Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevən kişi necə olur?
Sevən kişi necə olur?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 5856
Səs ver:
Bir qadını, xoşladığı kişiylə bağlı ən çox maraqlandıran «Məndən doğrudan xoşu gəlirmi?», «Məni sevir, yoxsa sadəcə vaxt keçirmək üçün danışır?» kimi suallardır.

Əgər bir kişi sizin xəbəriniz olmadan sizi sevirsə, ya sizdən xoşu gəlirsə, hər zaman sizə utancaq baxışlarla baxacaq. Əgər düz onun gözlərinə baxsanız, baxışlarını tez-tez sizdən yayındıracaq və yanaqları qızaracaq.

Sizə aşıq olan bir kişi sizi tanımağa çalışacaq. Tez-tez suallar verəcək. Söylədiyiniz hər kəlmə ona zövq verəcək. Buna görə hər fürsət düşəndə sizi danışdırmağa, suallar verməyə başlayacaq.

Tez-tez zarafatlar etməsi, danışığıyla sizdə maraq oyatmağa çalışması sevən kişinin ən mühüm xüsusiyyətlərindəndir. Əlbəttə, bəzi kişilər ağıllı danışmaqla yanaşı, hətta xoş sözlər söyləməklə qadının sevgisini qazanmağa çalışarlar.

Sevən kişi sizin yanınızda olarkən davranışlarıyla yanaşı, jest və mimikalarında da nəzakətli olmağa çalışacaq.

Sizi sevən bir kişi təsadüfləri gözləməz. Özü təsadüflər yaradar. Harda olduğunuzu bildiyi an sizdən xəbərsiz, guya sizin orda olduğunuzu bilmirmiş kimi həmin yerə gələr.

Yanınızdaykən südü dağıtmış pişik kimi sakit, yazıq davranar.

Çiçəkləri hər bir qadın sevir. Kişilər bunu hər zaman nəzərə alar.

Sizin yanınızda çəkindiyi bir hal olarkən əliylə başına, ağzına, ya çənəsinə toxunar.

Sevgiliniz əlinizdən sanki qaçacaqmış kimi möhkəm tutursa, deməli, sizə qarşı sevgisi çox güclüdür. Bu, eyni zamanda həqiqi bir münasibət yaşadığınıza bir işarədir.

Sevən kişi harda olursunuz olun, maşını olmasa belə, taksi, avtobus, ya dostunun maşınıyla gəlib sizi həmin yerdən özü götürəcək.

Unutmayın, göz qəlbindəkini hər zaman görmək istəyər.


Şərhlər:
Baxılıb: 5856
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz