Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Şəkillərdə yaraşıqlı görünmək üçün bunları et!
Şəkillərdə yaraşıqlı görünmək üçün bunları et!
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 1377
Səs ver:
Əgər əvvəllər bir qonaqlığa, görüşə hazırlaşarkən bizi ən çox düşündürən məsələ həmin məkanda, ordakı insanların gözündə yaraşıqlı görünmək idisə, indi narahat olduğumuz əsas məsələ həmin an çəkdirəcəyimiz şəkillərdə nə dərəcədə yaxşı görünəcəyimizdir.
Məlum olduğu kimi hər görüşdən, qonaqlıqdan qayıtdıqdan sonra biz istəsək də, istəməsək də facebook, instagram səhifələrimiz dostlarımızın paylaşdığı şəkillərlə bəzənir. Bəzi hallarda həmin an nə qədər yaraşıqlı göründüyümüzü düşünsək də, şəkillərdəki yalnış duruşumuz və yaxud da şəkil çəkənin səriştəsizliyi bizi fotolarda heç olmadığımız dərəcədə çirkin, səliqəsiz göstərə bilər.
Bu dəfəki məqalədə sizə şəkil çəkdirərkən ideal nəticə əldə etmək üçün əməl etməli olduğumuz qaydalar haqqında məlumat verəcəyik. Əziz kişilər, diqqətli olun! Sosial şəbəkələrdəki izləyici kütlənizin qarşısında məyus olmaq istəmirsinizsə, fotossesiyalar zamanı bu qaydalar əməl edin.

Saç
İlk olaraq saçlarınızdan başlamağınız vacibdir. Saçlarınızın baxımlı və səliqəli görünməsi üçün saç gelindən istifadə edin. Saçınız yağlıdırsa, yenə də təssüflənməyə dəyməz. Saç geli onu qısa vaxtda formaya sala bilər.

Dəri
Şəkildə üzünüzün parlaq görünməsini istəyirsinizsə, ağardıcı kremlərdən istifadə edin. Bu vasitə eyni zamanda dərinizi artıq yağlardan da xilas edəcək.

Saqqal
Mütəxəssislər üç santimetr uzunluqda saqqal sağlamağınızı məsləhət görür, çünki belə olan zaman üz şəkildə daha fotogenik görünür. Məsləhət olunur ki, əgər vacib görüşə, qonaqlığa dəvət olunmusunuzsa və saqqal saxlamaq fikriniz varsa, ən azı iki həftə ərzində saqqalınıza əl dəyməyin.

Geyim
Kişilər, həm ətrafdakıların, həm də sizi yalnız fotolarınızdan tanıyan şəxslərin gözündə yaraşıqlı görünmək üçün üzərinizə tam oturan, ölçülərinizə uyğun (nə çox dar, nə çox enli) geyimlərdən istifadə edin. Bu hər şeydən əvvəl şəkildə səliqəli görünməyiniz üçün vacibdir.

Duruş
Fotoqraf Weston Wellsin fikrincə, şəkil çəkdirərkən hər kəsin bilməli olduğu bir əsas qayda var: bu da düzgün duruş, baxış formasıdır. Kamera qarşısında nə qədər özünəinamlı formada dayansanız, bu sizi bir o qədər xarizmatik göstərəcək. Bunun üçün ilk bilməli olduğunuz başınızı dik tutmağınız və çənənizi azca yuxarı qaldırmalı olduğunuzdur.


Şərhlər: 10
Baxılıb: 1377
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
Şəkillərdə gözəl düşmək üçün gözəllik kifayət deyil. Bu qaydalara da əməl etmək lazımdır. həmin şəkil çəkdirmədən əvvəl güzgüdə özümü düzəldirəm) Saç-baş falan))

...666...


həmin- mən*
29 iyul 2015 20:42
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
Narın Yağış
Hmmm bir insanın ki içi pisliklərlə doludur onu şəkildə belə düzəltmək olmaz.. retrica belə köməyinə çatmaz..))
25 iyul 2015 15:31
# 9
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
vipbetul
realda negesense sekildede ele dushursen
24 iyul 2015 19:38
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Bebiw
ela super men bele edrem onsuzda
24 iyul 2015 14:48
# 7
sowu
aLoNe AnGeL
kisiler ucun imis saqqal gorende anladim kisilercundur
24 iyul 2015 13:52
# 6
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
xeyalperest
Ehh kişilercunmuşki mende sevindim qadiblarcunfu
24 iyul 2015 11:02
# 5
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
Nergız33
Piş düşdüyümde olur yaxşı düşdüyümde şekildide ne olacaqki
24 iyul 2015 10:06
# 4
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
BARBI
Men sekillerde oldugumnan ferqli ve gozel dusurem.
24 iyul 2015 09:19
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Butun gun tel elimde wekil cekdirenlerden deyilem arada bir cekdirerem oda neteriyem elede duwurem
24 iyul 2015 07:58
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Tesekkur meslehet ucun, sekilde nece var ele dusurem men, raziyam, ancaq yoldasim oldugu kimi dusmur, hemise cirnayir sekillere baxanda.
24 iyul 2015 07:41
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz