edər.
Qadınlar adətən kişilərin onları dinləmədiyindən şikayət edirlər. Ancaq bir kişi sizi həqiqətən bəyənirsə, dediyiniz hər sözə diqqət edər.
Nəsə arzuladıqda istəyinizi reallaşdırmaq üçün tələsər.

Diqqətinizi çəkməyə çalışır
Hər şeyə qeyri-adi yaxşı davranar, ev heyvanlarına belə...
Sizi güldürmək istəyər.
Hər məsələ haqqında sizin fikrinizi soruşur.
Bəzi kişilər bəyəndikləri qadının diqqətini çəkmək üçün onu bir az hirsləndirmək istəyir.
Sizə hər an gözəl sözlər demək istəyir.
Sizin yanınızda olanda özünü rahat hiss etdiyi üçün özü olur.
Sizin uğurlarınız onu həyəcanlandırır və hər işinizdə sizi cəsarətləndirir.
Sizinlə eyni arzuları və qorxuları bölüşür.

Əgər həyatınızda bu yuxarıda saydığım bir neçəsini edən biri varsa, böyük ehtimalla sizdən xoşlanır. Bundan sonrası artıq sizə qalıb. Ya işini asanlaşdırıb sizin də ondan xoşlandığınıza dair bir neçə ipucu verərək sizə hisslərinizi söyləməyi təmin edəcəksiniz, ya da bu işarələrə məhəl qoymayıb sevəcəyiniz başqa birini tapacaqsınız.

Son qeyd: İstisnalar qaydanı pozmur və bəzi kişilərin davranışları yuxarıdakı siyahıya uyğun gəlməsə belə, sizdən xoşlana bilər. Ya da əksinə, bunları etsə də, sizdən xoşu gəldiyi anlamına gəlməyə bilər. Nəticədə hər bir insan duyğularını fərqli formalarda ifadə etdiyini unutmayın.


Şərhlər: 8
Baxılıb: 3189
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Bezi kisilerde tersinedir. Sevdiyini gostermeyi xoslamir. Mence insan her zaman sevdiyini bildirmeli ve gostermeli
14 avqust 2015 10:41
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Mence seven her halinden belli edir.
13 avqust 2015 20:32
# 7
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
GünƏşimƏ_AiD_
maraqlidi bezi qizlarmiz oqlanlardan cesretli cixir gedir deyirki xoshum gelir senden..mence ele daha yaxshidi..qizin demeyi yoxe yanisirazo get de evvel axir bilewcek mence luccu senin oz dilinden eshsitsin...
13 avqust 2015 20:11
# 6
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
ALESSANDRA
men anniya bilmirem ama o meni sevir ya yox?
hereketlerinden hem sevene oxsuyur hem sevmiyene 15
13 avqust 2015 19:43
# 5
Don't trust anyone ∆
Catwoman666
Kişilər bir qadını sevirsə, hər halında bəlli olur)) Bunu anlamaq çətin deyil.

...666...
13 avqust 2015 19:37
# 4
"All men must die, but we are not men"

Daenerys Targaryen
Little girl
Biz qadinlarin coxusu hiss edir.Men de hiss etmişdim.Bir defe duz olmusdu amma bir defe de yalnisliq olmusdu))
13 avqust 2015 15:28
# 3
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
zema
bu elametleri coxu menim sevgilimde var.....
13 avqust 2015 14:30
# 2
vipbetul
insan ne qeder olmuya hiss edir esasende qadinlar
13 avqust 2015 12:42
# 1
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz