Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ata olmaq sənəti: əslində...
Ata olmaq sənəti: əslində...
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 638
Səs ver:
Ata övladlarının gözündə istəkləri yerinə yetirən, cəsarətli, qorxmaz olur. Uşaqlar çox zaman düşünürlər ki, ananın edə bilməyəcəyi hər şeyi ata onun üçün edə bilər.
 
Uşaqlarda ataya qarşı hörmətlə yanaşı, qorxu da olur. Hörmət valideyn və övlad arasında pərdəni qoruduğu halda arada olan qorxu hissi uşağı səhv addımlar atmağa sürükləyə bilər. "Atama deməyin, atam bilməsin" deyə-deyə atılan addımlar uşağı çıxa bilməyəcəyi çətinliklərin məngənəsinə sala bilər ki, sonra ata da övladını bu çətinliklərdən çıxarmaqda aciz olar. Uşaqların səhv addımlar atmasının qarşısını almaq üçün ata ilə övlad arasında olan qorxu hissini dürüstlük və sevgi ilə əvəz etmək lazımdır.
 
Övladlarınız üçün "Super ata" olmaq istəyirsinizsə, ilk atacağınız addım onlara zaman ayırmaqdır. Bunun üçün isə körpəlik dövründən uşağın bütün ehtiyaclarını anası ilə yanaşı qarşılamaq, sərhəd və qaydalara laqeyd yanaşmadan uşaqla əylənmək, oynamaq, anlayan bir ata modeli, ata-uşaq əlaqəsi üçün ideal bir model meydana gətirmək lazımdır.
 
Psixoloq Nigar Məmmədova deyir ki, erkən dövrdə ata və uşaq arasında qurulan əlaqə olduqca əhəmiyyətlidir. Uşaqlıq dövründə ata və uşağın oyun oynaması, bir yerdə zaman keçirməsi, bir-birləri ilə ünsiyyət içində olması uşağın yetkinlik dövrünə çox böyük təsir edir. "Yetkin uşaqlar nüfuz sahibi, etibarlı bir ata fiquruna sahib olmaq istəyirlər. Cinsi şəxsiyyətin meydana gəlməyə başladığı yaşlarda oğlan uşaqlarının düşündüyü tək şey "ata" olmaqdır. Övladınıza yaxın olmaq istəyirsinizsə, ona güvən verin, onu özünüzə inandırın".
 
Yeniyetməlik böyüməkdir, dəyişmədir. Yeniyetmənin fiziki və ruhi baxımdan dəyişdiyi bu dövrləri bilmək, qəbul etmək lazımdır. Yeniyetmə, cəmiyyət içində yeni bir şəxsiyyət əldə etməyə çalışır. Bu dövrdə yeni düşüncə və inanc sistemləri ortaya çıxır. Bu dövrdə ata dəstəkləyən, istiqamətləndirən olmalıdır. Problemləri təhdid və danlaq olmadan paylaşmalı, birlikdə zaman keçirmək və güvən verən mövqedə olmaq yeniyetmə-ata münasibətində təməl nöqtələrdir. Bu, anlaşılmazlıqların sadələşdirilməsini təmin edir.
 
Həmsöhbətimizin dediyinə görə, uşaqla paylaşma çox əhəmiyyətlidir. Oyun oynayaraq zaman keçirmək, birlikdə olmaq ata-uşaq münasibətində çox önəmlidir. Uşaqlar sadəliyi, səmimiliyi və mehribanlığı sevirlər.
 
Davamlı əmrlər yağdıran, təhdid edən bir ata uşaqla yaxşı ünsiyyət qura bilməz. Anlamaq, dinləmək və düşüncələri paylaşmaq lazımdır. "Bir ata olaraq uşağınızla birlikdə olmaq üçün zaman ayırmalısınız. Onunla birlikdə zaman keçirdiyinizdə uşağın nələrdən xoşlana biləcəyini də öyrənə bilərsiniz".
 
Sevgi və hörmət ünsiyyətdə vəhdət təşkil edir. İkisi olmadan yaxşı bir ünsiyyətdən söhbət gedə bilməz. Həddindən artıq sevgi göstərməyə çalışan atalar zamanla ata nüfuzunu uşağa buraxır. "Bunun nəticəsində uşağın idarə etdiyi, qaydalar qoyduğu bir vəziyyət ortaya çıxır. Bu səhvdir, uşağa hər vaxt ata olduğunuzu və sərhəd-qaydaları qoyduğunuzu göstərməlisiniz. Eyni zamanda onunla əyləncəli vaxt keçirə bilməli, problemləri ilə əlaqədar olaraq paylaşmalı, yanında olduğunuzu hiss etdirməlisiniz. Bu şəkildə qarşılıqlı sevgi-hörmət zəmini meydana gəldiyində yaxşı bir ata-uşaq münasibətindən söhbət gedə bilər".
 
Çox zaman atalar hər şeyi ən sonda bilir. Psixoloqun fikrincə, burada ananın böyük rolu var. Ana və ata ortaq bir razılığa gələ bilsələr, atanın reaksiya verəcəyi narahatlığı ən az səviyyədə olar. Hər addımında valideynlərinin nəzarəti olan uşaqlar ata və ananın bir hadisəyə necə reaksiya verəcəyini təxmin edə bilir. Buna görə davranışlarına diqqət yetirir. Ata ilə münasibətdə çəkinməyən, problemlərini dost kimi atayla bölüşə bilən uşaqlar öz davranışlarında da diqqətli olur, atası kimi addım atmağa çalışır. "Uşaq səhv addım atdığında onu qorxutmamaq, təhdid etməmək lazımdır. Qorxulan bir ata fiquru uşağın daha çox səhv etməsinə səbəb olar. Atasından qorxan uşaq ataya heç nə deməz və daha çox yalan danışar.
 
Bu səbəbdən övladınızla yaxın omağa, ona nümunə olmağa və onunla dost münasibətinə girməyiniz çox önəmlidir. Kiçik bir misal götürək; bir uşaq məktəbdən evə gec gəlir. O, sinif yoldaşları ilə məktəbin həyətində oynadığı üçün evə gecikib. Ata oğlundan harada olduğunu soruşur, uşaq düzünü deyir. Evə gəldiyində danlayır və hətta vurur. Uşaq ikinci dəfə dostları ilə hər hansı bir kafeyə gedir, evə gecikir. Atasından yenə danlaq eşidəcəyini bilən uşaq atasına yalan danışır və məktəbdə sinif yoldaşları ilə dərs hazırladığını deyir. Övladına inanan ata susur və hətta onu tərifləyir də. Belə halda uşaq yalan danışmağa, atadan doğruları gizlətməyə çalışır. Əslində uşağı başa düşmək, onun addımı səhv olsa belə danlamamaq və başa salmaq lazımdır. Biz övladlarımızı ancaq belə qazana bilərik".


Şərhlər: 6
Baxılıb: 638
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
ata ozunu yuksekde tutub agir insan rolunu oynamamalidi usaqlari ile daha semimi olmalidi
2 avqust 2015 12:27
# 6
Catwoman666
Mənim atam övladlarını dünyada ənnnn çoxxx sevən atadır. Ən çox da qızını (yəni məni) daha çox sevir. (qardaşımı da sevir, amma mən bir pillə yuxarıda)

...666...
1 avqust 2015 19:58
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
Allah atami anami basimin uzerinden eksik etmesun hec bir zaman Amin insallah
1 avqust 2015 16:30
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nur k-off
Allah butun valideyn+in canin sag etsin
1 avqust 2015 12:40
# 3
SVETA
ell.nell
Baxır ataya.Ata var elə adı ilə kifayetlenir...
1 avqust 2015 12:03
# 2
BARBI
Ata olmaqda bir senetdir. Onu oyrenmek lazimdir. Atalar ovladlarina xususi duskun olurlar . Ilk qucagina aldiqda anadan cox sevinirler
1 avqust 2015 07:52
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz