Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Cazibədar kişi necə olmaq olar?
Cazibədar kişi necə olmaq olar?
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 1183
Səs ver:
Kişilər həmişə qadınları başdan çıxarda bilən yaraşıqlı olmaq istəyirlər. Yaraşıqlı olmaq – pul qədər gücə malik olmaqdır.

Kişi gözəlliyi – qadın gözəlliyindən çox fərqlənir. Bura sadəcə xarici görkəm deyil, davranış və xasiyyət daxildir. Əsas məqsəd qadınların ehtiyacı olan kişi olmaq, qadınlara ehtiyacı olan kişi yox.

Səlis danışıq qabiliyyəti
Ən vacib amillərdən biri səlis danışmaqdır. Kişilərin səlis və mənalı danışıqları qadınları cəlb edir. Səlis danışıq qabiliyyəti sizə emosiyalarınızı, fikirlərinizi, niyyətlərinizi aydın söyləməyə kömək olacaq. İstənilən söhbətdə baş çıxarda biləcəksiniz, maraqlı hadisələr danışacaq, zarafat edəcəksiniz. Yumor hissi isə kişilərin ən seksual əlamətlərindən biridir.

Məqsədyönümlü kişilər
Yetkin kişilər planlar və məqsədlərini dəqiq bilir. Dəqiq məqsədləri olan kişilər həmişə cazibədar olacaqlar. Ortalarda olan kişi olmayın. Böyük arzuları və məqsədləri olan kişilər qadınlar üçün daim cazibədar olublar.

Kişidə mehribanlıq və aqressivlik
Mehribanlığı zəiflik, kobudluğu isə güc kimi qəbul etmək lazım deyil. Kişi ətrafdakılarla kobud rəftar etdiyi zaman bu dərhal gözəçarpan olur. Belə kişilər qadınlarla münasibətdə bunu gizlədə bilsələr də, digər insanlarla üzə çıxardırlar. Mehriban kişilər qadınların xoşuna gəlir. Onlar uşaqları sevir, ailə qurmaq üçün yararlı olurlar. Lakin bu o, demək deyil ki, onlar özlərini qoruya bilmirlər. Mehribanlıqda gizli güc var. Belə kişilər lazım gələrsə, öz "buynuzlarını” göstərə bilirlər. Lakin yaxşı olar ki, ətrafdakılar kişilərin aqressiv tərəflərini oyatmasınlar.

Kişinin xasiyyəti
Kişi – güclü şəxsiyyətdir. Öz brendinizi yaradın və onu qoruyun. Əsl kişinin sözü vəziyyət və istəklərdən asılı olmayaraq dəyişmir. Əsasən bu qadınlarla münasibətdə özünü göstərməlidir. Möhkəm xasiyyətli kişilər qadınlara cazibəli gəlirlər.

Kişi özünə inanır və irəli gedir
Əsl kişi istənilən yerdə və vəziyyətdə özünə inanır. Özünü itirmək və həyacanlanmaq qadınlara aiddir. Kişi suda balıq kimi olmalıdır. Əsl kişi dünya ilə birgə dəyişir və bir yerdə saymır.

Əsl kişinin yaxşı qadın zövqü olur
Qadınlar arasında uğuru ilə qururlanmır və bu barədə susur. Bu xüsusiyyət qadınları daha da cəlb edir. Əsl kişi nə vaxt əl uzatmağı, öpməyi, zəng etməyi, qucaqlamağı, hədiyyə verməyi bilir. Ona bunu öyrətmək lazım deyil. Lakin o, vəziyyəti şişirtmir.

Sonunda kişi cazbədarlığı fiziki göstəricilərdən daha çox mənəvi göstəricilərdən asılı olur. Bunu isə hər bir kişi hər zaman dəyişə bilər.


Şərhlər: 9
Baxılıb: 1183
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
cazibedar kisi? kisiyede cazibadar deyilir ki?maraqlidi kisi istese ozunu her haliyle qadina beyendirer,kisinin gorunusune yox ozunu aparma qaydasi maraqlandiir meni yerini ve danisgini bilmeyen kisi demek olmaz arvat deyilir cox gulen yersiz gulen kisilere yeri gelende gulmeyi susmagi bilmedirler kisiler,en cox kisi menim dusuncemle ozune inamli ve dediyini eden kisidir.tesekkurler
30 aprel 2015 17:33
# 9
vipbetul
CAzibadar qadin olsa daha yaxsi olar,kihilerse esasen ciddiyetli namuslu ishini bilen olmalidi

CAzibadar qadin olsa daha yaxsi olar,kihilerse esasen ciddiyetli namuslu ishini bilen olmalidi

CAzibadar qadin olsa daha yaxsi olar,kihilerse esasen ciddiyetli namuslu ishini bilen olmalidi
30 aprel 2015 17:00
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
kisi neci cazibader olmaq nedi?!
30 aprel 2015 15:35
# 7
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Fialka
Kişilərdə yaraşıqlılıq yerinə daha çox xarizmatiklik daha cəlb edici ola bilər . Və xaraktercə möhkəm iradəli və yerini sözünü bilən olmalıdır. Yəni kişi cazibədarlığı fiziki yox mənəvi üstünlükdür..
30 aprel 2015 14:36
# 6
Catwoman666
kisi yarasiqli ve cazibedarrrrr olmalidir. bir de cazibedarliqdan sohbet gedir burda durustlukden yoxx!!!her kes yene baslayir agilli agilli danismaga......
30 aprel 2015 14:12
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
Nezka
Kişinin cazibədar olması yox dürüst olması lazımdı
30 aprel 2015 11:59
# 4
İçimi görsən mənə aptek alarsan.
Tomris Müslümova
kisiler oxusun bana ne?? hh secdiyim adam ureyimcedi
30 aprel 2015 11:10
# 3
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Cazibedar kisi neye lazim her kesin diqqet nezerinde olur. Kisi mudrik guclu ve istediyini bilen olsun
30 aprel 2015 09:32
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
qanadli melek
Kiwinin cazibedarligi onun durustluyu ozune inami guveni ve bir qadina qarwi gozel reftaridi
30 aprel 2015 07:29
# 1
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz