Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişiləri necə anlayaq?
Kişiləri necə anlayaq?
Göndərən: emis
Şərhlər: 11
Baxılıb: 1002
Səs ver:
Biz onlarla birgə, yan-yana yaşayırıq. Vacib deyil onları sevirik ya yox, hörmət edirik, ya yox - bütün hallarda, yanlarında olduğumuz müddətdə onların psixologiyasını anlamağa çalışırıq. Lakin bu, çox çətindir. Biz axı çox fərqliyik.
İlk uşaqlıq illərindən oğlanları və qızları onların gələcək sosial rollarına görə tərbiyə edirlər. Qızların oyunları əsasən ünsiyyət xarakterli olur. Məsələn, ev sahibəsi, müəllimə, həkim və s. kimi oyunlar. Oğlanlarla isə vəziyyət tamam başqa cürdür .Onların oyununda əsas hərəkətdir. Rəqabət daha güclüdür. Onlar daha çox "nə demək"  barədə yox, "nə etmək" barədə düşünürlər. Onlarhəmişə daha üstün olduqlarını sübut etməyə çalışırlar. Bundan əlavə, bizim patriarxal cəmiyyətimiz onlara artıq uşaqlıqdan üstün olmağı öyrədir.

Kişi psixologiyasının quruluşu
Kişilər - güclü cinsin nümayəndələridir və dünyanı idarə etmək əsrlərdən bəridir ki,onlara məxsusdur. Onlar tikirlər, dağıdırlar, müharibələr edirlər - hər zaman ən ağır işlər onların çiynində olur. Bundan əlavə pul, şöhrət və hökmranlıq da onlara məxsusdur. Bu, artıq əsrlərlə hamının fikrində formalaşdırdığı kişi obrazıdır. Hər şeyə nail olmuş, iradəli, ağıllı, özünə əmin kişi obrazına hər bir kişi daxil olmaq istəyir.
Kişilər böyük uşaqlardır
İndi gəlin, güclü cinsin nümayəndələrinin daxilinə nəzər salaq. Hətta ən uğurlu və güclü bir kişinin də qəlbində balaca bir uşaq gizlənir.  Hərdən bu "balaca uşaq" şıltaqlıq  və şuluqluq etmək istəyir. Hətta aləmi bir-birinə qatıb "ağlaya" da bilərlər ki, onları "oynamağa" qoysunlar. Müdrik qadın kişilərin psixologiyasında bunları nəzərə almalıdır və qərar çıxarmaqda bu avtoritetə təsir etməməlidir. Müdrik qadın bu şıltaq övladının başına sığal çəkib onu sakitləşdirən mehriban anaya bənzəyir.
Biz niyə kişi psixologiyasını anlaya bilmirik?

Onlar uğura nail olmaq fikrində olarkən hərəkətlərində qəribəliklər ola bilər. Məsələn: otaq alt-üst olanda qadın hər bir xırda detala fikir verib, artıq nəyin yerində olmadığını anlayır. Kişi üçün isə bu, sadəcə, səliqəsizlikdir. Onlar o qədər də xırdalığa getmirlər. Əgər evin hər yerində sizin qarşınıza sevimlinizin  corabları çıxırsa, dava-dalaş etməyə  ehtiyac yoxdur. Çünki onlar böyük fikirlərlə məşğuldurlar və belə önəmsiz şeylərə sadəcə əhəmiyyət vermirlər. Biz isə "böyük fikirlərlə" məşğul insanı xırda bir corabla məşğul edirk. Onlar üçün bu, çox ədalətsiz davranışdır.
Etiraf etmək lazımdır ki, hisslərini cilovlamaqda onlar bizdən daha güclüdürlər. Öz zəifliklərini, uğursuzluğunu və incikliyini gizlədə bilmək onlara xasdır. Bunları gizlətmək o demək deyil ki, onlar öz qadınlarına inanmırlar. Sadəcə, ağlamaq və şikayət etməyi qürurlarına sığışdırmırlar. Onlara elə gəlir ki, bu zaman onlar qadına oxşayırlar.
İndi isə ən başlıcası - kişilərlə düzgün münasibət qurmaq üçün nə etməli?

Bunun üçün kişi psixologiyasının ən dərin və gizli yerlərini öyrənmək lazım deyil. Cavab çox asandır - onlara dəstək olmaq lazımdır.
Əgər onlar hər hansı  bir işdə, biznesdə, yataqda və s.uğursuzluqla qarşılaşsalar, özlərini itirirlər.Hər şeydən əllərini üzüb mübarizə aparmaqdan imtina edə bilərlər. Bu zaman onlara sadəcə mənəvi cəhətdən dəstək olmaq lazımdır. Əziz qadınlarımız, onlarla söhbət etməkdən çəkinməyin. Sizin sevimlinizin sizin dilinizdən eşitdiyi: "Sən  güclü və ağıllısan, buna görə də səndə alınacaq" sözlərinə həmişə ehtiyacı var. Hətta onların yenidən "dünyaya gəlib" xariqələr yaratması üçün bu sözlər kifayət edər.


Şərhlər: 11
Baxılıb: 1002
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nezka
Onlar məni anlasın mən niyə onları anlayıram
30 aprel 2015 13:19
# 11
İçimi görsən mənə aptek alarsan.
Catwoman666
qadin ve kişi psixologiyasi tamam ayridir,ferqlidir. eger kişileri anlaya bilmirsinizse hec anlamaga da calismayin o zaman))
30 aprel 2015 12:44
# 10
"All men must die, but we are not men"

Daenerys Targaryen
cinqosh
xəbəri oxudum, kişi olmaq nə yaxşı şeymiş hahahah
29 aprel 2015 15:10
# 9
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
aliceWOnDer
Riyaziyyatı guclə anlayıram bunlara baş sındıran halım yoxdu)))
29 aprel 2015 14:20
# 8
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
sadege kishileri deyil umumilikde insanlari anlamaq lazimdi buna gorede psixologiyani oxuyub bilmek lazimdi,kishilere geldikde ise onlarin psixologiyalari beyin inkisafi bir-iki sey uzerinde firlanir

sadege kishileri deyil umumilikde insanlari anlamaq lazimdi buna gorede psixologiyani oxuyub bilmek lazimdi,kishilere geldikde ise onlarin psixologiyalari beyin inkisafi bir-iki sey uzerinde firlanir
29 aprel 2015 13:56
# 7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
GünƏşimƏ_AiD_
birinci olar anlasin bizi bizde baxaq gorey serf edirse anlayariq.122 122
29 aprel 2015 13:51
# 6
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Lucia
Bunun üçün kişi psixologiyasının ən dərin və gizli yerlərini öyrənmək lazım deyil. Cavab çox asandır - onlara dəstək olmaq lazımdır.
29 aprel 2015 11:01
# 5
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
BARBI
Kisilerin agli bizden daha ferqli olur onlar her hansi bir engelde daha tez meyus olurlar. Kisiler balaca usaq kimidir her zaman qaygiya komeye nevazise ehtiyaclari var
29 aprel 2015 09:34
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Miss_Oxatan
Indi bele cixir ne vaxt kuncde bucaqda cirkli corab gorsek o saat deyek ki,sen guclusen falan filan?)))cok sacma.dogrudur kiwinin iw heyatinda bir ugursuzluq baw verende gunlerce ruh kimi gezirler,bir nece ay evvel bizde de oldu bu hal,bir iw ugursuzlugu oldu,onu atlatinca men depresyona duwdum))))evde ele bil ruh variydi,dinmir daniwmir,destek verici sozlerde de tukenme getdi,ne qeder deyim fikir eleme olan weydi,kiwinin bawina iw geler))))axirda gordum yoxe xeyri yoxdu,hovsele hardadi mende,cole bayirada cixmirdi,depresyon resmen,neyse,bir gun dozmedim qewweyy dava eledim,ele bil silkeledim onu,seher gordum ki,evvelki adamdi.dedim aye bunu niye evvelden elemirem))))her weyde bir yere kadar yahuu.menim terpenyam catmaz,cunki ozum ele deyilem,ozumunde bawima bir ugursuzluq gelende bir gun ruh kimi gezirem 2ci gun kiwinin bawina iw geler deyib davam edirem)))men qadin ola-ola tez ozume gele biliremse buna nolub,birdeki kendi yixilan aglamaz,ne de ki,miz-miz ederek yanindakini tebden cixartmaz.bir sozle,gorduz kiwiniz hansisa ugursuzluqdan depresyona duwub,evvel bu xeberde yazilanlara riayet edin,urek direk verin,gorduz yoxe xeyri yoxdu,menim usuluma kecin.unutmuyun,sinaqdan kecirilmiwdir!))))
29 aprel 2015 09:08
# 3
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Fialka
Kişi xarakteri qadınlardan fərqli olur və onları daha yaxşı tanımaq üçün qadın müdrik olmalı və ona görə davranmalıdır. Ailədə isə bir - birinə anlayış göstərib dəstək olmaq vacibdir. Hər xırda detalı şişirdib böyütməyə ehtiyac yoxdu))...
29 aprel 2015 08:59
# 2
Nergizz
burda yazilanlarda dogrudanda,eledir amma kiwiler ne qeer guclu olsalarda yanlarinda bir qadinin olmasi vacibdi.
29 aprel 2015 08:09
# 1
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz