Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Yalnız qadınlar üçün: Kişilər nə istəyir?
Yalnız qadınlar üçün: Kişilər nə istəyir?
Şərhlər: 13
Baxılıb: 1935
Səs ver:
Kişinin fikrincə, yetkinliyin əsasında üç mühüm sual dayanır: Mən kiməm? Nəylə məşğulam? Nə qədər qazanıram?
Nə qədər ki o, bu suallara cavab tapmayıb və onların doğurduğu problemləri həll etməyib, ondan heç nə gözləməyin. O, özünü xoşbəxt hiss etməyəcək və təbii ki, sizə ayırmağa vaxtı da olmayacaq.
 
Kişi özünü hamıdan üstün hiss etmək istəyir. Heç olmasa, bircə sahədə. O bilir ki, bütün sahələrdə birincilik əldə etməsi mümkün deyil. O, birinci olmaq, bununla qürur duymaq istəyir və əlbəttə, istəyir ki, qadın bunu görsün. Yoxsa bu birinciliyin heç bir mənası yoxdur.
Nə üçün o, evdə deyil, niyə işinə bu qədər çox vaxt ayırır? Ona görə ki, onun dünyasında bütün uğurlara qiyməti kişilər verir. Başlanğıcdakı üç sualı xatırlayın. Kişi üçün bütün uğur bu sualların cavabındadır. Və əslində, sizin seçdiyiniz adam hələ bu suallara cavab tapmayıbsa, deməli, bağışlayın, amma öz günahınızdır - düzgün seçim etməmisiniz.
 
Kişi qazanmalı və müdafiə etməlidir. Qazanmaqdan söz düşmüşkən, o, gözəl anlayır ki, birdən-birə sosial statusunu dəyişə bilməz. Amma heç olmasa, perspektiv, istiqamət aydın olmalıdır. Aha, bax burada siz ona yardım edə bilərsiniz. Əgər özünüzdə bu gücü hiss edirsinizsə, irəli!
Onların sevgisi nə ilə fərqlənir? Qadın sevgisi zaman, məntiq və şəraitlə bağlı bütün sınaqlarından çıxmağa meyllidir. Və o, qarşı tərəfdən də məhz bunu gözləyir. Kişilər isə təbiətcə daha sadədirlər. Məsələn, normal kişi hər yarım saatdan bir sevgisinin bir az da artdığını bəyan etmək üçün zəng etməyəcək, bəlkə, heç qadını xəstələnəndə onun saçlarını oxşayıb, alnındakı soyuq kompressi yeniləməyəcək də. Amma həkim çağırıb, sizin sağalmağınız üçün gərəkli resepti yazdıracaq və ləngimədən aptekə qaçacaq.
 
Əlbəttə, kişi sevə bilir. Amma başqa cür.
 
Bəs evlənmək üçün seçdiyiniz kişi məhz sizi sevirmi? Bunu necə bilmək olar? Çox asanlıqla. O, bunu bəyan edəcək. Özü də tək sizə yox, bütün dünyaya. Yox, "mən onun dərdindən dəliyəm" deməsini gözləməyin, amma adam sizə münasibətini də heç kəsdən gizləməyəcək. Adi bir məqamı düşünün: hər hansı kişi bir məclisdə "filankəs mənim qadınımdır" deyirsə, hətta həmin xanıma rəğbəti olan kişilər də mütləq geri çəkilirlər. Bu, onlar üçün siqnaldır. Və fərqi yoxdur, bu vaxtadək həmin qadın barədə nə düşünüblər, o qadın da cavabında yüngül flirtə meylli olub, ya yox. Məsələ qapanır. Çünki yazılmamış kişilik qanunları var.
 
Yox, əgər o, məclisdə sizi rəfiqəsi kimi təqdim edib adınızla müraciət edirsə, əmin olun, elə belədir ki, var və siz onun üçün bundan artıq heç kəs deyilsiniz.
Əgər siz sevdiyiniz kişi ilə görüşürsünüzsə və ilk doxsan gün müddətində o sizi anası, ailəsi, dostları və ya ən yaxın bildiyi adamlarla ilə tanış etməyibsə, məsələ heç də ürəkaçan deyil. Barışın və hədəfi dəyişin, siz onun planlarında yoxsunuz...
Kişi sevirsə, əmin olun, heç vaxt sizin ondan pul istəməyinizə şərait yaratmayacaq, bütün zəruri xərcləri qeyd-şərtsiz qarşılayacaq. Bunun üçün onun imkanı yoxdursa, o özünü natamam hiss edəcək və qaçmağa məcbur olacaq.
 
Buna da əmin olun: sizin tam haqqınız çatır ki, nahar üçün hesabı verməsini, kinoya bilet almasını və s. ondan gözləyəsiniz. Bu, təbii ki, onun xoşuna gəlir. Əlbəttə, sizdən ciddidən xoşu gəlirsə...
Kişi sevirsə, sizi müdafiə edəcək. Həmişə və hər yerdə. Bəli, siz onun mülkiyyətisiniz və yaxşı olar ki, bu fikirlə barışasınız.
Dövrümüzdə kişilərin deqradasiyaya uğraması ilə bağlı fikirlər çox tez-tez səslənir. Kişi bəzən özünü əsl ("köhnə") kişiyə yaraşan tərzdə aparmır. Bilirsiniz niyə? Çünki qadın bunu ondan gözləmir.
 
Yaxşı, bəs kişi qadından nə gözləyir? Üç şey - dəstək (diqqət, minnətdarlıq, tərif), sədaqət və əlbəttə, seks. Bunlardan hər hansı birini evində görməyəndə... aydın məsələdir, kənarda axtaracaq və böyük ehtimalla, tapacaq da...
 
Kişilər hansı cümləni sevmir? Bunu, yəqin ki, bilirsiniz. Əlbəttə, ilk növbədə "Biz danışmalıyıq" cümləsini. Niyə? Çünki bu zaman o belə başa düşür ki, ya nəyisə düz eləməyib, ya da əslində, siz onunla heç danışmaq da istəmirsiniz. Əlbəttə, kişi bəzən səhv elədiyini anlayır, amma onunla bunu müzakirə etmək uğursuz addımdır. O, sizin qəzəbli mühazirənizə qulaq asmayacaq. Səmimi söhbət isə... Yox, kişiyə rəfiqəniz kimi yanaşmayın. Onlar ürəklərini boşaltmaq üşün danışmırlar. Danışırlarsa, deməli, problem var və onu həll etmək, situasiyanı düzəltmək istəyirlər. Yox, sadəcə, gileylənmək istəyirsinizsə, bunun üçün rəfiqələriniz kifayət edər.
 
Yox, əgər problem ciddidirsə və o sizi dinləmirsə, yenə də bağışlayın, seçim... seçim düzgün olmayıb. Lap əvvəldən. Və o, əlbəttə ki, sizi sevmir.
Yaxşı olar ki, sizi narahat edən söhbətə - bu, ciddi məsələdirsə - məhz belə başlayasınız: "Əzizim, hər şey qaydasındadır, sadəcə, mən bir şeyi kiminləsə danışmalıyam". O, sizi dinləyəcək. Mütləq dinləyəcək. Əlbəttə, əgər sevirsə...


Şərhlər: 13
Baxılıb: 1935
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
kisiler ne isteyir deyende kisilerin istemediyi sey varmiki?hersey qarsiliqli olamlidir.qadin yalniz ozunu dusunmemelidir qarsindakinida dusunmelidr. ve bir munasibete baslayarken herseyi dusunmek lazimdir olacaq seylere hazirliqli olmaq lazimdir
14 aprel 2015 16:56
# 13
vipbetul
xeyr qadin neyinki qadin yaradilan kimsede kiminse mulkiyyeti deyil canli varliq esya deyil mulkiyyet ola `
14 aprel 2015 01:58
# 12
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
cinqosh
kisiler cox sey istiyir.reqqaseler de gelsin???
13 aprel 2015 21:29
# 11
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Qlamurr
Normal insan,fərqi yoxdu kişi,qadın hamının istəkləri var,münasibətlərdə sadəcə özünü düşünmək eqoistlikdir,odur ki,hər iki tərəf bir-birinin istəklərinə qarşı hörmətlə yanaşmalıdırlar.
13 aprel 2015 17:32
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
aliceWOnDer
Sitat: Nezka
Nə istəyir istəsinlər məndən uzaq olsunlar

mumkunsuz bir sey isteyirsen
13 aprel 2015 13:18
# 9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Miss_Angel
sven insan sevdiyin bildirer men cox cox evveler genc yawimda sevgimi bildirmezdim hec kime indi bir az yumwalmiwam kimme qarwi ne his ediremse deyirem caliwdigim qeder cox sert gorunem kenardan baxanda kimle cox savawiram sa demeli onu cox isteyirem men beleyem
13 aprel 2015 11:47
# 8
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Fialka
Qadınlar bir çox şey istəyən kimi , kişilərdə istəyə bilər bu normaldı qeyd olunan vəziyyətlərin başında ilk növbədə doğru seçim etmək lazımdır. Əgər seçim doğrudursa və münasibətlərdə bir - birini anlamaq ,güzəştə getmək varsa elədə problem olmaz, yox əgər eqolarınıza yenik düşüb türklər demiş bencilce davranıb yalnız özünüzü düşünürsüzsə onda o münasibət çoxda irəli getməyəcək , getsə belə üzdə olacaq sadəcə..
13 aprel 2015 11:45
# 7
Nezka
Nə istəyir istəsinlər məndən uzaq olsunlar
13 aprel 2015 10:36
# 6
İçimi görsən mənə aptek alarsan.
meni_gozle
Eslinde seven insan ele burda yazilan elametlerden bilinir anlayiwindan qaygisindan sene deyer vermesinden bilinir
13 aprel 2015 10:31
# 5
Melissa
vaxtim yoxdu indi oxumaga yenio tam axira qeder oxumamisam ......... amma kisiler cox sey istediklerimi kimi qadinlarda isteyir
13 aprel 2015 10:16
# 4
qanadli melek
Niye bu kiwi evinde diqqet sedaqet tapmayanda kenarda axtarir.ozunde axtarsinki men niye bunun diqqetini qazana bilmemiwem men neteriyemki qarwimdakida mene bu cur diqqetsizdi
13 aprel 2015 10:02
# 3
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
BARBI
Kisiler cox sey isteyir. Bizim isteklerimizi onlar nece yerine getirirse bizde getirmeliyik.
13 aprel 2015 09:40
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nur k-off
Bu kişiler ne çox şey istediler. Ele bil borcumuz var
13 aprel 2015 09:25
# 1
SVETA
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz