Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İstədiyiniz kişini əldə etmənin yolları
İstədiyiniz kişini əldə etmənin yolları
Göndərən: Wiyinka
Şərhlər: 5
Baxılıb: 2923
Səs ver:
Bədən dilinizi istifadə edərək və özünüzü doğru ifadə edərək, bəyəndiyiniz kişinin diqqətini çox asanlıqla çəkə bilərsiniz...

Həyəcanlı bir macəramı axtarırsınız? Yoxsa istədiyiniz ciddi bir əlaqəmi? İstədiyiniz necə bir əlaqə olursa olsun bir həqiqət var. Əvvəl o kişini əldə etməlisiniz. Əks cinsin nümayəndəsi ilə sözlü ünsiyyətə keçməzdən əvvəl bədən dilimizlə ünsiyyətə keçirik. Hərəkətlərinizin bədən dilində nə mənanı verdiyini bilsəniz, qarşınızdakı adama çatmanız, özünüzü ifadə etməniz daha çox asan ola bilər.

Göz təması qurun
İlk baxış çox əhəmiyyətlidir. Qarşınızdakı adamın gözlərinə fokuslanın və bir neçə ürək atışı boyunca gözlərinizi çəkməyin. Çiyinlərinizi dikləşdirin, sinənizi ön plana çıxarın. Başınızı xoşlandığınız adama doğru yüngülcə çevirin.
Fərqinə varmadan qarşınızdakı adam boynunu sizə doğru çevirər, çiyinlərini dikləşdirər və başını yüngülcə önə əysə doğru yoldasınız deməkdir.

Yüngülcə gülümsəyin
Gözlərinizi yüngülcə qısaraq onu başdan aşağı süzün. Əgər xarici görünüşü xoşunuza gəlirsə təkrar göz təması qurun və mütləq gülümsəyin. Amma gözlərinizi tamamilə üzərinə fokuslamayın, daha romantik və ciddi bir ifadəylə baxın. Baxışlarınızı arada qaçırın, sonra yenə göz gözə gəlin. Elmi araşdırmalara görə çox uzun baxışlar narahat edici təsir yaradır. Qaş düzəldim deyərkən göz çıxarmayın.

Qarşınızdakı adam bir neçə saniyə içində daha dik dayanmağa, baxışlarınıza və gülümsəmənizə cavab verməyə başlayırsa, onu ovuclarınızın içinə almağa başladınız deməkdir.

Aranızda məsafə saxlayın
Yoldaşlarınızla birlikdə olduğunuz bir mühitdə, biriylə yaxınlaşmağa çalışacaqsınızsa, yoldaşlarınızla aranıza bir az məsafə qoyun. Yoldaş qrupu içərisində dəlicə əylənən, gurultulu qəhqəhələr atan qadınlar kişiləri qorxudur. Tək başınıza tualetə ya da nəsə almağa gedin . Beləcə baş-başa danışmaq şansı ola bilər.

İlk addımı atın
Kişilər başlanğıcda bizim düşündüyümüz qədər detallı və dərin analiz etmir. Psixoloqlar ilk addımda, kişinin tamamilə qadının özünə olan marağına fokuslandığını söyləyir. Şişirdilmiş bir girişə ehtiyac yoxdur, istiləşmə dövrlərini tamamladıqdan sonra bütün şirinliyinizlə bir "salam” demənizdən daha gözəl və doğru bir başlanğıc ola bilməz.

Səs tonunuza diqqət edin
Daha cazibədar bir səs tonu üçün asta-asta danışın. Bir neçə saniyə gözlərinizi qaçırmadan qarşınızdakı kişinin gözlərinin içinə baxın. Cəsarət vermək üçün gülümsəyin. Aranızdakı buzları
qırdıqdan sonra hər şeyi axışına buraxın. Hər nə qədər sizə o təslim oldusa da, sizi tovlayan oymuş kimi davranın, özünü zəfər qazanmış hiss etməsinə icazə verin.

Fiziki yaxınlıq qurun
Maraq duyduğunuz adama fiziki olaraq da yaxınlıq təmin etməyə çalışın. Təbii ki, şişirtməmək şərtiylə. Yanına 50 santimetrdən daha çox yaxınlaşmanıza icazə verirsə qazandınız deməkdir!
Çünki beləcə bir insanın özünü xoşlanmadığı insanlardan qorumaq üçün hördüyü divarı keçmiş olursunuz.

Görüş gününü təyin edin
Qarşınızdakı kişidən çox xoşlandınızmı? O zaman bu, yenidən görüşmək istədiyiniz mənasını verər. Dərhal bir görüş nizamlamalısınız. Əgər sizin ortaya qoyduğunuz görüşmə fürsətinin üstünə getmədisə, sizinlə eyni fikirdə olmadığı nəticəsini çıxara bilərsiniz.


Şərhlər: 5
Baxılıb: 2923
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
fatime123
Eladi))
16 mart 2015 23:44
# 5
Miss_Angel
istediyim arzuladogim adam yanimda deyil ama ele weylerede ehdiyac yoxdu.meni xowum geldiyi adama uz vermirem arxamca surundurem lezet edir.men hec kimin arxasiycan surunmerem
16 mart 2015 14:53
# 4
★ ★ ★☻♥♥ ♬♏Ī$$_ÂИǤЄĿ(¯`G´¯)
.`·.¸.·´
¸.·´¸.·´¨) ¸.·*¨)
(¸.·´ (¸.·´ .·´ ¸¸.·¨¯`·¦¦♬☻♥♥★ ★ ★
Luna-90
Istediyim kisi yanimdadi bunlara ehtiyacim yoxdu
16 mart 2015 11:33
# 3
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
BARBI
Hec bir vaxt bele bit arzum olmuyub her konulde cicek olmaqdansa bir konulde buket ol.
16 mart 2015 09:39
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Bu məsləhətlərə bəzi "qadınlar" əməl edib görüş təyin edərlər .... kişini əldə etmək sözü də heç yaxşı səslənmir , ümumiyyətlə nə istədiyini bilən qadında əksi olur kişilər qadınları əldə etmək üçün dəridən qabıqdan çıxırlar sadəcə baxır əldə olunan qadına və kişinin nə niyyətli olmağına...
16 mart 2015 09:33
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz