Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Azərbaycanda kişilər niyə qadınlardan daha şanssızdır?
Azərbaycanda kişilər niyə qadınlardan daha şanssızdır?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 980
Səs ver:
Məmləkətdə qadınlarla müqayisədə kişilərin hüquqları necə pozulur?

Ordu...

Hər il on minlərlə gənc normal həyatdan zorla ayrılır və orduya gedir: ancaq ona görə ki, onlar "kişi cinsinə mənsub mülki şəxslər"dir. Ömrün 1,5-2 il beləcə itir, təhsil almaq və işləmək imkanları məhdudlaşır.
Savaş əsnasında isə kişilər "qırğın əti"nə dönür. Gərçi qadın təhlükəsiz yaşama can atırsa - bu, normal qarşılanır. Əgər kişi də eyni istəkdə bulunursa - bu, fərarilik adlanır.

Təqaüdlər...

Azərbaycandakı kişilər qadınlara nisbətən 5 il gec təqaüdə çıxır ki, zərif cins mənsublarından fərqli olaraq aldığı və dilənçi payını xatırladan təqaüdə 15 il daha az sevinsin. Niyə? Çünki bu məmləkətdə istənilən halda kişilər qadınlardan 15 il az yaşayır.

Atalıq hüququ...

Qadın, kişi ilə əlaqədə olmadan da bioloci baxımdan ana ola bilər. Kişilərin, ələlxüsus da tənha fərdlərin isə uşaq evindən cocuq götürüb öz soyadını verməsi yasaqdır. Nədən ki, tənha kişilərin hansısa cocuğu övladlığa götürməsi çox çətin, əksər hallarda mümkünsüz məsələdir. Bundan başqa, hamilə xanımı abort etdirmək fikrinə düşdüyü təqdirdə atanın öz yavrusunu xilas etmək üçün qanunla nəzərdə tutulmuş HEÇ BİR İMKANı yoxdur.

Uşaqlara hamilik...

Məhkəmə təcrübəsi göstərir ki, boşanma ilə bağlı proseslərin 95 faizində hakimlər uşaq və ya uşaqları anaya etibar edir. Ata özünə əl qatsa belə, ən yaxşı halda ona "uşaqların maddi təminatı", yəni aliment ödəmək etibar edilir. Niyə? "Kişi sərxoşluq edir, başısovuqdur, uşaqlara yaxşı baxmayacaq, etibarsızdır və s." Absurd məntiqdir. Bəyəm bu fani dünyadakı analar arasında əyyaş, hərdəmxəyal, pinti və işsizi yoxmu?

Uşaq hüququ...

Qadın bətnindəki cocuğun başına istədiyi oyunu aça bilər. O, hələ doğulmamış yavrusunu TAM QANUNİ şəkildə öldürmək (abort), şikəst etmək (həkimlərin məsləhət görmədiyi hərəkətlər, ağır əşyalar qaldırmaq və s.), zəhərləmək (spirtli içkilər içmək və ya siqaret çəkmək), anormal etmək (atanın qisasını cocuqdan almaq üçün öz qarnını yumruqlamaq) və digər maniakal hərəkətlərdə bulunmaq, həmçinin cocuq dünyaya gəldikdən sonra ondan imtina etmək hüququna malikdir. Kişi isə istəmədiyi uşağın doğulmasına mane ola bilməz. O, hətta uşaq doğulduqdan sonra cocuqdan sonra da atalıq hüququna "zorla" yiyələnir.

Fövqəladə durumlar...

Yanğınlar, sel, daşqınlar, zəlzlə və başqa təbii fəlakətlər, həmçinin texnogen qəzalar zamanı hansı kəlmə tez-tez səslənir? "Öncə qadınlar xilas ediləcək..." Halbuki istənilən kataklizm zamanı kişilər daha çox təhlükəyə məruz qalır.
STRESS...

Qadın kişiyə istədiyi sözü deyə bilər - kişi isə əsla... Nədən ki, ya "qadınla ağız-ağıza verən" adam kimi kişilər arasında rüsvay olacaq, ya da "qadına əl qaldırmazlar" prinsipi onu kəmənd kimi boğacaq. Qadın kişini küçə söyüşləri ilə təhqir etsə belə, kişi susmalıdır - "etiket" bunu tələb edir. Bəzi qadınlarsa da bundan sui-istifadə edərək şəhər kanalizasiyasını xatırladan ağızlarını açıb qoyurlar Tanrı yoluna...

FONDLAR...

Dövlətin və ya qeyri-hökumət təşkilatlarının yaratdıqları fondların total əksəriyyəti məhz qadın hüquqlarının müdafiəsi üçün nəzərdə tutulub. İndiyədək Azərbaycanda kişi hüquqlarının təminatı və ya müdafiəsi məqsədilə bir qurum, fond və hərəkat yaradılmayıb.

HƏBSXANA...

Bəzi qadınlar cocuq anası olduqlarına görə törətdikləri cinayətlərə görə nisbətən yüngül cəza alır. Fəqət, Azərbaycanda hələ indiyədək bir kişi belə öhdəsində azyaşlı uşaq olduğuna görə həbsxananı ev dustaqlığı ilə əvəzləməyə müvəffəq olmayıb.
Əgər kişinin övladı varsa və bu yavrunun yeganə həyan yeri də atasıdırsa - fərq etməz, kişi həbsxanaya atılacaq, körpə isə uşaq evinə, yəni "yetimxana"ya göndəriləcək.
Buna beynəlxalq hüquqda "affirmative action" deyilir.
...Qədim yunan əsatirlərində Lesbos adasından bəhs olunur: həmin adada yalnız qadınlar yaşardı...
Qədim Spartada isə ailənin ilk cocuğu qız olardısa, həmin körpəni qayadan aşağı atardılar. Bundan başqa, Sparta məktəblərində qadınların uşaqlara dərs deməsi qəti qadağandı: çünki spartalıların fikrincə, "qadın tərbiyəsi görən uşaqdan döyüşçü olmaz".
Azərbaycandakı orta məktəblərdəki pedaqoqların tam əksəriyyəti qadınlardır...

İndi kim qorunasıdır: kişilər, yoxsa qadınlar?

P.S. Bu yazının müəllifi Elçin Alıoğludur. Müəllif bir məsələni əlavə etməyi unudub. Ömürlük həbs cəzası da qadınlara şamil edilmir. ))


Şərhlər:
Baxılıb: 980
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz