Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hər kişinin öz tərzi olmalıdır
Hər kişinin öz tərzi olmalıdır
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 1255
Səs ver:
Uzun müddət dəbdə olan klassik pencəklər idman stilli pencəklərin moda dünyasına daxil olması ilə öz hakimiyyətini itirməyə başladı. İdman stilli pencəyin klassiklərə nisbətən alıcılar tərəfindən daha çox seçilməsinin əsas səbəblərindən biri onun gündəlik geyimlərimizlə də uyğunlaşdırıla bilməsi idi. Əziz kişilər, elə bu dəfəki məqaləmizdə biz də sizə idman stilli pencəyi uyğunlaşdıra biləcəyimiz kombinlər, zövqlü görünmək üçün əməl etməli olduğumuz bəzi incə detallar haqqında məlumat vermək istəyirik. Dəb yeniliklərini izləməyi sevən bəylərimizin bu məqaləni oxuması məsləhətdir.
Moda blogger Michael Williams mətbuatda sport pencək alarkən diqqət etməli olduğumuz bəzi məqamlar haqqında geniş məqalə ilə çıxış edib. Onun fikrincə, bu pencəkləri seçərkən ən birinci onu hansı geyimlərlə uyğunlaşdıra biləcəyimiz haqqında düşünməliyik. Bu seçimdə diqqət etməli olduğumuz əsas nüanslardan biri pencəyin materialıdır. Bloggerin fikrincə, sərin havalarda yun və ya yun qarışığı olan materiallara üstünlük vermək daha məqsədəuyğundur. O düşünür ki, bu zaman seçəcəyimiz pencək nə çox qalın, nə də çox dar olmamalıdır. Pencək alarkən onun altından köynək, sviter geyinə biləcəyimizi düşünməli və ölçüsünü də buna görə müəyyənləşdirməliyik. Pencək seçərkən onun kəsiminə diqqət yetirmək də çox önəmlidir. Yalnış kəsimli və görünüş xətrinə bir neçə hissəsində kəsimləri olan pencəklərdən uzaq durmağınız məsləhətdir. Bütün paltarlarınızla uyğunlaşdırmaq istəyirsinizə, mavi, boz və tünd göy rəngli pencəklərə üstünlük verməyiniz məsləhətdir.
Unutmayın ki, zövqlü bir idman stilli pencəklə siz hər mühitdə dəbli görünə bilərsiniz.
İndi isə idman stilli pencəklə uyğunlaşdıra biləcəyimiz geyimlərə diqqət yetirək.
 
Səhər kombini
Klassik pencəklə idman stilli bir köynəyi uyğunlaşdırmağınız o qədər də xoşagələn görüntü yaratmaya bilər. Amma sport pencək, sport köynək ilə klassik ayaqqabı və şalvarı uyğunlaşdırmağınız maraqlı bir görüntü yaradacaq.


Şərhlər: 10
Baxılıb: 1255
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fialka
Fərq etməz istər kişi, istərsə də qadın hər ikisinin də bir tərzi olmalıdır. Bu tərzidə insanın zövqü tamamlayır əlbəttə. Ancaq geyimini bilməyən , tərzi olmayan birisi aydın şəkildə seçilir təbii ki, buna görədə məkana və zövqə uyğun şəkildə ən əsası özünə uyğun geyinməyi bacarmaq lazımdır.
2 avqust 2015 19:32
# 10
Meleknur
Kiwi baximli olmagindan xowum gelir arvad kimi daniwib geyinmeyin demirem temiz geyinib seliqeli olmagin deyirem papam cox temizkar ve seliqelidi bir yere gedende ayaqqabisina bir toz qonsuz tez temizlemese rahat olmaz)
2 avqust 2015 17:15
# 9
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
VIP
Şəkildəki geyim qəşəng görsənir.Cantası yaxşı deyil
2 avqust 2015 17:13
# 8
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
geyim terzini tapa bilmeyenlercin lazimli meslehetlerdir
2 avqust 2015 16:20
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
ən nifrət etdiyim şey: kişilərin qadın kimi geyinib, bəzənib düzənməsi və həmin geyimin içində ağzını büzə-büzə danışmasıdır r63 kişi dediyin əsl kişi kimi olar! istər sport, istər klassik geyimdə olsun. əsas odur ki, geyimi əsl kişi kimi olsun. hansısa məclisdə və ya ziyafətdə və s. klass geyinəcəksə o zaman cins şalvar rahat köynək (və ya t-shirt) üstündən də pencək geyinsə vauu əla olar! (xəyalımda təsəvvür elədim də bir anlıq lol 128 ). Gündəlik olaraq da sport geyinsə daha yaxşıdır. bir də ayaqqabısı da zövqlü olmalıdır. sport stilli ayaqqabılara daha çox üstünlük verirəm kişilərdə. hər nəysə. kişinin xasiyyəti, ağır xarakteri öz tərzində, geyimində də biruze verməlidir. Yüngül oğlanlara nifrət edirəm! Ağır xasiyyətli oğlanlara daha çox hörmət edirəm! nəinki özünü qız kimi yüngül aparan düşüklərə! (heç onlara hörmət də eləmirəm). ayy nəysə tərzdən xasiyyətə keçdim 23

...666...
2 avqust 2015 15:50
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
GünƏşimƏ_AiD_
cox sevirem oqlanlar Klasik stilde geyinenede Klasika uchun Bayiliram..yada Cins shalvar,fotbolka ustunde kastumun Penceyi elede yarashdiriram.amma mence ciddi gorunushe oqlanlara daha cox yarashir.
amma qizil taxanda aydaa bashima isti qaymar su tokurlerele bil oqlan nedi qizil nedi.ay hele o mindene shey taxirlaree ellerne uy hind qolbaqlari kimi aman aman.men qzliqimla ele gij gij saplar demirdumur taxmaram.
amma yende ciddi gorunush uchun klassik stil shartdi.
2 avqust 2015 15:12
# 5
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Dosta_inam
Berbezekli yox sade sport stili geyinen oglanlar yaxsi gorunur, yoxsa qizlar ki, rengareng geyinir indiki oglanlar.
2 avqust 2015 10:19
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
emis
Bezi kisiler hec oz terzlerini bilmirler ele evde ne var destlesdirib geyinirler guyaki uygunladilar coldede ele gorunurler ki ele bil hec guzguye baxmayiblar evden cixanda.Oglanlarda en nifret etdiyim geyim rengli geyinmekleridi kisi dediyin ciddi gorunuse sahib olmalidi o ki, geyinirler ey qirmizi salvar yasil kofta ag ayaqqabi nifret edirem onda hec xosum gelmir, xosum gelir ki, cins ya qara salvar ustunede sadece bir reng kofta bele daha yaxsi gorunur. Birde nenem demisken qalustux taxan oglanlardan xosum gelir.
23
2 avqust 2015 09:21
# 3
xeyalperest
Klassik geyim oglanlara yeni bezilerine yaraşir xususen sport ve klassik qarşigi
2 avqust 2015 08:54
# 2
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
Oglannarda terz bir basqa gozel gorsenir. En cox sport geyinen oglannari xoslayiram
2 avqust 2015 07:02
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz