Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Əlləri kişi haqda hər şeyi deyir
Əlləri kişi haqda hər şeyi deyir
Göndərən: Sabrina
Şərhlər: 6
Baxılıb: 2087
Səs ver:
Əksər qadınların xasiyyətini qısa müddət ərzində müəyyən psixoloji məqamlara fikir verməklə öyrənmək olsa da, kişilər, xüsusilə də, az danışanlar əks cinsin nümayəndəsi üçün oxunmamış kitab kimi qalır.

Qadınlar kişilərə nisbətən daha çox danışdığı, emosiyalarını gizlədə bilmədikləri üçün onları tanımaq daha asan olur. Lakin bir sıra psixoloji sirrləri bilməklə kişiləri ilk baxışdan oxumaq olar.

Psixoloq Elnurə Bağırovanın sözlərinə görə, belə psixoloji sirlərdən biri kişilərin əl və əl hərəkətlərinə baxaraq onları tanımaqdır. Bu üsulu xüsusilə də, qısa müddət ərzində kişinin xasiyyətini öyrənmək üçün əvəzsiz sayan psixoloq bildirir ki, kişilərin jestləri söhbət zamanı onun nə hissləri keçirdiyini və həmsöhbətinə qarşı münasibəti də göstərir. "Məsələn, əgər kişi bütün söhbət zamanı əlini belinin arxasına qoyur və sanki qarşı tərəfdən gizlədirsə, bu, onun özünə əmin olmadığını göstərir".

E.Bağırova bildirib ki, dizinin üstünə qoyulmuş əllər kişinin nəsə haqda dərin düşüncəyə qapıldığını və yorğun olduğunu göstərir: Bir-birinin üstünə qoyulmuş əllər kişinin şüuraltı olaraq həmsöhbətindən qorunduğunan xəbər verir. Bu, söhbət etdiyi insanın öz daxili aləminə buraxmaq istəməməsinə bir işarə də ola bilər. Bəzi belə insanlar qapalı olur və hər adamla şəxsi münasibət qurmurlar.

Söhbət etdiyiniz kişi əllərini qoymağa yer tapmırsa, tez-tez əllərinin vəziyyətini dəyişirsə, ovuclarını bir-birinə sürtürsə, çox əsəbidir və narahatdır. "Bu, şəxsin dərdli bir insan olduğunu da göstərir. Ola bilsin ki, söhbət zamanı onun bütün fikri problemi ilə bağlıdır".

Müsahibimizin sözlərinə görə, əllərin quruluşu da kişini büruzə verir. Belə ki, bel və ya trapesiya formasında olan əl sahibinin qətiyyətli, sadiq, enerjili olduğundan xəbər verir. Uzun və nazik barmaqların sahibi çox yaradıcı insandır. Gözəllik və incəsənətdən zövq alır.

Kişinin əli möhkəmdirsə, enerjili və işgüzardır. Nəyisə istədisə, nəsə beyninə düşdüsə, onu mütləq etməlidir. Geri çəkilməyi qəbul etmir. Alınmasa belə axıra kimi gedir. Bu xüsusiyyətinə görə istədiklərinə nail ola bilir.

Yumşaq əllər insanın ağıllı və həssas olduğunu göstərir. Zərif əllər sahibinin ağır və ciddi iş görə bilməməsindən xəbər verir. Belə kişilər tənbəl və əzgin olur. Qaydalara və səliqəyə riayət etmir, işdə uğurlar qazana bilmir.

Barmaqların formasına görə də kişinin xasiyyətini öyrənmək olar. Belə ki, E.Bağırovanın dediyinə görə, barmaqların uc hissəsi üçbucaq formada olan kişilərdə mükəmməlçiliyə meyl olur. Onlar həssaslığı və dinar olmaları ilə seçilir.

Dördkünc formalı barmaqların sahibi səliqəli və əxlaqlı olur. Maddi dəyərlərə önəm verir.

Xarakterin müəyyənləşdirilməsində barmaqların uzunluğu da rol oynayır. Əgər göstərici barmaq adsız barmaqdan qısadırsa, sahibi harizmatik və cazibədardır. Belə adamlarla ünsiyyət qurmaq maraqlı olur. Onlar riskə meylli olur və məsuliyyəti öz üzərinə götürə bilir.

Əgər göstərici barmaq adsız barmaqdan daha uzundursa, sahibi özündən əmindir. Belə kişilər tənhalığı xoşlayır. Onları əhəmiyyətsiz məsələlərə görə narahat edəndə qıcıqlanırlar.

Əgər adsız və göstərici barmaq eyni uzunluqdadırsa, belə kişilər mehriban və xeyirxah olur. Konfliktli hadisələrdən qaçırlar. Onların əsəbiləşməsi üçün ciddi nəsə baş verməlidir.

Psixoloqun dediyinə görə, barmaqlarla yanaşı dırnaqlar da kişinin xasiyyətini göstərir: "Oval dırnaqlar sahibinin üzüyola olduğuna işarə edir. Dördkünc və yastı dırnaqları kişinin utancaq olduğunu bildirir. Sadəcə yastı dırnaqları olan kişilərsə əsəbidir. Dırnaqları dar olan kişilərdə pisliyə meyllilik olur. Çox dar, səliqəli, gözəl dırnaqlarsa şəxsin həssas və kübar olduğunu göstərir. Bir növ basılmış yastı dırnaqlar da kişinin həssas, emosional olduğuna işarə edir".

Bəzi kişilərin dırnaqları qırışlı, çıxıntılı olur: "Belə dırnaqlar sahibinin zəif olduğundan xəbər verir. Kənarları dişlənmiş dırnaqlar kişinin iradə zəifliyini, əsəbiliyini, gizli fəaliyyətinin olduğunu göstərir".


Şərhlər: 6
Baxılıb: 2087
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Catwoman666
fikir vermisem ki portakal kafa hemise elini sinesine qoyur))omur boyu)))))
1 iyun 2015 17:48
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
mende insanda ilk once ellere fikir verirem eller cox sey deyir kim olmaqindan ne ishlediyinden xeber verir

mende insanda ilk once ellere fikir verirem eller cox sey deyir kim olmaqindan ne ishlediyinden xeber verir

mende insanda ilk once ellere fikir verirem eller cox sey deyir kim olmaqindan ne ishlediyinden xeber verir
1 iyun 2015 16:05
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Fialka
Maraqlıdır , insanın mimikaları kimi onun bədən dilinində mənası varmış, psixoloqiyada insanın hər incə xırdalıqları onun bir xüsusiyyətinin göstəricisidir.
1 iyun 2015 16:03
# 4
GünƏşimƏ_AiD_
Olar bizi basha dushsunler bizde dusherik sora
1 iyun 2015 14:25
# 3
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Antikvar
Faydalı xəbər oldu.Heç diqqət etməmişəm danışdığı zaman əllərini hara qoymasına)Gərək nəzərdən keçirim)Elləri möhkəmdi yazılanlarda doğrudu)tşk.
1 iyun 2015 13:21
# 2
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Bele seylere cox onem verirem. Heqiqeten dogruluq payi var eller xarakteri yansidir
1 iyun 2015 06:59
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz