Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi niyə evlənmək istəyir?
Kişi niyə evlənmək istəyir?
Göndərən: NoName
Şərhlər: 8
Baxılıb: 1573
Səs ver:
Evlilik kişinin təklif etməsi ilə başlanan münasibət olduğu üçün əksər hallarda evliliyin ömrünün, davamlılığının ancaq kişilərdən asılı olduğu düşünülür. Araşdırmalara görə, elə evlilikdə problem yaradan ən böyük səbəblərdən biri də budur.
Əziz xanımlar, ailənizdə bu kimi problemlərin yaranmaması üçün indi sizə kişilərin evlilik haqqındakı fikirləri barədə məlumat verəcəyik.
"Evlilik kişinin həyatını rahatlaşdıran bir hadisədir”. Əgər siz də bu fikirdəsinizsə, tamamilə haqlısınız. Kişilərin evlənməsinin səbəblərindən biri də standart, hamı kimi həyat tərzi keçirmək istəkləridir.
Kişilər üçün ciddi münasibətə başlamaq, bu münasibəti davam etdirmək o qədər də asan deyil. Buna görə də onlar evliliyi bitirmək üçün səbəb, bəhanə axtarmazlar. Elə buna görə də kişilər etdiyiniz hər xırda hərəkəti gözlərində böyütmürlər.
Evlilik qərarı aldığı gündən kişi üzərinə düşən məsuliyyəti tam dərk edir. İndi yalnız öz istəyinə görə deyil, həm də ailəsinə görə çalışmalı, işləməli olduğunu bilir. Və əmin ola bilərsiniz ki, onlar madiyyat haqqında sizdən daha çox düşünürlər. Çünki hər bir kişi üçün onun qüruruna ən çox təsir edən hadisə həyat yoldaşının, uşaqlarının ehtiyacı olduğunu halda onlara istədiklərini ala bilməməsidir.
Evlilikdən sonra kişinin bu kimi məsələlərə diqqəti artdığı üçün artıq sevgili olduğunuz zamanlardakı kimi tez-tez xırda sürprizlərlə qarşınıza çıxmır. Çünki o hadisələrin ciddiyətinin fərqindədir, amma bu o demək deyil ki, həyat yoldaşınız sizi əvvəlki kimi sevmir, onun həyatında başqa biri var.
Kişiləri evlilik zamanı narahat edən səbəblərdən biri də həyat yoldaşlarının onların bu əziyyətini qiymətləndirməməsi, heç bir səbəb olmadığı halda xəyanətdən şübhələnməsidir. Unutmayın, əziz xanımlar, əgər qarşınızdakı kişinin sizə xəyanət etdiyini fikirləşirsinizsə, bu şübhələriniz təsdiqini tapmamış onları həyat yoldaşınızla bölüşməyin. Bu kişidə sizin ona inanmadığınız, etibar etmədiyiniz təsəvvürünü yaradacaq.
Bu qədər, əziz qadınlar. Unutmayın ki, ailəni ailə edən əsas qüvvə qadındır. Buna görə siz ailədə üzərinizə düşən məsuliyyəti dərk etməli və ailənizin daha uzunömrlü olması üçün hər şeyi kişidən gözləmək əvəzinə ona dəstək olmalısınız.


Şərhlər: 8
Baxılıb: 1573
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Mubariz Ve Men
Cox saaolun Almah her kesi xowbext etsin ve pewmanciliq vermesin amin
8 iyul 2015 11:57
# 8
)))....................................................
Catwoman666
kisi evlenmek istediyi ucun evlenir))
2 iyul 2015 17:40
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
evi evi eden heqiqetende qadindir qadinin bir cox mesuliyyeti sebri olmasa o ev o aile hec vaxt duzgun temel uzerinde qurula bilmez
2 iyul 2015 16:04
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Doğru qeyd olunub ki, ailəni ailə edən qadındır və hər şeyi qarşı tərəfdən gözləmək əvəzinə ona dəstək olmaq lazımıdır. Qaldı ki, niyə evlənmək istəyirlər bunun çox səbəbi ola bilər ancaq tək səbəb istək olmalıdır başqa təsirlər və fikirlər altında qalmaq düzgün deyil...
2 iyul 2015 14:25
# 5
GünƏşimƏ_AiD_
Bir kishi istemese he kes onu he neye mecbur eletdire bilmez..tebiki aile istisna olnaqla
2 iyul 2015 13:15
# 4
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Tomris Müslümova
Tələsik düşünmədən qərar verib peşman olannan sonra evliliyə nifrət edirlər,amma yüz ölçüb bir biçsələr görəllərki ailədən gözəl heçnə yoxdur
2 iyul 2015 11:21
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Kisiler ozunu tam evliliye hazir hiss etdikde bir de ki heqiqeten urekden asiq olduqda evlenmek isteyerler
2 iyul 2015 09:25
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Sonuncu hisse ile tam razıyam,biz xanımlar da kişilere destek olmalıyıq,kişinin mesuliyyeti böyükdür,evin her ehtiyacını ödemek onun üzerine düşür,bizde destek olsaq her şey öz yolunda geder,teşekkür.
2 iyul 2015 06:07
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz