Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər, bu yazını diqqətlə oxuyun
Kişilər, bu yazını diqqətlə oxuyun
Göndərən: NoName
Şərhlər: 6
Baxılıb: 980
Səs ver:
Gender uçurumu: Kişilər də nə vaxtsa qadınlar qədər yaşayacaqlarmı?
Çoxdan məlumdur ki, qadınlar bir qayda olaraq kişilərdən çox yaşayırlar. Lakin London Kralıq Kollecində aparılmış bir tədqiqat göstərib ki, bu gender fərqi getdikcə daralmaqdadır. Tədqiqatın nəticələrinə görə, 2030-cu ildə İngiltərə və Uelsdə kişilər orta hesabla 85,7 il ömür sürəcəklər. Bu, qadınların göstəricindən 2 il azdır. Halbuki 1981-ci ilin göstəricələrinə görə, qadınlar adətən kişilərdən 6 il çox yaşayırdılar.

BBC Azərbaycan bu fərqin mövcudluğunun səbəblərini araşdırıb.

Bu fərq nə vaxtsa tamamilə aradan qalxacaqmı və ya bu fərq həmişəmi mövcud olub?

Cass Biznes Məktəbindən professor Les Mayheu deyir ki, 1909-cu ildə qadınlar kişilərdən cəmi 2,5 il çox yaşayıblar. Bu elə bir dövr idi ki, ölümlərin əksəriyyəti infeksiyalarla bağlı idi və infeksiyalar qadın və kişilərə eyni cür təsir edirdi. Lakin həyat standartları yaxşılaşdıqca və antibiotiklər inkişaf etdikcə ömür uzunluğu gözləntisi uzanırdı. Buna baxmayaraq qadınlar və kişilər arasındakı ömür uzunluğu fərqi ötən əsrin ikinci yarısından sonra artmağa başlamışdı.

Fərq niyə mövcuddur?

Siqaret çəkmək bu fərqin əsas səbəblərindən biri sayılır. Ona görə də indi gender yaş fərqinin azalmasını da çoxlarının siqaret çəkməyi tərgitməsi ilə izah edirlər. Təcrübə göstərir ki, siqaretə də kişilər qadınlardan erkən yaşlarda başlayıb, tərgidəndə də daha gec tərgidirlər. 1948-ci ilədək hər 8 kişidən biri siqaret və ya siqar çəkən olub. Bu isə öz növbəsində ömürləri qısaltmaqla təbabətin əldə etdiyi uğurların əhəmiyyətini azaldırdı.

Qadınlar isə adətən siqaret çəkməyə daha gec başlayıblar, üstəlik, qadınlarda siqaret çəkməyin miqyası kişilərin miqyası ilə müqayisədə həmişə az olub. 1960-70-ci illərdə hökumət və səhiyyə tütünlə ölümlər arasındakı bağlılığa daha ciddi yanaşmağa başladılar. Bundan sonra siqaret çəkənlərin sayı azalmağa başlayıb. Məhz o illərdə siqareti atanların artması müasir dövrümüzdə ömrün uzanması statistikasına müsbət təsir göstərən faktor olub.

Oksford Universitetindən professor Riçard Peto deyir ki, siqaret bu adəti olanların tən yarısını öldürür. "Amma tərgitmək heyrətamiz bir şəkildə müsbət təsir göstərir. Siqareti 40 yaşınadək tərgidənlər riskin 90 faizindən xilas ola bilirlər”, – professor deyir.

Ürək xəstəliklərinin müalicəsindəki yeniliklər də ömür uzunluğuna çox təsir göstərib. Üstəlik, kişilər tarixən daha təhlükəli işlərdə çalışıblar. Məsələn, 1920-ci illərdə Britaniyada 1 milyon kişi təhlükəli mədən işində çalışırdı. Bu isə onları ağ ciyər xəstəlikləri kimi təhlükə qarşısında qoyurdu.

Qadınların kişilərdən bioloji üstünlüyü varmı?

Cass Biznes Məktəbindən professor Les Mayheu buna inanmır. Ötən il dərc etdirdiyi elmi işində doktor yazır ki, gender yaş fərqinin çox böyük olması onun biloji faktorlarla bağlı olduğunu düşünməyə əsas vermir və buradakı fərq ictimai səciyyə daşımalıdır. Bir başqaları isə güman edirlər ki, burda məhz biloji faktorlar əsas rol oynaya bilər. Hesablamalar göstərir ki, siqaret çəkməyən kişilərlə siqaret çəkməyən qadınlar arasındakı ömür uzunluğu fərqi qadınların xeyrinə olaraq qalır. Heç kim bilmir ki, burada lap bioloji faktor rol oynasa da, o məhz hansı faktordur?

Amma bir sıra ekspertlər düşünürlər ki, fərq qadınları ürək xəstəliklərindən qoruyan hormonlarda ola bilər. Professor Peto isə deyir ki, qadınları qoruyan hansı faktor olursa olsun, siqaret çəkilməsi buna mənfi təsir göstərir. Qadınların daha uzun yaşamasına dair nə kimi nəzərəriyyələr var?

Kişilərin daha az yaşamasına dair əksər nəzəriyyələr hələ tam öyrənilməyib və isbat olunmayıb. Bəzi araşdırmalar göstərir ki, immun sistemlərinin daha yavaş qocaldığına görə qadınlar daha uzun ömür sürürlər. Buna görə də onlar yaşlandıqca xəstəliklərə qarşı müqavimət gücünü saxlayır, kişilər isə bu qabiliyyəti itirirlər. Belə arqumentlər də vardır ki, canlı aləmdəki başqa növlərdə də gender yaş fərqi mövcuddur. Bir nəzəriyyəyə görə kişilərin rəqabətli təbiəti onları daha riskli həyat tərzinə çəkir. Bir başqaları isə inanırlar ki, qadınlar övladlarının gələcəyindən arxayın olmaq üçün çox yaşayılrlar.

Fərq daralacaqmı?

Rəsmi rəqəmlər göstərir ki, fərq tədricən daralır. Milli statistikanın məlumatlarından çıxış edilərsə, 2037-ci ilədək qadın və kişilərin ömür gözlənitisindəki fərq 3 il olacaq. Digər tərəfdən professor Mayheu düşünür ki, 2030-cu ildə kişi və qadınlar orta hesabla eyni müddətdə yaşayacaqlar.
Lakin bir başqaları bu ehtimalları ağlabatan saymırlar. Proqnozlar qeyri-müəyyəndir. Gələcəkdə çox şeylər dəyişə bilər. Gələcəyi modelləşdirmək işində azı bir məsələdə konsensus mövcuddur: Həm kişilər, həm də qadınlar qarşıdan gələn illərdə, ümumilikdə daha uzun və güman ki, daha sağlam ömür sürəcəklər.


Şərhlər: 6
Baxılıb: 980
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
WiRiN BaLaM
onsuzda kisiler oxuya bilmeyecek eziyyet çekmisiz 23
15 may 2015 14:38
# 6
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
vipbetul
qadin saytinda ksihi nege oxusun bu yazini
15 may 2015 14:18
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Antikvar
Kişilər qadınlara nisbətən az sürməsinjn səbələri onsuz hər birimizə məlumdu.Alkol,siqaret və bununla bərəbər fikir etdikləri zaman çölə vurmaqdansa içlərində çəkmələ yetinirlər buda ürək damar sistemlərinin daralmasına ,yaşlanmasına gətirib çıxarır.Təbii sonda iki cümləni əsl kişilərə aid etdim."kişiciklərə"yox ,sabahını fikirləşməyən hər gününü kef daamaqla keçirənlərin ömrü qısalmasın nə olsun bir səbəbkarlarıda özləridi.Tşk.
15 may 2015 13:20
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Melissa
yazilibki kisiler oxusun? bunu kisiler nece oxuya biler? ancaq qadinlar oxuyur
15 may 2015 11:41
# 3
Fialka
Kişilərin ömrü istifadə etdikləri zərərli vərdişlərə görə qadınlara nisbətən daha azdır. Verilən proqnozlarda hələ qeyri müəyyəndir çünki kişilər zərərli olan siqaret və alkoqol asılılığından nə vaxt xilas olacağ bilinmir.)
15 may 2015 09:53
# 2
BARBI
Bu subut olunmus bir seydir kisiler qadinlardan 5 il omru qisa olur. Bununda sebebleri qeyd olunub siqaret alkoqol eseb gerginlikk ve bu kimi problemler kisilerin omrunu qisaldir
15 may 2015 09:09
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz