loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi zövqü
Kişi zövqü
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1726
Səs ver:
Kişi zövqü...

 Kişilərin xoşuna gəlmək üçün qeyri-adi gözəlliyə sahib olmağa ehtiyac yoxdur. Həyatda tez-tez maraqlı hadisələrlə rastlaşırıq. Heç də gözəl olmayan qız kişilər arasında məşhurluq qazanır və onların sevimlisinə çevrilir. Zahirən gözəl olanlar isə tənhalıqdan və diqqətsizlikdən əziyyət çəkir.

 Zahiri görünüş

 Müasir kişilər arasında aparılan sorğu göstərir ki, onlar şən, səmimi və azad qadınları xoşlayırlar. Optimist, özünü sərbəst şəkildə idarə etməyi bacaran qadınlar daha da cəlbedici sayılır. Kişidən himayədarlıq və qayğını az tələb edənlər də bu qrupa daxildir. Maraqlısı odur ki, sevimli saç rəngi və ya bədən forması haqda heç bir məqam aydınlaşmayıb. Kişilər nəyi xoşlamırlar: süniliyi ( xüsusən saç üçün lak, sıxıntı verən və düzəlməyə tez-tez ehtiyacı olan çətin paltarlar), hərisliyi, ağlağanlığı, infantilizmi (uşaqlıq dövrünə xas xüsusiyyətlər), xırdaçılığı.

 Necə ideal olmalı

 Əgər hər hansı vəziyyətdə əks tərəfin sizdən nə istədiyi və ya nəyə daha çox maraq olduğunu öyrənsəniz, çalışın bunu özünüzdə saxlayasınız. Qadın cazibəsi individualdır, bəlkə elə buna görədir ki, öz yarını tapmaq bir qədər çətindir. Sənin kiçik qəribəliklərindən zövq alacaq və fiziki çatışmazlıqlarını sevəcək insanı tapmaq əsas məqsəddir.

 Qadın şarmı

 Təbii cazibədən danışdığımız zaman heç bir standarta söykənmək mümkün deyil.
 Şarm baxış və jestlərdə toplanılır, gülüş tərzi və səs tembri də bura daxildir. Çətin ki, qadın və kişi onlar arasındakı cazibəni anlasınlar. Hətta belə bir fikir var: hər birimiz insanlar arasında öz tipini axtarır bu tip isə ötən həyatımızda sevdiyimiz insan obrazıdır. Bəlkə də, buna əsasən kiminsə uzun buruna və ya alçaq boya olan marağını izah etmək olar. Ən adi məqamlar güclü cazibə yarada bilər: hər hansı xal, baxış tərzi və s.

 Sevgi qəfil gələcək

 Həqiqətən də sevgi heç də gözəllər üçün nəzərdə tutulmayıb. Hər bir qadın kim üçünsə yaxşı olur. Buna görə də mükəmməlliyə can ataraq təbii cazibənizi itirməyin. Bənzətmə heç də həmişə uğurlu alınmır, əvəzində isə ən gözəl xarici xüsusiyyətinizi itirə bilərsiniz. Bundan başqa kişilərin əksəriyyəti hiyləgərliyə nifrət edirlər. Saflıq və gizli ehtiras yalnız həqiqi olduğu halda, kişini maraqlandırır. Əsas məqamlardan biri də odur ki, qadın gözəlliyi haqda kişi təsəvvürü individual olduğu qədər zamanla və yaşadığı ölkə ilə də sıx bağlıdır.
 Gözəllik anlamı dəyişə bilər. Bunu anlamaq üçün müxtəlif dövrlərdə yaşamış rəssamların əsərlərindəki gözəlçələrə tamaşa etmək kifayət edər. Müəyyən dövrlərdə çoxlarının qəlbini fəth etmiş gözəllər indiki zamanda bir o qədər cazibəli görünməyə bilər.

Şərhlər:
Baxılıb: 1726
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz