Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xanımlarla tanış olmağın ən asan yolu
Xanımlarla tanış olmağın ən asan yolu
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 12101
Səs ver:
Əziz kişilər, yəqin ki, qadınların qəlbini fəth etmək üçün daim müxtəlif yollar axtarırsınız. Lakin xəbəriniz olsun ki, hamının istifadə etdiyi quru, şablon cümlələr artıq qadınlara münasibət qurmağa kömək etmir.
Bu dəfəki məqalədə sizə xanımlara yaxınlaşan zaman tanışlıq üçün köməyinizə gələcək sınanmış təcrübələr haqqında məlumat verəcəyik.

Onun diqqətini üzərinizə çəkin
Eyni tədbirdə, qonaqlıqda ya da restoranda olduğunuz zaman bəyəndiyiniz xanımın diqqətini öz üzərinizə çəkməyə çalışın. Əgər bunu baxışlarınızla bacarmasanız, sözləri işə salın. Sosioloq Dr. Papper Shcwartzın sözlərinə görə aşağıdakı cümlələr bu istiqamətdə sizə köməkçi ola bilər.

Mənimləsiniz? Xeyr, yanlış anlamışam? Aha aydındır, ünsiyyət qurmaq istəyirsiniz, amma çəkinirsiniz. Bu sözlərdən sonra qarşınızdakı xanım istər-istəməz sizinlə danışmağa başlayacaq. Söhbətin davamını müəyyənləşdirmək isə birbaşa sizdən asılıdır. Bu sözlərinizlə siz açıq şəkildə onunla maraqlandığınızı, dialoq qurmaq istədiyinizi bildirirsiniz, eyni zamanda yumor duyumunuzu göstərirsiniz.

Salam, biz anket sorğu hazırlayırıq. Sualımız isə belədir: yeni münasibətə başladığınız insandan hansı cümlələri eşitmək istəyərdiniz?
Qarşınızdakı insan sualınıza cavab verdikdən sonra isə ona qarşı sevdiyi həmin cümlələrdən istifadə etməyə başlayın. Daha sonra isə əsas məqsədinizi bildirin. Bununla qarşınızdakı xanımın diqqətini çəkəcək, özünüzü ona maraqlı insan kimi tanıtmış olacaqsınız.

Çox gözəlsiniz, xanım. Mərcə girərəm ki, mənə yox deyəcəksiniz.
Qadınlar özlərindən razı kişiləri sevmirlər. Söhbətə belə başlamağınız onu sizin səmimiyyətinizə inandıracaq, rahat davranışlarınız onda sizə qarşı xoş təəsürat yaradacaq.
İlk cəhddə ola bilsin ki, xanım sizə sərt cavab versin, amma belə olan halda siz onu da başa düşməli, tanımadığı birinə qarşı bu münasibətini anlamalısınız. İlk dəfədən ünsiyyətiniz alınmadığı zaman xanıma sərt cavab qaytarmağınız heç bir halda qəbuledilməzdir.

Buradakı ən gözəl qadın olmaq necə hissdir?
Psixoloqların sözlərinə əsasən qadın olan istənilən mühitdə rəqabət var. Xanımlar qarşılarındakı həmcinslərinin kim olmasından asılı olayaraq onu mütləq şəkildə özlərinə az və ya çox dərəcədə rəqib görürlər. Geyim, makiyaj, ən gözəl olmaq istəyi xanımlar arasında rəqabət yaradan əsas səbəblərdəndir. Buna görə də, siz bəyəndiyiniz xanımı onun olduğu məkanın kraliçası olduğuna inandırmalısınız. Belə olan halda ona həm nə qədər incə, centlmen olduğunuzu hiss etdirirsiniz, həm də onun fikrincə gözəllikdən anlayan kişi statusu qazanırsınız.

Gözəl olmaqdan əlavə hansı işlər görürsünüz?
Bu da ən az yuxarıdakı qədər effektiv cümlələrdən hesab edilir. Xanımlar daim dəyərli, gözəl olduqlarını hiss etmək, eşitmək istəyirlər. Ola bilsin ki, sizin daim necə yaraşıqlı, xoşxasiyyət olduğunuzu deyən dosta, sevgiliyə ehtiyacınız yoxdur, amma xanımların ətraflarında belə insanlara ehtiyacı var. Belə bir cümləni qarşı tərəfdən eşitmək isə onlar üçün xüsusilə önəmlidir.

Əziz kişilər, unutmayın! Bir xanımla ilk münasibətə başladığınız zaman ona qarşı atacağınız hər addım, hər jest gələcək uzunömrlü münasibətinizin əsasını qoyacaq. Axı, münasibəti idarə etmək, gələcəyini müəyyənləydirmək daha çox bizim əlimizdədir!?


Şərhlər: 10
Baxılıb: 12101
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ulduz
bu xeberler oglanlaara aiddi bu saytdaa ne isi var //////
18 aprel 2015 19:16
# 10
vipbetul
sanki kisi saytidida kishiler ders kecililirt qadinla tanish olmaq,menasiz xeberdi menasiz tanishliq sualidi kimdi bu suallara durub cavab veren axi
17 aprel 2015 23:25
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Catwoman666
hec inanmiram ki hansisa oglan menimle tanis olmaq isteyende basarili olsun))))))men ozum kimise gorub altdan altdan beyene bilerem122 yarasiqli oglanlari da beyenmemek mnim ucun gunah olar122 amma hansisa oglani beyenmiremse o yaziq hec ozunu yormasin. onsuzda tanis ola bilmez menimle. eslind ferq yoxdu. yarasiqli oldu olmadi beyendiyim oldu ya da olmadi men yene de bele tanisliqlari beyenmirem
17 aprel 2015 16:46
# 8
"All men must die, but we are not men"

Daenerys Targaryen
emis
mene lazim olmayacaq bunlar. mene risk edib yaxinlasan bir defe olub o da yaxinlasdigina min pesman olub. inanmiram heqiqeten seven oglan bele ede o qizi firlatmaq isteyenler olar bu usullarla tanis olmaq. seven oglan qizi incitmez sebri varsa gozleyer yoxdusada xos getdin
17 aprel 2015 15:01
# 7
Ayten666
Bu oglanlara aiddir bize ne??ozde marAqsizdir elebil adami deli yerine qoyur bele danisan
17 aprel 2015 11:48
# 6
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
aliceWOnDer
Vallah tanışlar mənə deyir ki yolda elə gedirsənki zəhmin bizi qorxudur bəli yolda ciddi oluram ona gorə mənə yaxınlaşa bilmilər
17 aprel 2015 10:53
# 5
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Nezka
Mənə hər oğlan yaxınlaşmağa cəsarət eeləmir
17 aprel 2015 09:30
# 4
İçimi görsən mənə aptek alarsan.
BARBI
Mennen bu yollarla tanis olmaq olmaz. Bele menasiz herketleri hec sevmirem , xosu gele gelsin uzume desin bele yollara el atmasin
17 aprel 2015 08:31
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Düzü bu cür suallar mənə görə çox yersiz və olduqca mənasızdı , bu suallara tanış olmaq istəyən və hər sözə inanan qızlar inana bilər yəni mənə keçmir bu cür rollar;)
17 aprel 2015 08:16
# 2
Dosta_inam
çox gözel meslehetdir,subay qizlar oxuyun,ve yadinizda saxlayin,heyatdir irelide lazim olar.
17 aprel 2015 07:20
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz