Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərdə qısqanclıq
Kişilərdə qısqanclıq
Göndərən: Nazlı_qız
Şərhlər: 15
Baxılıb: 1429
Səs ver:
Əgər yoldaşınız sizə qarşı qısqancdırsa, buna qəti təəccüblənməyin. Bu halda bəzi xanımlarda bir sual yaranır:" Bu hiss onda haradan yarandı?" Sizi qınamaq olmaz. Vaxtilə, bədii əsərlərdən oxuduğunuz, yaddaşınıza həkk olunanlar var. Bunlardan biri məşhur Otellodur. Dahi drammaturqun qısqanc obrazını xatırlayaq: "Mənim məhəbbətimə qadının gözəlliyi deyil, namusu layiq ola bilər". Şeksprin ürəyindən bu sözlər keçirsə, onu qısqancsızlıqda tərifləməyə haqqımız çatmır. Necə ki, Otello sevgilisinə bağışladığı dəsmalı başqa birisində görür və bütün damarlarını zəhərləyən bir hissi boğmağa gücü çatmır. Gücü Dezdemonanı - təbiətin bu incə və sədaqətli məxluqunu boğmağa çatır. Baxın, budur-qısqanclıq!

Otello haqlı idimi? Bu sualı az eşitməmisiniz. Dezdemonanın faciəli taleyindən sonra doğan bu sualın cavabı çoxlarını düşündürür. Otello gərək təmkinli olaydı, hər şeyi ölçüb biçəydi. Dezdemona da haqsızdır - ehtiyatı əldən verməyəydi, dəsmalın kimin əlinə keçə biləcəyini əvvəlcədən düşünməliydi...

Qısqanclıq kişilərdə ailə qurandan sonra daha da kəskinləşə bilər. Bu elə bir sağalmaz, psixoloji hissdir ki, onun mualicəsi qeyri-mümkündür. Hələ heç bir təbib onun dərmanını icad etməyib. Xüsusən bu hiss şərq kişilərində anadangəlmədir və həyat durduqca davam edib, nəsillərə ötürülür. Qərb və qeyri-bölgə ölkələrində kişilərdə qısqanclıq olmur. Əksinə, eləsi vardır ki, hətta fəxr edir - onun qadını kiminsə xoşuna gəlir.

Müsəlman kişi üçün qısqanclıq qeyri-adi hissdir. Bunu qadın duymalıdır. Qadında ərini "kəşf etmə" bacarığı olmalıdır. Qadının buna fəhmi çatmırsa, ailədə daimi küskünlük mümkündür. Bunun üçün o, küçədə digər kişilərə incə nəzərlərlə baxmamalıdır.

Qısqanclıq - tərbiyədən, mədəni səviyyədən çox asılıdır. Xanımının hansısa kollektivdə işləməsi bəzən kişinin yersiz qısqanclığına səbəb olur. Bu zaman kişi xanımını ya işdən azad olunmasına səbəb olur, ya ayrılırlar. Bu hiss kişilərdə o zaman baş verir ki, artıq qarşısında ideal qadın var. Məşhur filosof Kant deyir ki: "Qadın həmişə qısqanar, kişi isə yalnız vurulanda qısqanar". Qadın qısqanclığının tədqiqatçısı Marqarit Mid, Kantın dedikləri ilə öz fikirini birləşdirərək qeyd edir ki: "Kişi qısqanclığı üzündən sevdiyi qadını itirirsə, həyat dostunu, cəmiyyətdəki mövqeyini itirir. Amma qadın qısqanclıq üzündən sevdiyi kişini itirirsə, özünü, dünyasını itirir. Bu əsl faciədir". Deməli, qadın qısqanclığına sərhəq qoymalı, ziyanlı qısqanclığa yol verməməlidir.

Qısqanclıq - sevgi, istək və məhəbbət olan yerdə olur. Etiraf edək ki, təmiz sevgisi olanlarda qısqanclıq olmalıdır. Amma Otellosayağı qısqanclıq yox!

Yersiz qısqanclığı Allah heç kimə göstərməsin. Xoşbəxt ailələr bunun qurbanına çevrilib, dağılıblar. Əgər xoşbəxt ailənin təməl daşı - ruhun, qəlbin və bədənin birləşməsindən qurulubsa, bunu dağıtmağa heç bir kişinin haqqı yoxdur.


Şərhlər: 15
Baxılıb: 1429
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
__leylawka__tva__
Men ozum hedsiz qisqanc biriyem yalniz sevgilim cox qisqancliq ededende hirslenirem
25 iyul 2015 19:25
# 15
Ela
Mende cox qıqancam ama her weyın yerı olduqunuda bılırem
25 iyul 2015 14:09
# 14
U$aqken ¥edıyım pambıqın dadı qeder aglımdasan.
VIP
Mən qısqancam yoldaşımda qısqancdı amma normasında əvvələr cox qısqancdım indi elə deyiləm
20 iyul 2015 20:59
# 13
Başımın üstündə Allah,yanımda ailəm olsun.
efsane..
qisqancliq heddi kecdikde insanin ozunu zerer verirki bununlada digerinin heyati zeher olur
20 iyul 2015 20:39
# 12
aLoNe AnGeL
mende qisqancam ve qisqanc biri olaraq deyirem ki gerek qisqanc insanin heyat yoldasi ele hereketler ede ki yoldasi onu qisqanmasin..
20 iyul 2015 20:12
# 11
Nə gözəl söyləmiş Hz.Əli-"İnsanları tanıyan yalnızlaşır" ciyy
neri
men qisqanilmamisam bu nece ilerde eger qisqanibsada yoldasim bunu bildirmeyib.ama men eksine cox pis qisqancam.ama indu azalib cunki pis xestelikdi qisqanclig.
20 iyul 2015 17:51
# 10
Sert
Mrs.Pianist
Men qisqancam,qisqanc olmasinada pis baxmaram eksine lezzet eliyer 23 amma normasinda
20 iyul 2015 17:10
# 9
Acısı çox olan qizların guluşu gozel olur.!
Narın Yağış
Men ozum coooox qisqancam ama mene qarwi cox qisqanc davramilmasini sevmem.Qisqancliq olmalidir qederinde menden ferqli olaraq.. gelecek heyat yoldawim cox qisqanc olsa vay halima)))
20 iyul 2015 15:42
# 8
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
vipbetul
qisqancliq sevgi deyil xesdelikdir coxx cetin berkemde hec saqalmayan xesdelik

qisqancliq sevgi deyil xesdelikdir coxx cetin berkemde hec saqalmayan xesdelik
20 iyul 2015 14:10
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
WiRiN BaLaM
Mənim məhəbbətimə qadının gözəlliyi deyil, namusu layiq ola bilər"
Bu söz necədə gözəl söylənib.

Hər şey qədərində gözəl elə qısqanclıqda.
20 iyul 2015 11:51
# 6
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
yarpaq33
Qisqancliq olmalidir ama normasinda
Normadan artiq oldusa xestelikdi eskik olsa sevilmemekdir
20 iyul 2015 09:40
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
tatyana
qisqancliq-delilik demek,qisqancliq-zeiflik demek,qisqancliq-xestelik demek....
20 iyul 2015 09:04
# 4
KUREYIMDEN VURULMUS ZERBELERIN SAYINI DUSUNSEK COXDAN YOXX OLMALIYDIM......AMMA MEN O ZERBELERDEN SONRA TANIMAGA BASLADIM DOSTUMU VE DUSHMENIMI
BARBI
Qisqancliq ele bir zeherdir insani icten ice zeherleyir. En pis xestelikdir. Her insan sevdiyini qisqanir, ama hedden artiq qisqancliqda pisdir sevdiyini uzaqlasdirirsan
20 iyul 2015 08:12
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Qisqancliqi bezi insanlar xestelik halina getirir,sonrada ne qeder caliwsada bu xestelikden canini qurtara bilmir.herwey qederinde gozeldi coxlugu yersizdi
20 iyul 2015 07:33
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Dosta_inam
Qisqancliq gozeldir ancaq yerinde ve qederinde, hedden artiq qisqancliq aileleri dagidir, elede qisqanc biri deyilem. Tesekkur.
20 iyul 2015 06:36
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz