Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu səhvlər kişilərlə münasibətinizə son qoyar
Bu səhvlər kişilərlə münasibətinizə son qoyar
Göndərən: emis
Şərhlər: 9
Baxılıb: 2348
Səs ver:
Lora Şlessindjer hesab edir ki, mövzu kişilərdən düşübsə, qadınlar rəqiblərinə qarşı çox amansız davrana bilərlər. O, kitabında qadınların həyatını məhv edə biləcək 10 ən böyük ağılsızlıqları və səhvləri haqqında məlumat verib.

1. Böyüməmiş və dünyagörüşü tam formalaşmamış, narkotik maddələrdən istifadə edən, həmçinin, məsuliyyət hissinə sahib olmayan kişilərdən uzaq gəzin. Siz belə kişilərlə görüşməyə davam etsəniz, həyatınzın çoxunu boşuna sərf etmiş olarsıznız. Çünki siz öz həyatınızı yaşaya bilməyəcək ancaq onu doğru yola çəkməklə məşğul olacaqsıznız. Bunun isə heç bir faydası olmayacaq. Sizə layiq olan kişilərlə də tanış olma şansını da əldən verəcəksiniz. Bu cür münasibətlərə dərhal son qoymaq lazımdır. Belə bir kişi ilə rastlaşsanız qaçaraq uzaqlaşın, nömrələrinizi dəyişməyi isə başınızdan çıxarın.

2. Xoşunuza gələn bir kişi ilə rastlaşsanız heç vaxt yaddan çıxarmayın: onun kimi yaraşıqlı kişilər hər yerdə var. Onunla yaxından tanış olmamış, heç bir cinsi münasibət qurmayın. Ətraflı şəkildə tanış olmaq üçün ən az 6 həftə lazımdır.Onu tərifləməyə tələsməyin. Onunla nə qədər tez yatağa girsəniz, bir o qədər də etibarınızı və hörmətinizi azaldarsınız. Sizə hörmət və etibar etməyən bir kişi isə ancaq yalqızlıq və kədər gətirə bilər.

3. Qadınlar çox vaxt əllərində olanla kifayətlənirlər. Bu isə heç də yaxşı variant deyil. Siz daha yaxşısına layiqsiniz. Səbrli olmağı bacarın və gözləyin. Axtardığınız insan gec-tez rastınıza çıxacaq.

4. Sekslə məşğul olduğunuzdan çox vaxt keçib, lakin siz hələ də romantika axtarışındasınız. Kişilər söyləyirlər ki, ehtiras onları tənhalıq hissindən azad edir. Seksin isə belə bir xüsusiyyəti yoxdur. Seks keçici bir hissdir. Bunu səhər oyananda yanınızda dözməyə belə təhəmmül etmədiyiniz "yad insanla qarşılaşanda” görəcəksiniz.

5. Evlilikdən öncə bir yerdə yaşayan cütlüklər, evliliyə qədər ayrı yaşamış cütlüklərdən daha tez boşanırlar. Onunla birgə yaşamağa yalnız özünüzü daha çox sevdirmək ümidilə razı olursunuz. Hesab edirsiniz ki, birlikdə olmaq segvinizin qarantiyasıdır. Kişilər üçünsə bu belə deyil. Onlar sadəcə zövq almaq və fantaziyalarını həyata keçirmək üçün belə münasibətlərə girirlər. Belə münasibət isə hər bir qadın üçün alçaldıcıdır.

6. Bəzi qadınlar kişilərə görə analıq vəzifəsindən imtina edirlər. Hətta elə qadınlar da var ki, "Mən tək qalmaqdansa, uşaqlarımı döyən-söyən kişi ilə münasibət qurmağa üstünlük verərəm.” Övladlarınızı hanısa bir kişiyə görə qurban verməyin!

7. Qızların çoxu sevdiyi və axtardığı bir kişi ilə ailə həyatı qurur. Sonra isə məlum olur ki, onun xəyallarındakı və təsəvvüründə olan deyil, tamam başqa bir insandır. Görünür ki, qadın özünə hədsiz güvənir və özünədən çox arxayındır. Həyat yoldaşından da lazım olduğundan daha çox diqqət tələb edir. Bu da yaxşı xüsusiyyət deyil. Sevgisindən şübhə eləməyə başlayırınızsa günahı qarşı tərəfdə deyil, özünüzdə axtarın.

8. Qadınlar adətən qarşı tərəfin sevgisindən əmin olmadıqda "mən hamilyəm” üsuluna əl atırlar. Məlum olur ki, siz qoruyuculardan istifadə etməmisiniz... Hamilə qalmaqla bütün şübhələrinizə son qoymaq istəyirsinizə, bilin ki, doğru hərəkət deyil. Çünki tamam başqa bir reaksiya ilə qarşılaşa bilərsiniz. "O, axı demişdi məni sevir...” cümləsini deməkdən başqa əlacınız qalmaya bilər. Sizin səhvlərinizin bədəlini isə uşağınız verməli olacaq.

9. Sizi neçə dəfələrlə aldadan kişini hələ də müdafiə edib bəhanənin əsaslı olduğuna inanırsınızsa, deməli çox saf insansınız. Bu saflıq sizə heç bir xeyir vəd etmir, əksinə. Kişilər bəzən 6 il münasibətdə olduqları qadını övladı dünyayı gələndən sonra atıblar. Qadın isə hətta, ayrıldıqdan sonra da ona evə gəlməyə, cinsi münasibətdə olmağa, qulluğunu çəkməyə razı olur. Uzağı başqa bir qadın tapana qədər sizin yanınızda qalır, istədiyini əldən etdikdən yenə də çıxıb gedir. Bu qədər ürəyikövrək və həssas olmayın, belə kişini mümkün qədər uzağa göndərin.

10. Qadınlar çox vaxt bütün əsəblərini, hirslərini bildirmirlər. Bu da onların özlərini daha güvənsiz hiss etmələrinə və deprissiyaya düşmələrinə gətirib çıxarır. Bir qadın söyləyib ki, mənim ərim 8 il qonşumla münasibətəd olub. "Mən bunu biləndən bəri 3 psixoloq yanında olmuşam və heç bir köməyi olmayıb.”

Psixoloq yanına gedib ağlayıb-sızlamaqdansa, sizə xəyanət edən tərəfdən intiqam alın. Bu özünüzü rahat və yaxşı hiss etməyinizə daha çox kömək edəcək.


Şərhlər: 9
Baxılıb: 2348
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
gaye
Psixoloq yanına gedib ağlayıb-sızlamaqdansa, sizə xəyanət edən tərəfdən intiqam alın. Bu özünüzü rahat və yaxşı hiss etməyinizə daha çox kömək edəcək.
8 avqust 2015 20:09
# 9
C+G=∞♥
GünƏşimƏ_AiD_
Ne yaxshiye getsin meyf etsin mende sakit dururm hayhay.(qayana serialinda eyirr menede Afe deyreler)menede Jale deyerler.hec olmasa inan oz qurUru menliyi olmalidi.hormet edenksihi onsuzda bele sheyler etmez
3 iyun 2015 20:00
# 8
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
ALESSANDRA
Qadın namuslu olmalıdı..bu mətindəki namusluluqdan əsər əlamət yoxdu( bəyənmədim
3 iyun 2015 18:21
# 7
Don't trust anyone ∆
vipbetul
maraqsiz metindi
3 iyun 2015 16:25
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Qeyd olunan bəzi davranışlar müsəlman qadını üçün deyil , belə ümumi götürsəy münasibətlərdə qadın öz qürurunu qorumalı və qadınlığını alçaltmamalıdır...
3 iyun 2015 14:52
# 5
Melissa
hamisi cox duz qeyd olunubdu raziyam
3 iyun 2015 11:59
# 4
yarpaq33
Bu melumatlarin coxu bizim qadinlara aid deyil amma bezileri var ki rast gelinir bu da cox qorxunc bir weydi xeyanet ve uwaqlarini kiwilere qurban veren analar
3 iyun 2015 10:55
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
BARBI
Dogru nuanslara toxunulub nedense qadinlar xeyanete meruz qalanda sususrlar sanki hec bir seyden xeberleri yoxdur kiside deyir ki eh nolsun o hiss etmir mende davam edim. Ona gore reaksiya verin en azinnan qururunuz ucun
3 iyun 2015 09:22
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Çox faydali meslehetlerdir,bezen xanimlar evladlarina göre sevmediyi bir kişi ile heyatini davam edir.
3 iyun 2015 06:41
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz