Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qısqanc kişi ilə nə etməli!?
Qısqanc kişi ilə nə etməli!?
Göndərən: Nazlı_qız
Şərhlər: 10
Baxılıb: 1587
Səs ver:
Yəgin ki, "qısqanır – deməli sevir" ifadəsi hamıya bəllidir. Gəlin təhlil edək, bu ifadə nə dərəcədə doğrudur. Qısqanclığı tez-tez büruzə verilməməsi müəyyən mənada xoş ola bilər, qarşılıqlı hisləri bir az da gücləndirə bilər və bu da siz həmin kişiyə qarşı biganə olmadığınızı göstərər. Səbəbli yaxud səbəbsiz olaraq insan qısqanclıq hissini büruzə verərkən qəzəb doğurur və bu da qıcıqlanma yaradır. Bu cür şəraitdə nə etməli?! Qısqanc kişiylə necə mübarizə aparmalı?

Qısqanclığı yarada biləcək bir çox səbəblər var və buna səbəb yalnız başqa kişi amili olmaya da bilər. Həmçinin, uşaqlara, karyerada qazanılmış uğura, başqa insanların şan-şöhrətinə qarşı da qısqanclıq yarana bilər. Müxtəlif səbəblərdən qısqanclıq yarana bilər. Kimisi öz iradlarını sakit tərzdə bildirir, kimisi isə hiss və emosiyaların əsiri altında, sağlam düşüncədən kənar şəkildə bildirir. Belə vəziyyətdə kişilər düşünülməmiş addımlar atırlar ki, bu da sonda peşman olmalarına gətirib çıxarır. Qısqanclıq yaradan səbəbin əhəmiyyətsiz olduğu və yaxud heç bir səbəbin olmadığı məqamlarda qadınlar nə hiss edir?! Buna görə də məxsusluq hissinin yaranması zamanı mübarizə aparmaq lazımdır.

Qısqanc kişinin öhdəsindən gəlməyə cəhd etməzdən əvvəl, qısqanclığı yaradan səbəbləri müəyyən etməyə cəhd edin. Ola bilsin ki, siz ona daha çox diqqət yetirməlisiniz. Ola bilər, siz vaxtın çox hissəsi işə, uşağa ayırırsınız, ona isə az vaxt ayırırsınız. Bu halda uşaqları nənəsigilə və ya dayənin himayəsinə qoyun və özünüz restorana, kinoya gedin və valehedici romantik axşam təşkil edin. Həyat yoldaşınızın gündəlik həyatı, öz həyatı barədə maraqlanın. Onu bir an belə olsun unutmayın. Siz tədricən görəcəksiniz ki, ailə həyatınızda olan söz-söhbətlər, dava-dalaşlar, qısqanclıqlar yox olmağa başlayır, çünki bunu yaradan səbəbləri aradan qaldırmısınız.
 
Əgər həyat yoldaşınız sizi başqa kişilərə qısqanırsa, o zaman öz davranışlarınızı kənardan qiymətləndirməyə çalışın. Ola bilsin ki, siz özünüz də bilmədən sevdiyiniz insana qısqanclıq səbəbi verirsiniz. Öz tanışlarınıza qarşı səmimi bir təbəssümünüz özü-özlüyündə heç bir pis niyyətli anlam daşımır, lakin ola bilər ki, həyat yoldaşınız sizin bu hərəkətinizi tamamilə başqa yöndə anlayır və bunu flirt kimi qiymətləndirir. Ola bilər ki, siz açıq-saçıq geyinirsiniz, bu da həmçinin qısqanclıq üçün səbəb ola bilər. Belə olan halda qısqanclıqla mübarizənin bir üsulu var: Öz tərəf müqabilinizi qısqanclığa təhrik etməmək. Özünü daha təmkinli aparın, qarderobunuzu dəyişin. Hər ikinizin fikirlərində ortaq məxrəcə gələrək güzəştə getməyə çalışın.
 
 Qısqanclığın səbəblərindən biri da həyat yoldaşınızın özünə inamsızlığı ola bilər. Buna görə siz ona özünüqiymətləndirmədə kömək etməlisiniz ki, onun özünə inamı artsın. Bunun üçün onu tərifləyin, onun təqdirəlayiq bütün hərəkətlərini yüksək qiymətləndirin, həvəsləndirin. Ona valeh olduğunuzu hiss etdirin, göstərin ki, siz ona ehtiyac duyursunuz. Yalnız bu cəhdlərinizi ifrat dərəcədə edib, onun sizə yüksəkdən aşağı baxmasına imkan verməyin ki, sonra siz onun özünəinamını normallaşdırmaqla mübarizə aparmalı olasınız.

Bəzən kişilər özləri günahkar olduqlarına görə qısqanır. Bu zaman siz bu məsələni həll etmək istəyinizin olub olmaması barədə qərar verməlisiniz. Hər şeydən asanı ayrılmaqdır – lakin bu çıxış yolunun sizə xoşbəxtlik gətirib-gətirməyəcəyi əsas məqam kimi düşünülməlidir. Ən yaxşısı budur ki, siz elə edin ki, həyat yoldaşınız sizi qısqanacaq heç bir səbəb görməsin və özü də sağa-sola baxmasın.


Şərhlər: 10
Baxılıb: 1587
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Arzu1996
sevgilim bile yok qisqansin)) agla
20 may 2015 20:50
# 10
Rakella
Sevgilim cox qisqancdi goz verib isiq vermir cox bezirem
9 may 2015 18:09
# 9
Impossible is not a word,it's just a reason for someone not to try
Catwoman666
qisqanilmaq mence bir cox qadinlarin xosuna gelir. amma qisqancligin da heddi var
7 may 2015 19:28
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
efsane..
her seyin ifrati pis oldugu kimi qisqancligin da lap beterini xoslamiram temiz olmamasida yaxsi deyil hedden artiq cox olmasida yerinde olsa yaxsi olar
7 may 2015 18:07
# 7
Fialka
Qısqanırsa demək sevir bu fikir mənə görə yanlışdır çünki qısqanan kimi görünə bilər ancaq bu hallar onun özündə olan çatışmamazlıqların göstəricisidir. Birdən kənardan kişinin qüruruna toxunulacağ söz deyərlər ona görə qadını bağlı qapı arxasında saxlayanlarda var bu da qısqanclıq kimi yozulur ama əslində belə deyil..
7 may 2015 17:01
# 6
vipbetul
ele qisqanc insanlar varki evden bayira bile qoymur xanimini cixsun taki ishe gedende qapini baqliyir gedirdeyirki qisqanir eslinde bu qisqanmaq sevmek deyil bu o insanin xesde olmaqinin delaletidi ne tesufki bele insanlara dozurler,bele insanlar ozlerini her zaman hakli bilirler,sevirsense qisqanmamalisan,
7 may 2015 16:48
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Dosta_inam
qisqanc deyilem o qeder,belkede az.yoldaşimda var oda herden.
7 may 2015 16:11
# 4
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
ulduz
men qisqancam ama onu bilmirem hec qisqandigin gormemisem
7 may 2015 15:41
# 3
BARBI
Qisqanc kisiyle bir deyqe durmaram hec vaxt da yola gede bilmerem. Ozum qisqanc deyilem sevdiyim insanin da qisqancligina tab getirmerem
7 may 2015 14:22
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
oxxx onu mennen sorusun mennen... agla
7 may 2015 14:18
# 1
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz