Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişini uzaqlaşdıran səbəblər hansılardır?
Kişini uzaqlaşdıran səbəblər hansılardır?
Göndərən: NoName
Şərhlər: 3
Baxılıb: 2803
Səs ver:
Kişilər fərqli varlıqlardır: gülü təkcə bayramlarda verməzlər; otaqlarını hər gün səliqəyə salmaq lazımdır; «hardasa boş vaxt keçirtməkdənsə, sevgilisi ilə görüşmək daha yaxşı olar» fikirlərini qəbul etmirlər. Nə üçün onlar sevdiklərini tərk edib, getməkdən qorxmurlar? Depressiyaya düşməyəcəklərinə əmindirlər?!

Evə gəlirsən, o, yoxdur… Zəng edirsən, sənə cavab vermir… Və gözyaşı, depressiya… Bu hal həyatda yüzlərlə qızın başına gəlir… Amma heç kim oğlanların düşüncələrini aydınlaşdıra bilmir…

Flirt və fitnəkarlıq
Siz uzun müddətdir ki, sevgilisiniz. «Səni sevirəm» sözü çoxdan marağını itirib. Amma yaxşısı odur ki, münasibətlərinizi möhkəmlətmisiniz və aranızda gizlin sirr yoxdur. O, səni günü-gündən çox sevir… Bir gün bütün sevgilərdə olduğu kimi siz də dalaşdınız. Amma bu o qədər də dəhşətli mübahisə deyildi. Onu intizarda saxlamaq və daha da darıxması üçün bir neçə gün telefonu söndürürsən. Sonra onu axtarmaq istəyəndə telefonuna zəng çatmır. O, səndən uzaqlaşıb, özü ilə bağlı heç bir iz də buraxmayıb.  Aylar sonra qarşına çıxıb, artıq səni istəmədiyini və özünə başqa həyat qurduğunu deyir. Sənsə onun gedişinin səbəbini hələ də aydınlaşdıra bilmirsən…

Məsləhət: Siz tanış olanda o, sənə başqa gözlə baxırdı. Çünki sən onun üçün sakit, mülayim bir qız idin. Onun hər istəyinə razılaşır, ehtiyacı olanda yanındaydın. Hər bir münasibətin başlanğıcı maraqlı olur. Amma sonrası adiləşir. Artıq sən onunla əvvəlki kimi maraqlanmırsan. Hətta hərdən zənglərinə cavab vermir, mesaj yazmaqdan qaçırsan. Bu da oğlanların heç sevmədiyi haldır. Onlar diqqət tələb edirlər. Zaman keçdikcə o, fərqli, maraqlı nəsə gözləyir. Ona görə də bezib, sevgidən uzaqlaşır və yeni macəra axtarırlar.
Nə etməli?
Münasibətin maraqlı olması üçün zamanla hisslərini dəyişdirməməyə çalış. Ona əvvəlki kimi diqqət göstər, maraqlı mesajlar yaz. Onunla hələ də maraqlandığını və səni çox təəccübləndirdiyini göstər. Onu qətiyyən qısqandırmağa çalışma. Zəngini, mesajlarını, onunla görüşü hələ də həyəcanla gözlədiyini göstər.

Fərqli birincilik
Sən həmişə iş haqqında düşünmüsən. Sənin üçün çalışmaq, karyera qurmaq münasibətdən öndədir. Özünü arzuların xanımı hesab edirsən. Sevgilinlə aranda həmişə sərhəd saxlayırsan. Görüşmək istəyəndə bəhanələr axtarır, işinin çox olduğunu deyirsən… Və get-gedə onun səndən uzaqlaşdığına şahid olursan. Münasibətlərinizdə «biz» deyə bir anlayış qalmır. Bir gün onun xəbərsiz yoxa çıxdığını görürsən. Səbəb hələ də sənə aydın deyil. Onu günahlandırır, münasibətin bitmə səbəblərini axtarırsan…

Məsləhət: Sən çox yaxşı və maraqlı xanım ola bilərsən, amma bu, bir kişini ömür boyu yanında saxlaya biləcəyin səbəb deyil. Kişilər üçün ağıllı qadın təhlükəlidir. O, sənin işindən aşağı səviyyədə dayandığını görməkdən yorulub. Kişilərə «yalnız ofisdə yaşayan» qadın lazım deyil.
Nə etməli?
Karyera qurmaq hər bir insanın arzusudur. Amma bunu şəxsi münasibətə qatmaq lazım deyil. Onunla işdəki insanlarla olduğu kimi ciddi davranma. Ona özünü tam fərqli yandan tanıt: mülayim, incə və zərif qadın. Unutma ki, iş həmişə insanın yanında olmur. Ondan yorulub, xoşbəxt ailə arzuladığın anlar da olacaq.

«Anauşağı»
Çox xoşbəxt ailəniz var. Siz bir-birinizi sevib evlənmisiniz. Valideynlərin, xüsusən də anan hər gün sizə gəlir, işlərinizə qarışır, göstərişlər verir. Bu sənin xoşuna gəlir. Ev işlərin daha da yüngülləşib. Hərdən anangilə gedir, günlərlə onlarda qalırsan. Artıq bu hal həyat yoldaşının xoşuna gəlmir. Və bir gün ananla gəzməkdən qayıdanda onu evdə görmürsən. O, səninlə ailə həyatını davam etdirmək istəmədiyini açıq-aşkar etiraf edir. Səbəblər sənin görə bilmədiyin qədər yaxındır…

Məsləhət: Onun üçün sakitlik və tənhalıq xəyal olub. O, dəfələrlə sənə ananın ailə söhbətlərinə qarışmasından yorulduğunu anlatmaq istəyir, amma sən onu başa düşmürsən. Hər şeyi öz bildiyin kimi davam etdirdin. Siz bir-birinizi anlamaqda çətinlik çəkirsiniz və inciklik, kin illərlə qəlbdə yığışıb. Kişilər qəfil addım atmırlar, onlar aylarla fikirləşirlər. Qadınlar isə bunu qəfil qərar kimi qiymətləndirirlər. Heç bir kişi qadının yaratdığı hay-küylü, söz-söhbətli günə çox dözə bilməz. Kişilər qadınların çığır-bağır salmasını, davasını ya qulaqardına vururlar, ya da «susmaq qızıldır» oyununu  nümayiş etdirirlər. Özlərini qadının fikirləri ilə razılaşırmış kimi göstərsələr də, əslində xoşlarına gəlməyən heç nəyi qəbul etmirlər.
Nə etməli?
Kişilər ailə söhbətlərinə kənar bir şəxsin qarışmasını xoşlamırlar: hələ bu kənar şəxs qadının anasıdırsa… Kişini evdə tək qoymaq,, münasibətin soyumasına gətirib çıxaracaq. Buna görə də heç bir şəraitdə həyat yoldaşından ayrı qalmağa çalışma.

Onun getməməsi üçün nə etmək lazımdır:
Mübahisə zamanı söhbətin «son nöqtəyə» çatmaması üçün…
Görüş zamanı:
Bir-birinizlə danışmağı öyrənin. Qarşındakının söhbətlərinə maraqla qulaq as.
Onun xasiyyətini analiz et, əgər özünü eqoist kimi aparırsa, gələcəkdə ciddi münasibət qurmaq mənasızdır.

Toydan sonra:
Xırda mübahisələrdən qorxma.
Mübahisə zamanı onun sakit dayanmasından istifadə etmə. Özünü qalib bilmə. Ola bilsin ki, o, səninlə danışmağın mənasız olduğunu düşündüyü üçün susub.
Mülayim və mehriban ol. Hərdən barışmaq üçün ilk addımı atmaqdan çəkinmə.
Evdə sakit və rahat ab-hava yarat. Qoy o, evə gəlməyə tələssin, evdən qaçmağa yox.

Qətiyyən olmaz:
Onu, dostlarını və ailəsini təhqir etmək.
Sakit durmaq və uzun müddət onunla küsülü qalmaq.
Qışqırmaq, dalaşmaq və özünü ürəkgetməsinə vurmaq.
İntiharla hədələmək.
Ondan intiqam almaq. Bütün bunlar sənə baha başa gələ bilər


Şərhlər: 3
Baxılıb: 2803
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
Maraqsız movzudu
29 iyul 2015 23:08
# 3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
Evde sakit ve rahat ab-hava yarat,
Qoy o, eve gelmeye telessin,
Evden qacmaga yox.
Oyle edirem zaten 01
29 iyul 2015 09:36
# 2
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
BARBI
Kisiler sevsede cox sixilmaga gelmez. Her zaman onlara serbestlik vermek lazimdir. Bu yazilannara her bir qadin emel etmelidir
29 iyul 2015 08:00
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz