Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Porno filmlər kişiliyi məhv edir
Porno filmlər kişiliyi məhv edir
Göndərən: NoName
Şərhlər: 12
Baxılıb: 2680
Səs ver:
Bu gün dünya əhalisinin gündəlik həyat tərzinə çevrilən internetdə ən çox izlənilənlər sırasına pornoqrafik görüntülər də daxildir. Belə ki, dünyada bir saniyədə təxminən 30 milyon insan porno saytlarını ziyarət edir. Bu o deməkdir ki, siz porno film izləyərkən yalnız deyilsiz. Sizinlə bərabər 30 saniyəlik bir pornonu saniyədə 1 milyon insan izləyir. Ölkəmizdə hələ də elə insanlar var ki, internet deyəndə ağlına ilk olaraq pornoqrafik materiallar, porno saytları gəlir. Əslində isə internetin yalnız bundan ibarət olmadığı bir çoxlarımıza məlumdur. Amma bu günümüzdə porno filmlərə baxmaq üçün internetdən istifadə edənlər heç də az deyil. ABŞ-ın porno industriyasında dövr edən pullar il ərzində 15 milyard dollar təşkil edir. Porno saytların ən böyük istehsalçısı ABŞ olduğu halda, bu tip saytları ən çox izləyən ölkə Yaponiyadır. Bizim yaşadığımız Qafqaz regionunda isə porno filmləri izləməyə görə Ermənistan ilk yeri tutur. Ölkəmizdə də belə saytlara baxanların az olmadığı bəllidir.  Bəs, porno filmlərə baxmaq insanlarda hansı cinsi və psixoloji problemlərə gətirib çıxarır?
Seksoloq: "Bəziləri porno filmə baxmasa, yata bilmir”. Bu məsələ ilə bağlı Dr. androloq, seksoloq Həsən Səmədov  bildirib ki, porno filmlər insanın seksual psixologiyasını məhv edən destruktiv amildir. Həkimin sözlərinə görə, bu çox ciddi məsələdir: "Burada önəmli məsələ insanın seyr və müşahidə etmək marağıdır. Belə ki, porno filmin və seks məlumatının rəngarəngliyi, sujet dəyişkənliyi insan psixikasını pozur. Ümumiyyətlə, insan psixologiyası elastikdir. Bu belə baş verir ki, insan filmi izlərkən həzz alır. Eyni sujet xətti təkrarlandıqca, insan həmin filmdən həzz almağı kənara buraxır. Bu zaman yeni ideyalar və porno sujetli filmlər axtarır. Bu hal  növbəti filmləri axtarmaqla davam edir. Adətən, belə filmləri izləyən insan adi halda normal seksdən yayınır. Özü də bilmədən kənardan seks müşahidəçisi kimi proqramlaşır”.  Androloqun sözlərinə görə, onlara müraciət edən pasiyentlərlə aparılan sorğu onu göstərir ki, porno film izləyənlərin əksəriyyəti qadın bədəninin gözəlliyindən həzz almır: "Onlar sadəcə, cütlüyün sekslə məşğul olmasının müşahidəsindən həzz alırlar. Filmdə olan gözəl qadın obrazı onlar üçün mənasızdır. Bütün bunların nəticəsində ailələrdə cütlüklərin bir-birindən uzaqlaşması, soyuması baş verir. Bu tip filmləri izləyənlərin əksəriyyəti asılılığı yaranmış insanlardır. Hətta elə xəstələrimiz olub ki, hər gün porno filmə baxmasa, yata bilmədiyini və narahat olduğunu deyib. Bu isə insan psixikasının kölə halına çevrilməsidir. Belə halları yaranan xəstələr isə bizə müraciət edə bilərlər.
Ən vacibi isə porno filmləri izləməkdən yayınsınlar. Əks halda sağlamlığa və psixikaya ciddi zərər dəyə bilər”. Psixoloq: "Pornoya çox baxanlar həyatda seksdən həzz ala bilmirlər" Psixoloq Elnur Rüstəmov bildirib ki, intensiv porno filmlərə baxan insanlarda müəyyən müddətdən sonra asılılıq yaranır. Onun sözlərinə görə, digər tərəfdən həmin filmlər insanlarda intim həyat haqqında təsəvvürlərin pozulmasına səbəb olur: "İnsanlar porno filmlərə çox baxdıqca, onların intim münasibətlər barədə düşüncələri dəyişməyə başlayır. Bu isə getdikcə psixoloji travmaları gücləndirir. Bu insanlar real intim münasibətdən həzz ala bilmirlər və belə münasibətlərdən uzaqlaşırlar. Bir qismində isə psixika zədələnməyə başlayır. İntim münasibətdə zorakılıq kimi kənar davranışlar formalaşmağa başlayır. Digər bir problem isə ondan ibarətdir ki, porno filmlərə baxan insanlarda masturbasiya artır. Bunlar da real münasibətdə utancaqlıq hissinin yaranmasına və cəmiyyətdən müəyyən qədər təcrid olunmaya gətirib çıxarır. Ailə həyatı qurmayanlar evliliyə elə də meyl etmirlər. Tək qalmağı üstün tuturlar.
Ailə həyatı quranlar isə tərəf müqabili ilə intim münasibətdən uzaqlaşırlar”,- deyə psixoloq vurğulayıb. Şimali Koreyada porno izləyərkən tutulan şəxs öldürülür Sonda isə porno filmlər haqqında maraqlı faktları diqqətinizə çatdırırıq.  Google-də hər 100 nəfərdən 79-u seks və pornoyla bağlı axtarış edir. İnsanlar daha cox bayram günlərində pornosaytlara baxırlar. Ən çox ziyarət edilən vaxt isə bazar günləridir. 18 yaşına çatmamış yeniyetmələrin ən çox axtardığı 5 kəlmədən ikisi porno və seksdir. İnternetdə porno izləyənlərin 43 %-i qadınlar, 57 %-i kişilərdir. Hər bir insan orta hesabla 15 dəqiqə bu videoları izləyir.
Dünyadakı bütün porno filmlərin 90 %-i ABŞ-ın San Fernando bölgəsində çəkilir. Hər il 20 min pornoilm çəkilir. Qadın porno ulduzlarının illik qazancı 100 min dollarla 250 min dollar arasında dəyişir. Kişi porno ulduzlarının illik qazancı isə 40 min dollardır. Porno izləyənlərin 70% bu tip filmləri bir dəfə izləyəcəklərinə söz versələr də, sözlərinin üstündə dura bilmirlər. Şimali Koreyada isə porno izləyərkən səni tutsalar, bunun cəzası ölümdür. Amerikanın Yutah ştatı ən çox porno izlənilən yerdir. Pornofilm satılan yerlərdə olan filmlərin çoxu Kanadada istehsal olunur. Cənubi Koreyada insanlar pornosaytlara girmək üçün özlərinə məxsus təhlükəsizlik kodlarından istifadə etməli olurlar.  

Anar Kəlbiyev


Şərhlər: 12
Baxılıb: 2680
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Nazan
men tam tersi bilirdim
16 fevral 2015 22:01
# 12
BIR QADIN OGLANIN GOLGESINDE YAWAYAMAYACAQ QEDER AGILLI LAKIN O GOLGEDE DINLENMEYI BACARACAQ QEDER DUYGULU OLMALIDIR
Luna-90
Internetde en baxdigim sey hekimlerle elaqe xestelikleri arasdirmaq.yoldasim baxmir ele seylere deqiq bilirem
14 fevral 2015 22:15
# 11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Tomris Müslümova
DILEK burdasan?? qapidan qovursan pencereden... 122
14 fevral 2015 20:35
# 10
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
BARBI
Coxu izleyir ki oyrenmek meqsediyle
14 fevral 2015 13:14
# 9
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Tomris Müslümova
umid hani 122 ??
14 fevral 2015 13:03
# 8
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Tomris Müslümova
DILEK cox cetin veziyyetdesiz allah gostermesin 15
14 fevral 2015 12:51
# 7
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Qlamurr
Bu xəbəri kişilər oxusa bəlkə nəticə çıxarıb,baxmaqdan imtina edərlər,ancaq çətin çünki kişilərin zəif nöqtəsidi....həmçinin də haramdı....
14 fevral 2015 12:49
# 6
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Tomris Müslümova
he men bele adam taniyiramki asilidi ele seyden...
14 fevral 2015 11:34
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
aynur2002
Lazim deyil
14 fevral 2015 11:25
# 4
Əvəz edilməz insan yoxdur...
-Sadəcə insan varki onu başqası ilə əvəz etmək
istəmirsən...!
lili)
ne bilim vallah hele gormemisem baxsin belkede baxib deye bilmerem
14 fevral 2015 09:50
# 3
ayan97
Mende anlamiram niye baxdiqlarini…123
14 fevral 2015 09:38
# 2
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Melissa
o kisi yoxduki baxmaya. ister evli ister ise subay hamisi baxir
14 fevral 2015 08:54
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz