Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər ağlamaz?
Kişilər ağlamaz?
Göndərən: Sabrina
Şərhlər: 18
Baxılıb: 742
Səs ver:
Dövrümüzdə belə bir qəribə tendensiya mövcuddur.

Özünü narahat edən hər bir məsələ səbəbilə məyus olan oğlan uşaqlarına, "ağlama, kişilər ağlamaz”, "məgər sən qızsan ağlayırsan?” deyilir. Oğlanlar bu kəlimələri gah anadan, gah atadan, gah nənə-babadan, gah müəllimələrindən, gah da ətrafdakı tanıdığı və tanımadığı insanlardan eşidir və düşünür ki, əgər bu qədər insan "kişi ağlamaz” deyirsə, deməli ağlamaz və tədricən ağlamağı tərgidir. Uşağın içinə yığılıb qalmış mənfi hisslər bir çox hallarda özünü aqressiya şəklində büruzə verir. Bu dəfə də uşaq "tərslikdə”, "dalaşqanlıqda” "pis uşaq” olmaqda günahlandırılır. Nəticə etibarilə isə cəzalandırılır. Ağlamaqdan və mənfi hisslərini büruzə verməkdən tamamilə məhrum olmuş oğlan uşaqları daim saatlı bombanı xatırladır.

Yeniyetməlik dövründə isə bu vəziyyət kulminativ nöqtəyə çata bilər. İllərlə hisslərini büruzə vermədiyi üçün daxilində yığılıb qalmış mənfi emosiyalar bu dəfə də "yeniyetməlik böhranı” şəklində üzə çıxa bilər. Lakin, bu halda vəziyyət daha da qəlizləşir. Çünki, yeniyetmələr artıq özünü azad, müstəqil fərdlər hesab edir və tərbiyə prosesi çətinləşir. Ailədə heç kəsin onu başa düşmədiyini fikirləşən zavallı oğlanlar təbii şəkildə onu "başa düşən” həmyaşıdlarına meyl edir. Bir vaxtlar valideynlərini ideal hesab edən uşağın gözündə valideynlərin nüfuzu düşməyə başlayır.

Zamanla cəmiyyət anasının və həyat yoldaşının göz yaşlarına biganə qalan kişilərlə dolmağa başlayır.Çünki bir zaman onun da hisslərinə laqeydlik göstərilmiş, göz yaşlarına və onu incidən səbəblərə səthi yanaşılmış və ona hisslərini ağlamaqla büruzə verməyin yaxşı iş olmadığı izah edilmişdi. Hələ üstəlik ona nümunə olan babalarının, atasının, əmilərinin və dayılarının ağlamasını görməmişdi. Gördüyünü götürən oğlan ailə quracaq qədər yetkin yaşa çatdıqda belə təqsirləndirilməyə davam edir, onu çəkinmədən soyuqluda, "daş ürəklilikdə”, qadınlara qarşı biganə olmaqda günahlandırırlar. Həyatında baş verənlərin kökündə nəyin durduğunu bilməyən oğlan özünü problemli sayaraq ən yaxşı halda, ya Rəbbinə üzünü tutaraq "Allahım məni bu sıxıntıdan qurtar” deyərək gizlin-gizlin göz yaşı tökür və ya səbəb olaraq onun psixoloji durumuna müdaxilə edəcək mütəxəssisə müraciət edir və başına gələnləri danışarkən o ki var ağlayır. Ağladıqca illərdir içinə yığılıb qalan mənfi emosiyalar boşalmağa başlayır. Gəncin qəlbi yumşalır. Ona əzab verən hisslərdən qurtulduqca başqalarının hisslərinə qarşı diqqətli olmağa başlayır. Amma bunun əslində niyə baş verdiyindən xəbərsiz olur. Və bir gün onun oğlan övladı dünyaya gəlir. Ətrafdakıların nə dediyini qavramağa başladığı ilk günlərdən atası ona kişiliyin "qızıl qaydasını” öyrədir: "Bax, oğlum, kişilər ağlamaz…”

Qeyd: Böyüyüb müəyyən yaş həddinə çatmış oğlan uşaqlarına "kişilər ağlamaz” prinsipinin aşılanmasında bir qəbahət yoxdur. Əsas məsələ, uşağın ağlamağa ehtiyac duyduğu dövrlərdə bunu məhdudlaşdırmamaqdır.


Şərhlər: 18
Baxılıb: 742
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Fialka
Kişidə qadında bir canlıdı ürəkləri daşdan deyil, düzdü bu cür kişilər ağlamaz fikri cəmiyyətdə formalaşıb ancaq kişidə ağlaya bilər lakin hər yerdə yox təbii ki, və ağlayan kişi görsəm hardasa həmişə bir günahkarlıq hissi yaranır məndə çox pis oluram qadından çox kişinin ağlamağı daha təsir edir ...
21 aprel 2015 18:51
# 18
Zeynep_Fatih
Aglamaq yalniz zerif cinsin numayendelerine mexsus bir wey deyilki
21 aprel 2015 17:48
# 17
emis
Ağlamaq ancaq qadınlara yazılıb? Şəxsən mən kişinin ağlamağına heç pis baxmıram. Niye ağlaya bilməsin kişilər nadir hallarda aglayarlar ama həqiqətən içdən aglayarlar. Bizim millətdə belə bir şey var ki kişi ağlayanda deyirlər ayə kisde ağlayarmi başa düşmürəm elə deyənləri onlar özləri hecmi aglamayibl ar görən. Yəqinki içləri yanır deyə ağlayırlar dana heçkim yersiz yerə ağlamaz. Ya sevinc göz yaşları olar ya da kədər tutaq ki kişinin anası, atası və ya övladı rəhmətə gedib ağlamasın? Bir də görəcəklər hərşeyi içinə salmaqdan uje ürəyi dayanıb kişinin. Allah uzaq elesin neçələri elə hər şeyi içinə salmaqdan dünyasını dəyişib. Onların da bir ürəyi var və istədikləri zaman ağlayıb içlərini boşaltmaq haqqlaridi. Qadına nə var kimin yanında olur olsun ağlaya bilərlər. ama gərək kişilərin yanında ağlama kişi ağlamaz deyən adam yox, ağla içini boşalt deyən adam ola beləsi də çətin tapılar. Təşəkkürlər
21 aprel 2015 16:59
# 16
Catwoman666
Kisilerinqadinlara ddaha aaz aglamaginin sebebi qadinlarin kisilerden daha cox hessas olmalaridir. Hem dde kisi dde aglaya biler. Amma qadin kimi yox ele kisi kimi!
21 aprel 2015 16:42
# 15
"All men must die, but we are not men"

Daenerys Targaryen
tek umidim sen
Az aglayarlar amma saz aglayarlar...
21 aprel 2015 15:37
# 14
Kadın derin ama adam yüzme bilmiyor...
aliceWOnDer
icden aglamalidi kisi en azindan qadin onun goz yasini gormemelidi
21 aprel 2015 15:09
# 13
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
kisiler aqlamaz aqladiqda ise heqiqetende icden aqlayarlar
21 aprel 2015 13:56
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
cinqosh
kişilər az-az ağlıyır, ama içdən ağlıyır. Qadınların ağlamağı isə ovcundadı.o saat ağlıyıb sakitləşirlər.tşk
21 aprel 2015 12:19
# 11
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
guler19
Niyə ağlamasın kişilər… Onlar insan deyilmi, onların ürəkləri ağrıyla, hüznlə, həsrətlə, çarəsizliklə heç dolmurmu. yazig kishiler aglamirlar her sheyi ureylerine salirlar ve 40-50 yashlarinda uje qelb krizinden gedirler aglamagin kishisi qadini olur aglamag yaxshi hissdir insan boshalir yungulleshir.
21 aprel 2015 11:36
# 10
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Yusif Ulker
aglamq pis birsey deyil her bir kes aglaya biler.
21 aprel 2015 11:27
# 9
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Meleknur
Niye aglamir aglayir kiwi Peygemberimiz umetim deye deye aglamadi Hz Eli(e.s) yoldawi Xanim Zehra anamiz vefat edende aglamadi ew kiwi aglamaz deyimi bowdu seven oglanda aglayar nece ki aglayibda
21 aprel 2015 11:09
# 8
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
Tomris Müslümova
puaaah men aglatmisam,niye aglamir ele qesssey agliyirki
21 aprel 2015 11:00
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Nezka
Onlarda adamdı ağlaya bilərlər
21 aprel 2015 10:43
# 6
İçimi görsən mənə aptek alarsan.
Nur k-off
Aglamaq çox normal haldir
21 aprel 2015 10:20
# 5
SVETA
Lucia
Mən də sevmirəm bu kəlməni,kişilərin ağlamağı normaldı,baxır nəyə....
21 aprel 2015 09:53
# 4
Həyatdan heç zaman bəmbəyaz bir səhifə gözləmə!
Çünki ikinci səhifə belə,birincinin izlərini daşıyır...!
Dosta_inam
kişilerin ağlamaği da normal haldir,en ezizini anasini ve atasini yada cani evladini itirir o zaman nece ağlamasin,ona ürek dözmez axi ağlamasa,teşekkür.
21 aprel 2015 09:37
# 3
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Miss_Oxatan
Hec beyenmirem bu "qanunu".nece yeni,beyem ureyi dawdirmi?hele bir de gorursen hansisa oglanin ya da yawca daha boyuk kiwinin valideyni dunyasini deyiwir,agliyanda ona da deyirler aglama,yeke kiwisen.bu insanin cani,ona can vereni dunyasini deyiwib,ureyi yanir,nece aglamasin?cox vaxt o qeder yersiz meqamda deyirler ki,bu sozu deyirsen ki,nece de ureksiz,hissiyyatsiz,laqeyd ve soyuqqanlidirlar.men kiwilerin goz yawina dozmurem bilmirem niye ancaq cox pisime gelir.telebe vaxti en yaxin refiqem kitabini itirmiwdi qrupumuzdaki oglana direndi ki,flan vaxt sene vermiwdim,o yaziq da and aman eledi ki,men teneffusde yazdim ve qaytardim,qiz elcekmedi,oglan hirsindenmi yoxsa o qeder qizin ve muellimin yaninda ogru nezerlerinden pis olub aglamaga bawladi.bir men inandim,ve aglamasina nece pis olmuwdumsa ozumde qowuldum,yaziq cixdi cole mende arxasinca cixdim icazesiz.seheri gun kitabi qiz oz evinden tapdi ve men o qizla dostlugu pozdum.hamisi onun aglamasina lag eledi,nece gun alay etdiler,men ama nece gun o olayin tesirinden cixammirdim,o sehne getmedi goz onumden.

Hec beyenmirem bu "qanunu".nece yeni,beyem ureyi dawdirmi?hele bir de gorursen hansisa oglanin ya da yawca daha boyuk kiwinin valideyni dunyasini deyiwir,agliyanda ona da deyirler aglama,yeke kiwisen.bu insanin cani,ona can vereni dunyasini deyiwib,ureyi yanir,nece aglamasin?cox vaxt o qeder yersiz meqamda deyirler ki,bu sozu deyirsen ki,nece de ureksiz,hissiyyatsiz,laqeyd ve soyuqqanlidirlar.men kiwilerin goz yawina dozmurem bilmirem niye ancaq cox pisime gelir.telebe vaxti en yaxin refiqem kitabini itirmiwdi qrupumuzdaki oglana direndi ki,flan vaxt sene vermiwdim,o yaziq da and aman eledi ki,men teneffusde yazdim ve qaytardim,qiz elcekmedi,oglan hirsindenmi yoxsa o qeder qizin ve muellimin yaninda ogru nezerlerinden pis olub aglamaga bawladi.bir men inandim,ve aglamasina nece pis olmuwdumsa ozumde qowuldum,yaziq cixdi cole mende arxasinca cixdim icazesiz.seheri gun kitabi qiz oz evinden tapdi ve men o qizla dostlugu pozdum.hamisi onun aglamasina lag eledi,nece gun alay etdiler,men ama nece gun o olayin tesirinden cixammirdim,o sehne getmedi goz onumden.
21 aprel 2015 09:02
# 2
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
BARBI
Kisilerde aglaya biler sevdiklerini itirende isini itirdikde ve psixologiyalari pozulduqda
21 aprel 2015 09:01
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz