Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınlar kişilərdən nə istəyir?
Qadınlar kişilərdən nə istəyir?
Göndərən: NoName
Şərhlər: 11
Baxılıb: 1264
Səs ver:
Əslində qadınlar münasibətləri boyunca qarşı tətəfdən çox sadə şeylər gözləyirlər: əsas olaraq, hörmət, əyləncə, sevgi. Amma bunlar da qədərində olmalıdır.Bu dəfəki məqalədə sizə qadınların kişilərdə görmək istədikləri əsas cəhətlər haqqında məlumat verəcəyik.

Hörmət
Bir qadının kişidən gözlədiyi ən əsas davranış forması qarşı tərəfin ona olan hörmətidir. Qarşınızdakı qadına onun sizin üçün nə qədər dəyərli olduğunu hiss etdirmək istəyirsinizsə, ən xırda nüanslarda onun fikrinə əhəmiyyət verdiyinizi hiss etdirin. Ən əsası isə heç bir zaman dostlarınızın və qohumlarınızın yanında onun qüruruna toxunacaq hərəkətlər etməyin, ifadələr işlətməyin.

Sürprizlər
Qadının kişidə görmək istədiyi digər bir xüsusiyyət də onun sürprizsevər olmasıdır. Qadınlar onları heç düşünmədikləri vaxtda sevindirməyi bacaran kişiləri sevir, amma qadını sevindirmək üçün süprizlər üzərində uzun müddət düşünməyinizə ehtiyac yoxdur. Bu ən xırda bir hərəkət: heç gözlənilməyən bir vaxtda alınan bir dəstə çiçək də ola bilər.

Ona vaxt ayırın
Qadınlar münasibət boyunca öz xoşbəxtliklərindən daha çox qarşı tərəfin xoşbəxtliyi üçün çalışırlar. Sizin onunla xoşbəxt olduğunuzu hiss etdirməyiniz qadının özünü xoşbəxt hiss etməsi üçün kifayətdir. Əvəzində isə siz də qarşınızdakı xanıma vaxt ayırmağı bacarmalısınız.

Tək günahkar o deyil
Bəzən əsəbiləşdiyimiz zaman yolunda getməyən işlərə görə günahı qarşı tərəfdə axtarırıq. Bu zaman isə bəzən əsəblərimizə hakim olmağı bacarmayıb sonradan peşman olacağımız ifadələr işlədirik. Yadda saxlayın ki, qadınlar sizin kobud davranışlarınızı heç vaxt unutmurlar. Hətta sonradan hər şey qaydasına düşsə belə. Buna görə də yaxşı olar ki, bütün günahları qarşı tərəfdə axtarmazdan öncə öz səhvləriniz haqqında düşünəsiniz.

Romantika
Şübhəsiz ki, romantika münasibətdə qadının gözlədiyi ən önəmli şeydir. Gözəl dənizkənarı gəzinti, bir dəstə qızılgül, onun üçün mahnı oxumaq, hər dəfə onun üçün yeni ideyalar fikirləşmək. Bu sahədə nə qədər yaradıcı olsanız, onun gözündə də bir o qədər yüksəkdə olarsınız.

Mənim gələcəyim, yoxsa bizim gələcəyimiz?
Hər bir qadın sevdiyi kişi ilə uzun həyat yaşamağı planlaşdırır. Sizi bir qadına sevdirəcək digər bir cəhət də gələcək haqqında danışarkən ikinizi birlikdə xəyal etməyinizdir. "Bizim evimiz, bizim ailəmiz, bizim gələcəyimiz” bir qadını ən çox xoşbəxt edən ifadələrdir.

Əyləncə
Qarşınızdakı qadın sizə nə qədər ciddi, işgüzar görünsə də, unutmayın ki bütün qadınlar əyləncəli kişiləri sevir. Bütün gün ancaq iş haqqında fikirləşən, gününü ev-iş sxemi ətrafında quran kişi heç bir qadına maraqlı deyil.


Şərhlər: 11
Baxılıb: 1264
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
hormet her iki teref isdiyir
10 mart 2015 20:22
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
lili)
sexsen men sakitlik axdaran adamam o olsun bu olsun yox soqan corek olsun dinc basim olsun deyirem
5 fevral 2015 09:51
# 10
ece uslu
istekler ferqlidi
2 fevral 2015 23:25
# 9
emis
bu kadarda iyil yani))) duzdu bezilernnen raziyam
2 fevral 2015 17:15
# 8
Qlamurr
Düzdü istəklər fərqlidi,ancaq yazılanların hamısı önəmlidi,desəm ki sadəcə hörmət düz gəlmir,çünki,hamı istiyir ki,maraqlı,rəngarəng həyatı olsun..
2 fevral 2015 12:13
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
ayan97
Duzdu bide encox guven istiyir..
2 fevral 2015 12:03
# 6
"***…MeN HeÇ KiMiN iTiRMeYe QoRXDuĞu iNSaN oLMaDiM…***"
Tomris Müslümova
hardasa raziyam...
2 fevral 2015 11:50
# 5
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Xarakterlər fərqli olduğu kimi istəklərdə fərqlidir mən daha çox hörməti üstün tuturam nəinki digər qeyd olunanlar
2 fevral 2015 10:04
# 4
Bestoş
duzdur hamisiyla raziyam bunlarin
2 fevral 2015 09:54
# 3
Coxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx xooooooooooooowbexxxxxxxxxxxxxxxxxxtemmmmmmmmmmmmmmmmmmmmmmm
Melissa
qadinlar kisilerden onlarda oolmayan seyleri isteyir. azmm her kiside qadinin istediyini vermride
2 fevral 2015 09:49
# 2
BARBI
En esasi hormet ve sedaqet gozleyirem bunlari vere bilmeyen kisiye hec yaxinlasmaram
2 fevral 2015 09:44
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz