Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qadın kişini necə geyindirməlidir
Qadın kişini necə geyindirməlidir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 2253
Səs ver:
Qadınlar qədər kişilər üçün də geyinib-keçinmək önəmlidir. Lakin bu sahədə onların qadın köməyinə və dəstəyinə ehtiyacları var.

Kişilərin çoxu qadınlar kimi zövqlü geyinə bilmirlər. Nəyi, necə kombinasiya etməyi bacarmırlar və böyük dəb səhvlərinə yol verirlər. Əsl qadın sevdiyi kişinin geyim-keçiminə fikir verməli, kişi dəbini izləməlidir.

Kəmər və ayaqqabı eyni rəngdə olsun – Kəmərlər və ayaqqabılar qara və yaxud qəhvəyi kimi klassik rənglərdə olmalıdır. Çünki başqa rəngləri kombinasiya etmək çətindir. Amma fərqli görünmək istəyirsinizsə, klassik qara ayaqqabını parlaq tonlarda kəmərlə birləşdirə bilərsiniz. İdman stlini sevirsinizsə, kəmər də idman üslubunda olmalıdır.

Köynəyə uyğun qalstuk – Köynəyin qalstukla uyğunluğu dəbin birinci şərtidir. Qalstuk kişinin stilini əks etdirir. Zolaqlı, üstü şəkilli qalstuk taxmaqdan çəkinməyin. Köynəklə qalstukun rəngi bir-birinə zidd olmamalıdır. Damalı köynəyi elə damalı qalstukla taxın.

Bahalı saata pul verməyə xəsislik etməyin - Saat kişilərin ən önəmli aksessuarıdır. Həm idman, həm də klassik geyimlə taxa biləcəyiniz saat alın. Ucuz modellərə boş yerə pul xərcləməyin.

Qara qayışlı saatı qara kəmərlə, qəhvəyi qayışlı saatı isə qəhvəyi kəmərlə tamamlayın.

Corablara diqqət edin – Corabda ən önəmli qayda onun şalvar və ayaqqabı rəngi ilə uyğun olmasıdır. Tünd rəng şalvarları qara və zolaqlı corablarla tamamlayın. Ağ corabları klassik şalvar və nazik burun ayaqqabı ilə geyinməyin. Açıq rəngli corablar idman ayaqqabılar üçün nəzərdə tutulub.

Linza yerinə eynək – Gözləriniz zəif görürsə, linzanı bir kənara qoyun. Seçdiyiniz modelin üz quruluşunuza uyğun olmasına fikir verin. Eynəkli kişilər daha xarizmatik görünür.


Şərhlər:
Baxılıb: 2253
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz