Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər hansı qadınları istəyirlər?
Kişilər hansı qadınları istəyirlər?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2585
Səs ver:
Dəb çox kaprizli, ərköyün bir anlayışdır. Dəb -rənglər, formalar hər mövsüm dəyişir. Ancaq kişilər üçün bu dəyişikliklər o qədər də önəmli deyil. Çünki bu dəyişikliklər güclü cinsin nümayəndələrini o qədər də cəlb etmir. Onlar klassikləşmiş formalara üstünlük verirlər. Bəs, kişilər qadınlarda nəyin necə olmasını istəyir?

Saç düzümü
Bəli: Kişilərin hit paradında uzun saçlar - çiyindən aşağı olanlar üstünlük təşkil edir. Saçlar təbii, gözəl, təmiz və havalı olmalıdır. Onlar saçın rənginin təbii olmasını xoşlayırlar.
Xeyr: kişilərin fikrincə, haçalanan saç ucları, qeyri-sağlam rəng tonları (badımcanı, narıncı və sairə), oğlan kimi qısa saç kəsimləri ancaq iri gözləri olan nadir incə qızlara yaraşa bilər. Çoxluq isə adıçəkilənlərdən uzaq qalaraq, klassik formalara üstünlük versə yaxşıdır.

Makiyaj
Bəli: burada da onlar təbiiliyə və bir daha təbiiliyə üstünlük verirlər. Düzdür, parlaq dodaq boyası olar. Ancaq hər gün yox, hansısa özəl mərasim və ya günlər üçün.
Yox: süni uzadılmış kirpiklər, çox ağardılmış dəri, parıltılı dodaq boyası yolverilməzdir. Bu siyahıya həddindən çox süni qaraldılmış dəri və qəribə rəngli dodaq boyası da daxildir. Xüsusilə əgər dodaqlar silikonludursa.

Manikur
Bəli: qulluq edilmiş, təbii görünüşlü, orta uzunluqda olan dırnaqlar cəlbedicidirlər. Dırnaqlar boyalı olsa daha yaxşıdır. Amma boyanın üzərində şəkillər və bəzəklər olmasın.
Yox: caynağa oxşayan, həddindən artıq uzun, ucu iti, üzəri isə şəkilli dınaqlar güclü cinsin nümayəndələrinə o qədər də xoş təsir bağışlamır.

Paltar
Bəli: kişilər qadınları onlara xas olan paltarlarda, kostyum, gecə libasları, hətta cins və adi koftada da görməyi sevirlər. Bir şərtlə - paltar bədənin formasına uyğun olmalıdır. Ən əsası odur ki, geyim harmoniya təşkil etsin, səliqəli olsun.
Yox: mövsümə uyğun olmayan geyimlər, məsələn, qışda qısa toplar, yazda xəz ancaq zövqsüzlük kimi qəbul edilir. Kişilər həm də qısa şalvarlara- briclərə, həddindən artıq dar şalvarlara, bəzəkli kolkotqalara, əfqan şalvarlarına, üzərində yazılar olan maykalara da yaxşı baxmırlar.

Ayaqqabı
Bəli: açıq bosonojkalar, orta ölçülü dabanı olan tuflilər, uzun qış ayaqqabıları - bir sözlə, köhnə dəbin formaları kişilər üçün kifayətdir.
Yox: əlbəttə ki, qeyri-adi görünüşlü uqqi, kobud botinkalar, platformalı ayaqqabılar və sairə.

Aksesuarlar
Bəli: stilli kulonlar, bilərziklər, klassik çantalar, kiçik sırğa və qulluq edilmiş əllərdəki üzüklər kişilərin ağlını başından ala bilər.
Yox: iri ağır sırğalar, üzün yarısını tutan eynəklər, praktik olmayan kiçik çantalar, külli miqdarda qızıl, zinət əşyaları kişilərdə ikrah hissi yarada bilər.

Fiqura
Bəli: qadına xas gözəl, idmançı bədəni kişilər sevir. Çəki o qədər də vacib olmasa da, yaxşı olar ki, forma proporsional olsun.
Yox: qabağa çıxan qarın, iri ayaqlar, piy qatlarını nəinki kişilər, heç qadınlar da xoşlamırlar. Bundan daha pisi ancaq anoreksiya ola bilər. Bir dəri bir sümük olan, rəngi solan qadınlara kişilərin ancaq yazıqları gəlir. Belələrinə onlar ancaq yemək verərək, yatızdırmaq istəyirlər.


Şərhlər:
Baxılıb: 2585
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz