Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər niyə sevişmək istəməz? - SƏBƏBLƏR
Kişilər niyə sevişmək istəməz? - SƏBƏBLƏR
Göndərən: NoName
Şərhlər: 10
Baxılıb: 3861
Səs ver:
Kişilər bəzi zamanlar özlərində seksə qarşı istəksizlik hiss edə bilər. Yox, əgər bu hal çox tez-tez təkrarlanırsa, diqqətli olun! Səbəbləri fərqli ola bilər.

Münasibətinizin başlanğıcında ərinizlə yataqda çox vaxt keçirdiyinizdən, hətta yatağı yığışdırmağa belə ehtiyac durmarsız. Ancaq aylar, illər ötdükdən sonra artan yaxınlıq nəticəsində hormon səviyyəsindəki azalma səbəbindən cinsəllik münasibətdə daha az  yer tutar. Bəzi qadınlar bunu görməzliyə vura bilər, ancaq bu yanlışdır.
 
20, 30 yaşlardakı kişilərdə libido olduqca yüksəkdir. Bu hal yataq otağında işlərin yavaş getməsi, ya sevgilinizin həyatında, ya da münasibətinizdə bir şeylərin düzgün getmədiyinə işarədir.

Qadinlar.Biz kişilərdə cinsi istəksizliyə yol açan 5 əsas səbəbi təqdim edir.

Stressli
Sevdiyiniz işdə ağır bir gün keçirirsə, stresslidirsə, ya da ailə krizinin ortasında olursa seksə heç bir həvəsi qalmır.
Yaşadığı stressin sizin münasibətinizə təsir etdiyini bildirməyin. Sizi xoşbəxt etmədiyini düşünmək onu daha da pis edər. Anlayışlı olun, boynunu masaj edin, evə gələrkən sakit, rahatladıcı mahnı qoşun və beləliklə, diqqətini öz üzərinizə çəkə bilərsiz.

Sizə qəzəblidir!
Kişilər bəzən qəzəbli olarkən qışqırmaq yerinə səssiz qalmağa üstünlük verərlər. Bu zaman cinsi baxımdan sizi uzaq tuta bilər. Qəzəb cinsi alovu söndürə bilər.
Bəzən mübahisənin səbəbinin nə olduğunu bilirsiz. Bəzən isə bilmədən kişini əsəbləşdirmiş olursuz. Bunun üçün onun eqosunu yüksəltməyə cəhd edin. Onunla flirt edin, həyatınızdakı önəmini hiss elətdirin.

Bağlanmaqdan qorxur!
 Bəlkə birlikdə qocalmaqdan, gələcəklə bağlı planlarınızdan bəhs etdiniz deyə kişi sizdən uzaqlaşıb. Seks kişinin bağlılıq, yaxınlıq duyğusunu canlandırır, bəzi kişilər isə bundan qorxub bir az uzaq durmağa çalışır.
Bunun üçün münasibətdə tələsmədiyinizi deyin.

Yataqda bacarıqlarından əmin deyil!
 Son zamanlar yataqda sizin çox zövq almadığınızı hiss edib özünə olan güvənini zədələmiş ola bilər. Cinsəllik kişinin özünü kişi etməsinə kömək edən ən önəmli amildir. Əgər sizi xoşbəxt edə bilmədiyini düşünsə, bu, onda bacarıqsızlıq düşüncəsi formalaşdırar. Nəticədə sizdən uzaqlaşmış olar.
Bunun üçün yataqda xoşlandığınız bəzi hərəkətlərini dilə gətirin. Sizin xoşunuza gəldiyini düşünməsi libidosunu artırmış olacaq.

Ayrılmaq istəyir!
Acı, amma həqiqətdir. Bir kişi yaşadığı münasibəti bitirmək istəyirsə, bunu bir anda dilə gətirməyəcək. Fiziki olaraq ortadan yox olmazdan əvvəl duyğusal olaraq uzaqlaşmağa başlayacaq.
Kişilər pis insan olmaq istəməzlər. Buna görə ayrılmaq istəməsi ilə bağlı bəzi siqnallar verib bu söhbəti ilk qadının açmasını və qadınların onlardan ayrılmasını gözləyərlər. Onunla üzləşib danışın, ancaq özünüzü ayrılığa hazırlayın.

Saxta bəhanələr
- Sabah işdə önəmli bir gündür, dincəlməliyəm.
Hallbuki, seks zehnin dinlənməsinə və rahat yatmağa kömək edir.
- Həftəsonu bol vaxtımız olacaq, onu gözləyək
Seksə "yox” deyəcək çox az kişi var. Bir şeyləri bəhanə edərək sizdən uzaqlaşırsa, demək sizinlə dürüst deyil.
- "Üzr istəyirəm, ancaq başım çox ağrayır”.
Bu, ucuz bir klişedən başqa bir şey deyil.


Şərhlər: 10
Baxılıb: 3861
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
mence her iki terefde anlayisla qarsilamalidir belke heqiqetende yazilanlar kimidirler. qadnlar istemeyende de kisiler anlayisla qarsilayar mence oda baxir nece biridi yeni kisi anlayissiz olsa ona ne qeder basa salki istemmirsen yenede anlamaz
3 yanvar 2015 10:01
# 10
SEVGI DENIZIM
istemirse demek sevmir
3 yanvar 2015 08:50
# 9
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Antikvar
Niye kisilerde bele hal yasanan kimi xeyanet edir deye fikir one sururler qadinlar?maraqlidi duzu...)Onlarda insandi is heyati gundelik problemler yorgunluq bele hallarida nezere almaq lazimdi...Duzdu qadinlar kisilerdende gunluk cox yorulur en yaxsisi bezi meqamlarda bir birini anlayisla yola vermekdi.Bele hallarda "xeyanet"edir deye fikir one surubde icinizde suhbe yaratmaqdansa oturub yoldasinizla danisib ne cetinlilik oldugunu sorusub destek olmaq lazimdi...
3 yanvar 2015 00:18
# 8
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
sona
Ortada xeyanet varsa soyuyur
3 yanvar 2015 00:16
# 7
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
aziz a
Qeluz meselefi
2 yanvar 2015 23:57
# 6
Qelbim doludu !!!!
Qlamurr
Kişilər hər zaman istəyər,ancaq bacarmaz,qadın həmişə istəməz,ancaq bacarar.....kişi istəmirsə demək bir problem var....çox səbəb ola bilər......
2 yanvar 2015 23:44
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
arzum-aysum
Bu kisilerden bas acmaq olmur. Mence ise kisini heyatinda basqa biri olanda isteksizlik olur yoldasina qarsi
2 yanvar 2015 22:53
# 4
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
BARBI
Esas sebebi ayriliq ve stresdir menim fikrimce
2 yanvar 2015 22:43
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Menim balam
Ne deyim vallah____ yeqin sevdiyi deyil//// ortada xeyanet varsa getdi kişi , onan kişi olmayacak
2 yanvar 2015 22:33
# 2
Gulu-Qezi
xeyanet bawlica sebebii
2 yanvar 2015 22:16
# 1
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz