Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərin qadınlardan eşitmək istəmədikləri...
Kişilərin qadınlardan eşitmək istəmədikləri...
Göndərən: Nazlı_qız
Şərhlər: 8
Baxılıb: 1310
Səs ver:
Hər kəsin bildiyi kimi, ikili əlaqələrdə bəzən cütlər bir-birlərinin xoşuna gəlməyən bəzi mövzuları danışmaq məcburiyyətində qala bilirlər. Qadınlar bu mövzuların öhdəsindən asanlıqla gəlsə, də bəzən bu söhbətlər kişilər üçün kabusa çevrilib bir anda sizdən soyumasına səbəb ola bilər. Əgər yoldaşınızla və ya sevgilinizlə problemsiz bir münasibət yaşamaq istəyirsinizsə, aşağıda sıraladığımız sual və mövzularla əlaqədar aranızdakı problemləri yumşalda bilərsiniz.

Səhv sual 1: "Əlaqəmizdə səhv gedən nədir?"
Siz bu sualı nə qədər tez-tez və dərindən soruşsanız yoldaşınız və ya sevgiliniz bu sual qarşısında aciz qala bilər. Çünki kişilər duyğularını ifadə edərkən qadınlar qədər rahat ola bilməzlər. Əgər sualınızla israr etsəniz, əmin olun - onun gözündə çəkilməz qadın olarsınız.

Səhv sual 2: "Niyə mənim həyatımla maraqlanmırsan?
Rəfiqələrinizlə etdiyiniz dedi-qoduları sevgilinizlə müzakirə etsəniz, qarşılığı yalnız başyelləmə olacaq, çünki kişilər qızların dedi-qodularından xoşları gəlmir. Xətrinizə dəyməmək üçün hər söylədiyinizə başını yelləməyə başlayıbsa, "Niyə mənim həyatımla maraqlanmırsan?" sualı yerinə, dərhal mövzunu dəyişdirin. Çox dedi-qodu etsəniz kişi özü haqqında da danışıb və sizin niyə bu barədə danışmamağınız haqda maraqlana bilər.
 
Səhv sual 3: "Bu günə qədər neçə sevgilin oldu?"
Qadınların ən çox maraqlandığı suallardan biri sevgililərin sayıdır. Lakin heç cavabı aldıqda necə bir reaksiya verəcəyinizi düşündünüzmü? Bu kişi baxımından daha çətin bir sualdır. Çünki o zaman kişiyə çox sevgilisi olubsa eşqbaz, az sevgilisi olubsa saf damğası vura bilərsiniz. Ən yaxşısı siz keçmişi keçmişdə buraxın... (əgər mümkündürsə  )

Səhv sual 3: "Sabah nə günüdür?"
Bax bu sualla yoldaşınız və ya sevgiliniz çaxnaşmaya düşər və stresə girər. "Aman tanrım sabah doğum gününmüdür, evlilik il dönümümüzmü, birlikdə yeməyəmi gedəcəkdik?" kimi suallarla fikirləri daha da qarışar. Onu belə suallarla bezdirmək əvəzinə məsələn: "sabahkı yeməkdə nə geyinəcəksən " kimi kiçik bir sualla günün məna və əhəmiyyətini xatırlada bilərsiz.

Səhv cümlə 1: "Danışmalıyıq !"
Belə bir cümləylə qarşılaşan hər kişi qaçmağın yollarını axtarar. Təhdid edən bu cümlə ilə kişi harada səhv etdiyini bilmədən necə kompensasiya edəcəyi çaxnaşması yaşayar. Ona görə özü ilə danışmaq istədiyiniz bir mövzu varsa bunu daha yumşaq bir ifadə ilə dilə gətirə bilərsiniz

Səhv cümlə 2: "Yalnız bir oyun !"
Kişilərin ən böyük hobbilərindən biri futboldur. Ən çox futbol oyununu izləyərək rahatladıqlarını dilə gətirərkən, "necə yəni, sadəcə bir futbol oyunu məndən daha qiymətlidirmi?" kimi sualları ona yönəltsəniz, bax o an dəftərinizə bir mənfi xal yazmış olarsız. Futbol - bir çox  kişilər üçün imtina edilməzdir, ona görə futbol mövzusunda onlara hörmət göstərin... Hətta, futbolu birlikdə izləmək coşğusunu paylaşsanız sizə daha da bağlanacaq.

Səhv cümlə 3: "Heç nə yoxdur!"
Əsəbləşmisiniz və hirsli olduğunuz açıq-aydın görünürsə və o, sizdən "nə olub sənə?" deyə soruşduqda, partnyorunuza "heç nə olmayıb" cavabı verməyiniz əmin olun ki, onu hirsləndirəcək. Bu cavabı verməyiniz onun fikrində onu başınızdan edirsiniz kimi təəssüratı yarada bilər. Sizi narahat edən hər nədirsə paylaşmağınız daha yaxşı olar, çünki o əsla sizi üzən hadisənin nə olduğunu tapa bilməyəcək.


Şərhlər: 8
Baxılıb: 1310
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
onlar onsuzda onlara serf etmeyen hec bir sozu eshitmek isdemezler
16 iyul 2015 22:43
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Eyer onun hirsli vaxtina duwubsexow sozden bele hirslenecek yox eyer nastroyenisi yaxwidisa ne qeder aci sozde desem gulur futbollada arasi yoxdu eksine bezen men baxiram bizimkiler oynayanda
16 iyul 2015 13:42
# 7
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Hec doze bilmediyim qadin xususiyetleridir. Cox danisan ve bas yeyen xanimlari sevmirem. Qadin sussada gozleriyle hissini bildirmelidir
16 iyul 2015 09:44
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Rahila
Futbol problemi hec olmeyib. Baxmir. Baxsa canla bawla ona gowularam. "Hecne olmeyib" En eseblewdirici sozdur mencede. Ne geder cox iwledsez bezdire bilersiniz. cox istifade etmemeye caliwiram
16 iyul 2015 09:41
# 5
Ürekden sevenler Ayrılmazlar , Ayrılanlar yalnız Gözle sevenlerdir. 
Hz.Mehemmed Peyğember (c.c).
tatyana
Hamisi hec vaxt isletmediyim sozlerdi
16 iyul 2015 08:27
# 4
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
qanadli melek
Hamisi menim iwledeceyim cumlelerdi)futboldan nifret etdiyim halda oturub menasiz futbola baxmayacamki onun xowuna gelsin deye
16 iyul 2015 07:35
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
adsiz-a
bu kisiler onsuzda qadinin demey olarki her cumlesinden eseblesirler,amma ozderi dediyi sozlerden xostari qelir ele bilirler duz dansirlar
16 iyul 2015 07:25
# 2
Dosta_inam
Tesekkur meslehet ucun, hardasa emel edirem, cox sukur heleki bir sixintimiz yoxdur.

Tesekkur meslehet ucun, hardasa emel edirem, cox sukur heleki bir sixintimiz yoxdur.
16 iyul 2015 06:48
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz