Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər hansı halda ağlayırlar?
Kişilər hansı halda ağlayırlar?
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 994
Səs ver:
Arzuları puç olanda - Özlərini və hisslərini ifadə edə bilmədikdə baş verənlərə ağlayaraq reaksiya verirlər. Bununla da mənfi duyğuları özlərindən kənarlaşdırmış olurlar.

Yaxınları vəfat edəndə - Onlar köməksiz qalacaqlarını hiss edirlər. Yaxınlarının ölümü ilə barışmaq kişilərə heç də asan başa gəlmir. Onlar uzun müddət tənhalığa qapanır, real həyatdan uzaqlaşırlar.

Eşqə düşəndə - Sevgi elə bir duyğudur ki, heç kəs ona qalib gələ bilmir. Hətta ən güclü görünənlər belə eşq qarşısında diz çökürlər. Kişilər sevdikləri insana hisslərini aça bilməyəndə göz yaşına boğula bilərlər.

Sevdiklərindən ayrılanda - Bu zaman kişilər üçün dünya bitmiş olur. Yadda saxlayın ki, tərk edilmə ağrısı yalnız qadınları incitmir. Kişilərdən fərqli olaraq, qadınlar tərk ediləndə çəkinmədən ağlaya və kədərlərini başqaları ilə bölüşə bilirlər. Kişilər isə tərk edildikləri haqda heç kəslə danışmırlar, özlərinə qapanırlar. Sakit bir yerə çəkilib ağlamaqla sakitləşirlər.

Ata olanda - Kişilər istədikləri qədər soyuqqanlı görünmək istəsələr də, ata olduqlarını bildikləri an sevincdən ağlayırlar. Hər kişi nəslini davam etdirəcək bir oğlu olduğunu biləndə xoşbəxt olur. Sevinc göz yaşları da bu xoşbəxtliyin bir parçasıdır.

İşini itirəndə - Kişilərin işsiz qalması həyatlarında çox ciddi problemlər yaradır. Öz iş həyatını qurmaq üçün gecəsini gündüzünə qatıb əzmlə çalışan kişilər işlərini itirdikdə göz yaşı tökə bilərlər. Ailə qayğısı, yeni bir iş tapmaq və s. kimi problemlər kişiləri stresə salır. Hər hansı bir problemin qarşısında aciz qalmaq istəməyən kişilər işdən qovulanda bir müddət özlərinə gələ bilmirlər.

Azarkeş olduqları komanda uduzanda - Kişilər futbola vurğun olurlar. Komandalarının məğlubiyyəti onları məyus edir. Üstəlik də çarəsiz qalırlar və heç bir şey edə bilmirlər. Bu vaxt onlar yumruqlarını bərk sıxıb, gözlərindən yaş da axıda bilərlər.

İtləri öləndə - Kişilər sadiq heyvanın onları həyatda qeyri-şərtsiz sevən tək varlıq olduğunu düşünürlər. Vəfalı dostunun yoxluğu onlara çox pis təsir edə bilər.

Qeyd edim ki, qadınların kişilərə nisbətən daha uzunömürlü olmaları vaxtında ağlaya bilmələri ilə də izah olunur.


Şərhlər: 9
Baxılıb: 994
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Sucan
Mende gormusem agliyan kisiler mende ois oluram adamin cox yazigi gelir
23 may 2015 01:06
# 9
GünƏşimƏ_AiD_
Kisiler aglamasina hec vaxt pis baxmiram..aqliya bilerde kishi insan deyil beyem.cox metel qaliramli hemen adamlaki nece yani kishi aqlamaz.
Sevdiyini itirendede agliya bilerler.oz gozlerimin sahiti olmusham.kishiler asevende urekden sevir lap dibden.ona gorede onlara daha cox tesir edir..
Barcalenoda fotbolda uduzanda mende aqliyiram.eh
22 may 2015 22:32
# 8
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Catwoman666
Sultan Suleymanin serialda isletdiyi gozel bir cumleni sizlerle paylasmaq isteyirem: Kisiler iki halda aglayarlar- ya sebebi olumdur ya da ask.
deyesen bele demisdi))
22 may 2015 17:36
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
bir yaxinlari vefat edende birdeki ata olanda aqalayirlar o birisilere inanmiram
22 may 2015 15:51
# 6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
yarpaq33
Elbetde yaxinini itiren her bir kiwi aglayir ne qeder guclu olsa bele birde ki atam honkurtu ile aglayib bacimla men gelin kocende cox aglamiwdi
22 may 2015 11:31
# 5
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Fialka
Digərlərini başa düşdük daha azərkeşlik etdikləri komanda uduzanda ağlamaq nə idi, həmçinin itləri öləndə də , bu ağlamaq olmadı, bu sulu gözlülükdür.)) Onlarda insandı və ağlayada bilərlər ancaq qadınlar kimi deyil əlbəttə)) ümumiyyətlə hər kəsə ağlamaq təkcə sevinc hissindən yaransın inşAllah.
22 may 2015 09:39
# 4
Luna-90
Kisiler o qederki aglamayan goruruk onlar aglayanda yazigim gelir onlara
22 may 2015 08:40
# 3
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
Menede tesir edir kisiler aglayanda. Atami bir defe aglayan gormusdum o da nenem dunyasini deyisende. Kisiler sevdiklerini itirende daha i cden aglayirlar
22 may 2015 08:12
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Happy
Oxumaq maraqli oldu. Guclu cinsin aglamagi adama pis tesir edir bezen
22 may 2015 07:58
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz