Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadınları necə sevək? - Kişilərə psixoloq məsləhəti
Qadınları necə sevək? - Kişilərə psixoloq məsləhəti
Göndərən: NoName
Şərhlər: 15
Baxılıb: 1385
Səs ver:
Bütün bu tövsiyələr boşanma və ailə münaqişələri nəticəsində ortaya çıxıb.

Onunla sosial rollarla bağlı razılaşın
Yəhudi analar kimi kompleksi olan, əbədi uşaq qalan, hətta qəhvə hazırlaya bilməyən, hər kəs ona həsəd apardığı halda model kimi gözəl bədən quruluşuna sahib olduğundan xəbərsiz, bir sözlə, hər cür qadın var.

Sizə lazım olan qadın sizin və onun sosial rollarının uyğun gəldiyi bir qadındır.

Qadınların hər təklifi ilə razılaşın
Bir çox ailə münaqişlərinin səbəbi məhz tərəflərdən birinin o birindən onun verə biləcəyini deyil, öz istədiyini gözləməsidir. Buna görə ilk başdan onun sizə verə biləcəyi və sizdən nə istədiyini aydınlaşdırın.

İlkin çözümü siz təklif edin
Gender olaraq qadınlar ailə qurduqdan sonra onların həyatları ilə bağlı başqa birinin qərar verməsindən, hüquqlarının pozulmasından narahat olurlar. "İlkin çözümü, qərarı siz təklif edin” demək "sizin fikriniz müzakirə olunmazdır” anlamına gəlməsin. Vacib məsələ çıxılmaz problemlərdə ilkin çözümü siz təklif edib qadının da fikrini öyrənin. Sadəcə qadınlar mızıldanmağı xoşlamır. Məsələn, qadın sizə "Əzizim, axşam yeməyini bayırda yeyək”, - deyəndə "Gedək, əzizim. Hara istəsən gedərik, mənim üçün fərq etməz”, - demək yerinə "Gedək, əzizim. Hətta mən bu yaxınlarda yaxşı bir restoran gördüm. İstəsən ora gedərik. Nə deyirsən?”, - deyə ilkin təklifi siz edin.

Xəbərdarlıq etmədən yox olmayın
Başa düşürəm, gündəlik edilən işlərlə bağlı kiməsə hesabat vermək insan azadlığını məhv edir. Ancaq bəzən bunu sosial şəbəkədə rahatlıqla edə bilirsiz, bunu da boynunuza alın. Bir az gecikdizsə, qadının ağlına min cür fikir gələcək. "Qəzaya düşüb, davaya qarışıb, işdə problemi çıxdı və s.”. Qadınlar narahat olur, bu, onların təbiətində var. Gecikəcəyinizlə, bir müddət olmayacağınızla bağlı mütləq xəbərdar edin.

Evdəki əşyaları təmir edin
Telefon xarab olduğunda "mənim başım çıxmır”, – deyib telefon ustasının nömrəsini axtarmaq yerinə özünüz təmir etməyə çalışın. Ya da alternativ olaraq "Əzizim, al bu pulu, get təzəsini al”, - deyə biərsiz. Hansı sizə sərf edirsə, onu edin.

Həssaslıq göstərin
Qadınlarda da kişilərdə olduğu kimi çox tez-tez əhval dəyişikliyi yaşanır. Kişilər isə qadının əhvalı olmayanda, divanın bir küncünə sığınıb oturanda buna önəm vermir. Ancaq qadın hamamdan gözləri qızarmış, ağlamış şəkildə çıxanda "Hər şey qaydasındadır? Nəsə olub?”, - deyə soruşarlar.

Bu halda qadınlar "Mən artıq 3 aydır depressiyadayam. Sən amma... Hətta ölsəm belə, heç xəbərin olmaz”, - deyə od püskürər. Ona görə yalnız özünüzün deyil, qadının da qayğıya, həssas davranışa ehtiyac duyduğunu unutmayın.

Elə tənqid edin ki, heç tənqid kimi görünməsin
Tənqidi kobud şəkildə deyərək onu incitməyin. Bişirdiyi bir yemək xoşunuza gəlməsə də, "Az qala ölmüşdüm”, - deyib lağa qoymaq yerinə , "Çox dadlı idi, ancaq mən də bir az allergiya var. Gələn dəfə başqa cür bişirərsən”, - deyin.

Tənbəllik etsəniz belə, azca diqqət göstərin
Gül dəstəsini pulların boşuna sərfi hesab edrsiz, ancaq xanımınız gülü bəyənir axı! Boğazınızdan kəsib heç olmasa həftədə bir dəfə ona xoş nəsə alın. Sizin bir neçə manat pulunuz onun yüzlərlə xoşbəxtliyinə səbəb olacaq. Səbəbsiz yerə ona həmişə xırda hədiyyələr edin və inanın, onun sevinci sizə də zövq verəcək. Onun vacib hesab etdiyi ən xırda detallara belə diqqət göstərin. Sizin tanışlığınız, ilk görüş, nişan günü, evlilik günü, doğum günü və s.

Yalan olsa da, xarici görünüşünü tərifləyin
Standartlar qadınının görünüşcə qəşəng olmasını tələb edir. Bir yeməyə gedərkən geyimi, makiyajı xoşunuza gəlmədisə, "Bu nədi?! Elə bil seks şousuna gedirsən, pisdi”, -demək əvəzinə "Çox gözəlsən. Ordakı hər kəsin gözü səndə olacaq, mən də çox qısqanıb narahat olacam. Keçən dəfə geyindiyin geyim var idi e, səni onda çox bəyənmişdim. Məncə, onu geyin”, - deyə bilərsiz.


Şərhlər: 15
Baxılıb: 1385
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
bes biz kishileri nege sevek?esas sual budu kisiler hansi qadin olsa seve bilirler
10 mart 2015 19:59
# 15
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Сладкий Ангел
bunlari etseler day ne olarki
8 yanvar 2015 20:05
# 14
.Bir gülüşüm var Sizlərə ömür...
Fiorella
Eger bunlari etseler kimin evinde soz olarki gorunur cog cetindi
8 yanvar 2015 11:28
# 13
ece uslu
yalandan yola vermek lazim deyil kisi eger heqiqeten sevirse qadini onuncun her zaman en gozeli en yaxsisidir
7 yanvar 2015 19:40
# 12
Luna-90
Burda kisi yoxduki hamsi qadindi.gedib kisiyede psixoloji dersi kecmiyecemki meni nece sevmek lazimdi.
7 yanvar 2015 15:22
# 11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
AYKA-ISI
coxunan raziyam
7 yanvar 2015 14:28
# 10
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Turkan Abbasova
Bele kisi gorsem deyerem yeqinbasina hava gelib. 07
7 yanvar 2015 14:25
# 9
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
emis
Sitat: Qlamurr
Şirin yalandansa acı həqiqət yaxşıdı.....belə çıxır kişilər qadınları yola vermək üçün yalan danışmalıdır bu şəxsən mənə lazım deyil.....ancaq bəzi məsələlərdə raziyam...məs;xəbərdarlıq etmədən yox olmayın,xarab olan əşyaları təmir edin.....

duz deyirsen. herseyin yeri var
7 yanvar 2015 12:51
# 8
Qlamurr
Şirin yalandansa acı həqiqət yaxşıdı.....belə çıxır kişilər qadınları yola vermək üçün yalan danışmalıdır bu şəxsən mənə lazım deyil.....ancaq bəzi məsələlərdə raziyam...məs;xəbərdarlıq etmədən yox olmayın,xarab olan əşyaları təmir edin.....
7 yanvar 2015 11:57
# 7
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
adsiz-a
kişiler oxusa lap yaxsi olar
7 yanvar 2015 11:50
# 6
Melissa
kisiler oxusa daha yaxsi olar
7 yanvar 2015 10:24
# 5
BARBI
Kisilerin neyi duzgundur ku bizi ele salsinlar getsin ozlerine baxsin sonra bizi ele salsin
7 yanvar 2015 09:36
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Hər kəsin öz fikri,öz xarakteri var ama bəziləriylə razılaşmıram cünki yalan danışmagını istəməzdim düzgün danışılsa daha yaxşı olar,birdə kobudlugdan zəhləm gedir,bunlar olmasa yaxşı olar
7 yanvar 2015 09:34
# 3
Anuka
Bezileriynen razilawa bilmerem)))Her kesin oz xasiyyeti var qadin uwag deyil ki,amma duzduqadina diqqet ayirmalidi hemiwe cun ki qadin ve kiwi bir olmali sevinci,kederi,sevisini,hormeti,nevaziwi her weyi bir biri ile boluwmelidiler.Mence kiwi kiwi xasiyyetinde olmalidi vse)))
7 yanvar 2015 09:21
# 2
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
SEVGI DENIZIM
hamisi duzdu
7 yanvar 2015 08:32
# 1
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz