Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər bu qadınlardan uzaq gəzir
Kişilər bu qadınlardan uzaq gəzir
Göndərən: NoName
Şərhlər: 16
Baxılıb: 2078
Səs ver:
Hər bir kişinin birlikdə olmaq istədiyi, xəyalında canlandırdığı bir qadın var. Lakin, elə qadın tipləri də var ki, onlar davranışları, hərəkətləri ilə kişiləri özlərindən yalnız uzaqlaşdıra bilərlər. Əziz xanımlar, bu dəfə sizə kişilərin bəyənmədiyi qadınlar haqqında məlumat vermək istəyirik. Oxuyun və sevgilinizin diqqətinin başqa qadınlara yönəlməsini istəmirsinizsə, aşağıdakılardan birinə çevrilməyin.

Çox danışan qadınlar
Kişilərin sevmədiyi qadınlar siyahısında birinci yerdə çox danışan qadınlar dayanır. Eyni səs tonu ilə gün ərzində başına gələn, ya da bir tanışının yaşadıqlarını bütün detalları ilə danışan qadın kişilər üçün əsil kabusdur. Bu cür qadınları nəinki kişilər heç rəfiqələri belə dinləmək istəmirlər. Buna görə də, əziz xanımlar, siz başa düşməlisiniz ki, sizin həyatınız, xalanız qızının nişanlısı ilə problemləri hamı üçün eyni dərəcədə maraqlı deyil.

Uşaq xasiyyətli qadınlar
Bəzən sevgilinizlə çox ciddi mübahisəniz yarandığı zaman uşaq səsi ilə danışaraq situasiyanı yumuşalda bilərsiniz, amma bu o demək deyil ki, hər zaman bu səs tonu ilə danışaraq, uşaq kimi davranaraq qarşı tərəfin gözündə şirin görünəcəksiniz. Bunun kişilərin ən zəif nöqtəsi olduğunu düşünürsünüzsə, yanılırsınız. Kişilər heç də həmişə yanlarında kaprizli uşaq görmək istəmirlər.

Hər şeyi bilən qadınlar
Hər sözə qarışan, özünü savadlı göstərməyə çalışan qadınlar da kişilərin sevmədiyi əsas qadın tiplərindəndir. Çünki bu xasiyyətli qadınlar kişilərin həyatını idarə etməyə çalışarlar. Əlbəttə ki, heç bir kişi yanında hakimiyyəti ələ almağa çalışan, öz fikirlərini yeritməyə çalışan qadın görmək istəməz. Bununla yanınızdakı kişi sizdən uzaqlaşacaq və daha itaətkar tərəf müqabili axtarışına çıxacaq.

Ancaq pul barəsində fikirləşən qadınlar
Bəzi hallarda qadınlar düşünürlər ki, onlar bir münasibətə başladıqdan sonra bütün maddi ehtiyyacları kişi tərəfindən qarşılanmalıdır.Hətta qadınlar bunu müxtəlif davranışları, sözləri ilə hiss etdirməkdən də çəkinmirlər. Kişilərin qadınlarda sevmədiyi əsas özəlliklərdən biri də onlar münasibətin maddi qarşılığını gözləmələridir. Unutmayın ki, sevgiliniz sizin "sponsuzunuz” deyil, onun da maddi qayğıları, problemləri ola bilər. Kişilər maddi cəhətdən onlara yüklənən qadınları, deyil, öz ayaqları üzərində dayanmağı bacaran, pul çox bəyənirlər.

İnadkar qadınlar
Kişilər hər məsələdə öz bildiklərini yeritməyə çalışan inadkar qadınlardan qaçırlar. Çünki onlar bilirlər ki, hansısa bir problemləri yarandığı zaman bu qadınlar heç vaxt güzəştə gedən tərəf olmaq istəməyəcəklər.

Depresiyaya meyilli qadınlar
Kişilərin başa düşmədiyi, birlikdə olduqları zaman darıxdıqları qadın tipidir. Onların hər zaman bir problemləri olur. Bu xarakter kişiləri sıxır və onlardan uzaqlaşmağa səbəb olur. Kişilər düşünürlər ki, qadınlar diqqəti üzərlərinə çəkmək üçün belə davranırlar.

Xarici görünüşünüə fikir verməyən qadınlar
Tər qoxusu verən, çirkli paltarlarla gəzən, özünə diqqət yetirməyən xanımlar heç zaman kişilər tərəfindən sevilməzlər. Kişilər üçün daxili gözəllik necə önəmlidirsə, təmizlik bir o qədər önəmlidir. Əgər siz bu cür səliqəsiz görünüşünüzlə kişilərdə əsil evləniləcək qadın təsəvvürü yaradacağınızı düşünürsünüzsə, yanılırsınız.


Şərhlər: 16
Baxılıb: 2078
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Marta
Bir sozle ozun kimi davranmalisan..
28 iyun 2015 21:25
# 16
Немного терпения, и у тебя все получится..
aliceWOnDer
Her kes ferqlidi...
28 iyun 2015 19:52
# 15
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
kisiler isdeyirki onlarin dediyi kimi olsun qadinlar ki elede olmiyanda qacirlar,axi kishiler qadinlardan zeifdir bilirlerki qadina hec bir vechle guc gelib oz dediklerini yeride bilmezler qadin isdemedikden sonra

kisiler isdeyirki onlarin dediyi kimi olsun qadinlar ki elede olmiyanda qacirlar,axi kishiler qadinlardan zeifdir bilirlerki qadina hec bir vechle guc gelib oz dediklerini yeride bilmezler qadin isdemedikden sonra
28 iyun 2015 18:25
# 14
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
gaye
Sitat: Antikvar
Bəs hansı kişilərdən uzaq qalmaq lazımdı?)Kişilərin xoş olmadığı xusisiyyətləri qadınların bir çoxlarında olsalarda,biz qadınlarında kişilərdə bəyənmədiyimiz xarakterlər çoxdu.İdeal insan yoxdu cinsindən aslı olmayaraq.Bu o demək deyilki ,insanlar bir birindən qaçmalıdırlar.Elə kişi varki,uşaq xasiyyətli bir qadını sevir,eləsi var öz sözünü deyən qadınl sevir,insanlar fərqli olduğu kimi düşüncələr,fərdlər,fikirlərdə fərqlidi.Kişilərin tünd xasiyyətinə rast gəldikdə (kişididə yola verilməlidi)deyə bilirlərsə,unutmayaq qadında bir insandı onunda hissləri duyğuları var,zərifdi deyə hər bir kobudluqdan uzaq olmalıdı anlamına gəlmir.Tşk.

çoxda maraqlıdı elə onların xosları onların menfi xususiyyetlerini biz neyniyek bes????:(((((
28 iyun 2015 16:37
# 13
C+G=∞♥
Fialka
Ola bilər ki, qeyd olunan bu xüsusiyyətlər kişilər tərəfindən bəyənilmir lakin qadınlarında kişilərdə bəyənmədiyi xüsusiyyətləri vardır . İnsanlar kimi xarakterlər, istəklərdə fərqlidir. Əsası budur ki, ideal heç kəs yoxdur, kişi yada qadın qarşısındakını necə varsa qəbul etməyi ən əsası güzəştə getməyi bacarmalıdır.
28 iyun 2015 15:55
# 12
Antikvar
Bəs hansı kişilərdən uzaq qalmaq lazımdı?)Kişilərin xoş olmadığı xusisiyyətləri qadınların bir çoxlarında olsalarda,biz qadınlarında kişilərdə bəyənmədiyimiz xarakterlər çoxdu.İdeal insan yoxdu cinsindən aslı olmayaraq.Bu o demək deyilki ,insanlar bir birindən qaçmalıdırlar.Elə kişi varki,uşaq xasiyyətli bir qadını sevir,eləsi var öz sözünü deyən qadınl sevir,insanlar fərqli olduğu kimi düşüncələr,fərdlər,fikirlərdə fərqlidi.Kişilərin tünd xasiyyətinə rast gəldikdə (kişididə yola verilməlidi)deyə bilirlərsə,unutmayaq qadında bir insandı onunda hissləri duyğuları var,zərifdi deyə hər bir kobudluqdan uzaq olmalıdı anlamına gəlmir.Tşk.
28 iyun 2015 13:17
# 11
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Narın Yağış
İnadkaram+uşaq xasiyyətliyəm+ tərsəm+kinliyəm+çoxbilmişəm + +larım çoxdu məndən uzağ gəzsinlər)))
28 iyun 2015 12:45
# 10
Ayrılmağımızı istəyənlərin acığına bir yerdə olaq heart
ell.nell
Düzdü.bele qadınlardan yox bele kişilerdende qacmaq lazımdı
28 iyun 2015 11:52
# 9
Golden rose
Cox danisan, seliqesiz bir xanim olmasam da, amma guzeste getmeyi, bagislamagi sevmirem
28 iyun 2015 11:45
# 8
ulduz
çox danışan .hər şeyə burnunu soxan qadınlardan nifrət edirəm ....
28 iyun 2015 11:15
# 7
Tomris Müslümova
Belə qadınlardan mən uzaq gəzərəm hələ qaldı heç nəyi bəyənməyən kişilər..
28 iyun 2015 10:47
# 6
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
tatyana
O cur qadinlardan mende uzaq gezirem,esasende cox danisan ve usaq kimi ozunu aparanlardan
28 iyun 2015 10:37
# 5
DEDILER ,,COX UREYI YUMUSAQ OLMA,,
NIYESINI SORUSANDA ISE DEDILER
,,NE QEDER UREYI YUMUSAQ OLSAN,
O QEDERDE TALEYIN CETIN OLAR,,......DOGURDANDA TALEYIM UREYIMIN YUMUSAQLIGINDAN DAG CEKIR MENE....
eıiyeva gülmaye
Depresiyaya meyilli qadinlar ve xarici gorunusune fikir vermeyen qadinlar. Bu ikisini hec mende qebul etmerem. Problemlerin olsada hamisini demek olmazki.Qadin nece olsada şən olmalidi.ozune fikir vermiyen qadinlarida hec men beyenmirem kisiler nece dozsunki ona.maraqli idi tsk
28 iyun 2015 10:00
# 4
BARBI
Sonuncunu hec men istemerem neinki kisiler
28 iyun 2015 09:43
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
aziz a
Sonuncu daha duzgun idi.tesekkur.
28 iyun 2015 09:33
# 2
Qelbim doludu !!!!
Dosta_inam
Oxumaq maraqlı oldu,teşekkür.
28 iyun 2015 08:54
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz