Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Güclü cinsin zəifliyi
Güclü cinsin zəifliyi
Göndərən: ALESSANDRA
Şərhlər: 2
Baxılıb: 1002
Səs ver:
Kişilər qadınlardan daha sürətlə qocalır və onların orta ömür müddəti də zərif cinsdən azdır.

Postsovet məkanı ölkələrində aparılan araşdırmalara görə, bu məkanda 60 yaşlı kişilərin orqanizmi özünün bioloji yaşından 5-6 il yaşlıdır.

Orqanizmin belə "köhnəlməsi", haldan düşməsi bununla izah edilir ki, kişilər özlərini qorumağa adət etməyiblər, öz səhhətlərinin qayğısına az qalırlar və pis vərdişlərə tez aludə olurdar: spirtli içki içməyi, ləzzətli yeməyi sevir, tüstülədir və yaşlandıqca divandan əl çəkmirlər. Bəzilərimiz fitnes-klubların üzvü olsaq da, ora ayda-ildə bir neçə dəfə baş çəkərik, ya da buna macal tapmarıq.

Yaş və riskləri
Çox maraqlı və qəribədir ki, güclü cinsin sağlamlığını qorumasına testosteron mane olur - o hormon ki, kişini kişi edir. Məhz testosteron hormonu güclü cinsin psixoloji özəllik və davranışlarını müəyyənləşdirir. Kişilər səhhətlərindən şikayətlənməyi zəifliyin etiraf kimi qəbul edirlər. Odur ki, onlar poliklinikaya son həddə - səhhətləri tamamilə pozulduqda üz tuturlar. Səhhəti təhdid edən risklərsə kişiləri hər yaşda, hətta gənclikdə belə qarabaqara izləyir. Bundan onların yanında olan qadınlar - ana, bacı və həyat yoldaşı mütləq xəbərdar olmalıdır. Axı öz ana missiyası ilə sağlamlığa qayğı ailənin rifahının keşiyində duran qadının təbiətindədir. Təsadüfi deyil ki, ailəli kişilər subaylarla müqayisədə daha sağlam olur və daha çox yaşayırlar ("AiF.Zdorovye" həftəliyi).

20+
20 yaşlarında kişilərdə belə hiss olur ki, həyat sonsuz və sağlamlıq tükənməzdir - odur ki, sonrasını düşünmədən səğlamlıqlarını bədxərcliklə xərcləyirlər.
Aktiv kişi həyatının birinci onilliyi müxtəlif travmalar, xroniki az yatmaq, qüvvəni tükədəcək qədər işləməklə müşayiət edilir - gənclik və orqanizmin resurslarını hələ sərf edib tükətməməsi ilə bağlı bir qayda olaraq bu fəallıq elə bir problemli nəticələr olmadan ötüşür.

40+

40 yaşı keçdikdən sonra kişilərdə orta yaşın böhranı başlayır. Bu fonda baş qaldıran depressiyanı bəzi kişilər alkoqolla "müalicə" etməyə çalışır. Təsadüfi deyil ki, güclü cins alkoqolu ən yaxşı antidepressant sayır. Doyuncadan artıq yemək və divana yapışıb qalmaq güclü cinsin zəifləməsinin başlanğıcını qoyur: qaraciyər piylənir və onun ardınca metabolik sindrom peyda olur.
Metabolik pozuntulardan cürbəcür xəstəliklər fəvvarə vurur: 2-ci tip şəkərli diabet, ürək-damar problemləri, hipertoniya, erektil disfunksiya, uğursuzluq kompleksinin yaratdığı psixoloji pressinq və s.
Məsələn, hipertoniya xəstəliyi adətən elə də ağır keçmədiyi üçün onu müalicə etməyə meyl edilmir. Lakin ardınca ağır fəsadlar gəlir. Odur ki, məhz 40 yaşı haqladıqda kişilərin ilk ciddi dispanserləşməyə ehtiyacları var. Sağlamlıqları ilə bağlı ciddi profilaktikaya başlamaları üçün onları buna təşviq etmək, başa salmaq lazımdır ki, səhhətə diqqət yetirməmək ağır nəticələrə aparır.

60+
60 yaşından sonra metabolik və damar risklərinin reallaşması dövrü başlayır. Fiziki və emosional qüvvənin çatışmaması aşkar hiss olunur. Bunu xüsusilə şəhərlərdə yaşayanlar hiss edirlər.
Bu yaşlardan artıq ürək titrəməyə başlayır, hipertoniya peyda olur, bəzi kişilər bu yaşa artıq bir infarkt keçirməklə çatır, bəzilərisə heç çatmır... 60 yaşı görə bilmirlər.
Bu yaşların daha çox rast gəlinən diaqnozları: diabet, podaqra, ağciyərlərin xroniki xəstəlikləri, prostat vəzi problemi, piylənmə, hipodinamiya və s. saydıqca bitməyən azarlar.
Həkimə getməyib alternativ yollarla müalicə olunmağa çalışmaq səhhət problemlərini daha da qəlizləşdirir. Nəticədə güclü cinsin çox sayda təmsilçisi koronar sindromdan və ya miokard infarktından bu fani dünyaya "əlvida" deyir.

Çıxış yolu
Qocalmanı modifikasiya edə biləcək faktorlar var. Yəni elə etmək olar ki, kişi genetik yaşınadək və ya ona yaxın bir müddətədək yaşasın.
Qeyd edək ki, hər birimizin genlərində kodlaşdırılmış yaş müddəti var. Lakin biz həyatımız boyu orqanizmimizə qəsd edərək sanki özümüzü vaxtından əvvəl "öldürməklə" məşğuluq.
Oğlanları uşaqlıqdan səhhətlərinə diqqətli olmasına çalışmaq lazımdır - o yaşda ki, oğlan uşağının orqanizmində testosteron elə də çox deyil və hələ anasının sözünə qulaq asır.
Bundan başqa, urbanistik zəmanədə ən mühümü şəhərin həyatımıza gətirdiyi risk faktorlarından (hipodinamiya, qeyri-düzgün qidalanma, havanın çirklənməsi kimi problemlər və s.) yaxa qurtarmaq yolunu tapmaqdır. Hava çirklidirsə, bundan ilk növbədə bizim qanımızı toksik maddələrdən təmizləyən qaraciyər əziyyət çəkir.

Sağlamlığı bərpa etmək üçün bir sıra proqramlar və onlara əməl etmək ələ də çətin məsələ deyil:

* Qidanın kalorisi sutkada 1700-2000 kkal aşağı salınır;

* Yağ istehlakı sutkada 10-20 qrama salınır;

* Rafinə edilən, karbohidratlarla bol olan və tez həzm edilən qidalardan imtina edilir;

* Hər gün ən azı 500 qram meyvə və tərəvəz yeyilir;

* İmkan olduqca çox hərəkət etmək lazımdır;

* Alkoqoldan imtina edin;

* E vitamini, statinlər, kalsium preparatları, yarımvitaminlər qəbul edin;

* Omeqa-3 yağ turşusu və essensial fosfolipidlərlə bol olan nutrisevtiklər çox faydalıdır.

Sonuncu qaraciyərin bərpasına müsbət təsir göstərir, bir şərtlə ki, rasionun kaloriliyi aşağı olsun.

Qeyd edək ki, bu proqramla tam və ardıcıl müalicə olunsanız, effektini görəcəksiniz. Bu müalicə ən azı 3 ay davam etməlidir, çünki azarların özləri də yavaş-yavaş gəlir və uzun müddət əl çəkmir.


Şərhlər: 2
Baxılıb: 1002
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
BARBI
Kisilerin orqanlari da ozleride qadinlardan tez qocalir ve tez siradan cixir
6 iyul 2015 09:38
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Faydalı meslehetdir,kişilerin qadınlardan tez qocaldıqlarını bilmirdim,eksini bilirdim,teşekkür.
6 iyul 2015 06:56
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz