Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Evlilik "qorxu"su, yaxud 30 yaş sindromu
Evlilik
Göndərən: NoName
Şərhlər: 9
Baxılıb: 815
Səs ver:
Maddi yetərsizlik qorxusu
Kişilərin gec evlənməsinə bir çox amillər təsir göstərir. Maddi durumu yaxşılaşdırmaq, karyera qurmaq istəyi gec evlənməyə səbəb olan amillərdəndir. Evlənmək fikrinə düşən gəncin ilk olaraq, öz maddi durumunu yaxşılaşdırmağı vacib şərtdir. Çünki maddi cəhətdən ətrafındakı insanlardan, xüsusilə də valideynlərindən asılı olan gəncin öz ailəsi ilə bağlı qərarlarda müstəqil olmayacağı məlumdur. Bu da öz növbəsində gənc ailənin sağlam təməllər üzərində formalaşmasına mane olacaq. Digər tərəfdən əvvəllər ailə qurmaq üçün kiçik maliyyə xərcləri tələb olunurdusa, indi valideynlərin köməyi olmadan gənclər təkbaşına bu işin öhdəsindən gələ bilmirlər. Hər bir gənc istəyir ki, öz məvacibi ilə ailəsini dolandırmaq gücünə malik olsun, sonra evlənsin. Bəzi kişilər maddi baxımdan ailəsini təmin edə bilməyəcəyindən qorxduğundan evlilik fikrinə soyuq yanaşır. Axı ailəsinin, həyat yoldaşının qarşısında kim gözükölgəli olmaq istəyər? Həmçinin ailə qurmaq üçün ilk növbədə mənzil lazımdır. Təhsil almaq, iş axtarmaq, öz ayaqları üzərində dayanmağı bacarmaq, bütün bunlar uzun illər tələb edir. Bu amillər də həmin gənclərin evliliyi ikinci plana atmasına səbəb olur.

Məsuliyyətə hazır olmamaq
Evlilikdən qaçanların bəziləri isə bunu psixoloji nüanslarla əlaqələndirirlər. Bəzi kişilər mənəvi baxımdan ailənin yükünü çəkə bilməməkdən qorxurlar. Hər zaman bütün problemlərini valideynlərinin üzərinə atan, sərbəst düşünməyi, qərar qəbul etməyi bacarmayan, bu səbəbdən də ailə başçısı rolunun öhdəsindən uğurla gələ biləcəyinə inanmayan oğlanlar evliliyi ağır bir yük kimi görüb, özlərini bu çətinliyə salmaq istəmirlər.  

Uğursuz sevgi təcrübəsi
Bəzi hallarda isə valideynlər övladlarının seçiminə çox qarışırlar. Onlar oğullarının sevib-seçdiyi biri ilə ailə qurmasına qarşı çıxırlar. Bu da pis nəticəyə gətirib çıxarır. Gənc oğlan ruh düşkünlüyünə — depressiyaya düşür və ailə qurmaq fikrindən daşınır. Həmçinin gəncin sevdiyi qızla müxtəlif səbəblərdən münasibətinin alınmaması da, onu evlilikdən soyudur.

Azadlığı qorumaq istəyi
Oğlanların gec evlənməyinin psixoloji səbəblərindən biri də onların müstəqilliklərinin, azadlıqlarının itiriləcəyindən və ya məhdudlaşacağından qorxmalarıdır. Gənclər gec evlənməklə ailəyə bağlanıb qalmaqdan, həyat yoldaşından asılı olmaqdan qaçır, sərbəstliklərini qorumağa çalışırlar.

Seçim edə bilməmək
Elə oğlanlar var ki, seçim etməkdə çətinlik çəkirlər. "Kiminlə evlənim, mənim kriteriyalarıma uyğun bir qız da yoxdur” şüarını əldə bayraq edərək, illərini axtarışa sərf edirlər. Yaş artdıqca evlənəcəkləri qızda görmək istədikləri xüsusiyyətlər də çoxalır. Xüsusən də yaşı 30-a yaxınlaşan kişilər həddən artıq seçici olurlar. Onlar qarşı cinsdə hər bir xırdalığa fikir verirlər. İdeal insanın olmadığını bilsələr də, çox vaxt o idealı axtardıqlarına görə də evlənməkdən qaçırlar.

İnamsızlıq, şübhə...
Çoxlu sayda "məhəbbət macərası” yaşamış oğlanlar da evlənməyə tələsmirlər. Bunun səbəbi onların qızlara qarşı olan inamının zədələnməsidir. Evlənəcəkləri insanın da bu yaşa qədər onun həyatında olan qızlar kimi zəngin "sevgi təcrübəsi”nə malik ola biləcəyini düşünərək, qızlara qarşı şübhə ilə yanaşırlar. Bu da nəticədə onların seçim etməsinə təsir göstərərək, gec evlənmələrinə səbəb olur. Bir sözlə evlənməmək istəyinin kökündə müxtəlif səbəblər dayanır. Ancaq yaşı artıq 30-u haqlamış kişilər, ailə qurmaq üçün elə də çox zamanlarının qalmadığını bilməlidirlər. Psixoloqlar kişilər üçün 25-30 yaşlarında ailə qurmağın daha məqsədəuyğun olduğunu hesab edirlər. Yaşları 30-dan yuxarı olan oğlanların evlənmək istəməməyi isə artıq valideynlərin həyəcan təbili çalmasına səbəb olmalıdır. Çünki bu yaşdan sonra evlənmək çox çətin olur. Hətta gec evlənməyin sağlamlığa təsir göstərdiyi də aparılan bir çox araşdırmalar nəticəsində müəyyən olunub.


Şərhlər: 9
Baxılıb: 815
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
qorxurlarki saxlaya bilmezler aileni
10 mart 2015 20:08
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Сладкий Ангел
raziyam mende twk
21 yanvar 2015 19:21
# 8
.Bir gülüşüm var Sizlərə ömür...
lili)
men madiyyata baqlayiram
19 yanvar 2015 09:29
# 7
Wappuw
raziyam her wey dogru vurgulanib tsk
19 yanvar 2015 02:41
# 6
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
emis
en birinci sebeb İnamsızlıq, şübhə...
18 yanvar 2015 15:20
# 5
Qlamurr
Evlənmək istəməyənlər hərəsi bir bəhanə göstərir,yəni hamı eyni səbəbdən subay qalmır,məsələn eləsi var ki,hərtərəfli təmin olunub evlənmir,eləsi var ki,maddiyyaı aşağı olduğuna görə evlənə bilmir.....eləsi var ki,deyir yaxşı qız tapa bilmirəm.....bəhanələr çoxdu....
18 yanvar 2015 13:21
# 4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
ece uslu
kiwilerin evlenmemesinin esas sebebi maddiyayatdi
18 yanvar 2015 12:02
# 3
Fialka
Kişilər evlilikdən ya maddiyyata görə yada yuxarıda sadalanan psixoloji problemlərə görə evlənmirlər,misal üçün kişinin maddi vəziyyəti yerində təhsilli ancaq evlənmirlər belələri ağıllı bədbəxtlərdi sonda evdəkilərin tanışların suallarından bezib anasının secdiyi bir xanımla evlənirlər...
18 yanvar 2015 10:34
# 2
BARBI
Oglannar evlenmek istemirler cunki aile yukunu dasimaqdan qorxurlar mesuliyet istemirler .evlilik onlarcun zindanda qalmaq kimidir
18 yanvar 2015 08:27
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz