Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ata Olmaq Öyrənilə Bilərmi?
Ata Olmaq Öyrənilə Bilərmi?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1020
Səs ver:
Atalıq rolu, eynilə analıq kimi uşağa sahib olmağı istəməklə başlayır.Bəs ata olmaq öyrənilə bilərmi?

Hamiləliyin hər mərhələsini təqib etmək, yoldaşına bu müddətdə romantik istiqamətdən dəstək vermək, xoşbəxtliyi, sevinci, qayğıları paylaşmaq, körpənin inkişafına təqib etmək, həkim müayinələrinə getmək, doğum sonrası körpəyə aid əşyaların hazırlanmasında iştirak etmək bu rola hazırlığın əhəmiyyətli addımlarını yaradır.

Psixoloqlar atalıq rolunu belə izah edir: "Qadın, doqquz ay boyunca yaşadığı fiziki dəyişikliyə alışmağa çalışır. Kişi isə yoldaşının yaşadığı bu dəyişikliyi gözləyərək və onun duyğularını, hisslərini paylaşaraq körpəni qəbul etməyə çalışır. Körpə doğulduğunda onu qucaqlaması, atalıq roluna hazırlığın bitdiyi və bu rolun başladığı ən gözəl anı yaradır. Kişilər, körpəni qucaqlarına aldıqları anın həyəcanını və xoşbəxtliyini əvvəlcə ifadə edə bilmir.

Uşağa nümunə olur
Doğuşdan etibarən körpənin ehtiyaclarının qarşılanmasında anaya kömək olmaq, körpəyə ilk fiziki-psixoloji təsirin meydana gəlməsində əhəmiyyət qazanır. Xüsusilə ataların körpələriylə bədən və göz təması qurmalarının əhəmiyyəti böyükdür. Həyat yoldaşını və uşağını qucaqlayıb sarmalayan, sıx ünsiyyət halında olan ataların həyatları boyunca uşaqlarıyla əlaqələri daha sağlam olur. Həm qız həm də oğlan uşaqlarının fiziki, zehni, romantik və ictimai inkişaflarında atanın sakit, qərarlı, şəfqətli rolu əhəmiyyətlidir. "

Hazırlıq üçün edilə biləcəklər
Körpə doğulmadan əvvəl yoldaşlar, ana-atalıq roluna hazırlanmaq üçün həkimlərdən, mütəxəssislərdən kömək ala bilər, məsələ ilə bağlı kitabları təqib edə bilərlər.Ər-arvadın uşaqlarının böyüdülməsi mövzusunda əməkdaşlıq etməsi, bir-birini dəstəkləməsi və tamamlaması problemlərin həmrəylik içində həll edilməsini təmin edir.

Yeni ana-ataya məsləhətlər
* Körpənizi tanımaq üçün zamana ehtiyacınız olacaq. Səbir, sakit bir mühit, güc, qüvvət, müqavimət, hörmət, nəzakət, məsuliyyət, intizam, diqqət, müşahidə, zaman və praktikaya ehtiyacınız var.
* Qadınların ən sıx etdikləri səhv ana olunca özlərini yalnız ana elan etmələridir. Eyni zamanda bir fərd, bir qadın, bir yoldaş olduqlarını da unutmamaları lazımdır. Eyni vəziyyət kişilər üçün də keçərlidir.
* Uşaqlar yatınca birlikdə TV izləmək, film izləmək, musiqi dinləmək yaxşı gələcəkdir. Bəzən körpəni bir neçə saatlığına böyük valideynlərə buraxmaq da mümkün ola bilər.
* Xüsusilə doğuşdan sonrakı ilk zamanlarda (çətinliklərin ən çox olduğu müddətdə) ala bildikləri qədər dəstək almalıdırlar. Dəstək verməyi təklif edən yoxsa tələb etməlidirlər.
* Özlərini evə qapatmamalılar. Fürsət tapdıqca və hava da gözəlsə körpələrini də götürüb bir yerlərə getmələrində fayda var.
* Çətinliklərini mütləq bir-birilə ya da dostları ilə paylaşmalıdılar. Problemin bir həlli o sırada yoxsa belə izah etmək adamı rahatlaşdırar.

Ya körpələrin vəziyyəti?
Bir çox araşdırma kiçikkən sevgidən məhrum buraxılan körpələrin çox yaxşı baxılsalar belə bəzi ailədaxili problemlər onun psixologiyasına,həyata uyğunlaşmasına mənfi təsir göstərir. Hətta bəzi vəziyyətlərdə yenə yaxşı baxılan uşaqların sırf sevgidən məhrum buraxıldıqları üçün fiziki və zehni inkişaflarında çatışmazlıqların olduğu müşahidə edildi. İlk ildə körpənin yuxu, bəslənmə və təmizlik ehtiyacının nizamlı və kifayət qədər qarşılanması da əhəmiyyətlidir.Bu onun xarici dünyaya qarşı güvəninin əsasını təşkil edir. Bu yolla həm xarici dünyayla əlaqə yaratmağı və güvən duymağı öyrənir həm də özünə baxan, sevən fərdə qarşı bağlılıq inkişaf etdirir.



Şərhlər:
Baxılıb: 1020
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz