Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər də qayınanalardan az çəkmir
Kişilər də qayınanalardan az çəkmir
Göndərən: Antikvar
Şərhlər:
Baxılıb: 938
Səs ver:
Elə bir gəlin tapılmaz ki, qayınanasından razılıq etsin. Eləcə də elə bir qayınana yoxdur ki, gəlinindən şikayət etməsin. Ümumiyyətlə, gəlin-qayınana problemi həmişə olub, indi də var, gələcəkdə də olacaq. Amma demə, kürəkənlər də qayınanalardan çəkirmiş.

Qadınlardan fərqli olaraq kişilər çox vaxt qayınanaya qarşı olan xoşagəlməz hissi həyat yoldaşlarından gizlətməyə çalışırlar. Lakin arvadına anasına görüşməyi qadağan edən, anasının evinə getməyə icazə verməyən, qayınanasına ondan xoşlanmadığını açıq şəkildə bildirən kişilər də az deyil.

Psixoloq Jalə Həmidlinin sözlərinə görə, kişilər qayınananı həyat yoldaşlarına mane olan bir insan kimi, qayınanalar isə kürəkəni qızının bütün problemlərinin səbəbkarı kimi görürlər: "Ana qızını ərə verəndən sonra ərin onun üzərində hüquqlara malik olmasına görə narahatlıq keçirir. Artıq qız anası ilə deyil, əri isə məsləhətləşir, ərin qoyduğu qaydalarla yaşamağa başlayır. Ananın uzun illər verdiyi tərbiyə, qadağalar, öyrəşdirdiyi həyat tərzi arxa plana keçməyə, tədricən unudulmağa başlayır. Ana düşünür ki, o, qızını əziyyətlə böyüdüb, oxudub, tərbiyə edib, onu göz bəbəyi kimi qoruyub, indi isə yad bir adam gəlib qızına "ağalıq" edir, bir çox hallarda hələ bir qızı bəyənmir. Ana kürəkəndən qızına görə minnətdarlıq gözləsə də, çox vaxt bunun əksini görür. Ər arvadını anasından uzaqlaşdırmağa, anasına qısqanmağa və anaya münasibətlərinə mane ola bilən, sevgisinin bir qismini əllərindən alan, aralarını soyudan, qızını ərə və onun qohumlarına qarşı çıxmağı öyrədən bir insan kimi baxır. Ər qız ilə evlənir və həyat yoldaşının onunla hedablaşmasını adi hal kimi qəbul edir. Həyat yoldaşı ilk növbədə ərin, sonra isə anasının dediyinə qulaq asmalıdır. Anaya isə bu cür münasibət təsir edir. Ər nadir hallarda qayınanasına yaxşı qız böyütdüyü üçün minnətdarlıq duyur və bunu nümayiş etdirir".

Psixoloq izah edir ki, kürəkən və qayınana arasındakı bu xoşagəlməz münasibət əksər hallarda gizli baş verir: "Bu cür hisslərin niyə yarandığını onlar özləri də anlaya bilmirlər. Axı, ana sevinə-sevinə qızını ər evinə yola saldı. Ər də evlənənə qədər qızın anasıyla mehriban idi. Lakin bu sadalanan hisslər toydan sonra gizli olaraq inkişaf edir və güclənir. Bir müddətdən sonra arvad hiss edir ki, anası evlərinə gələndə ərin kefi pozulur. Anası da kürəkənin evdə olmamasını, qızı ilə rahat danışmağı istəyir".

Əgər xoşagəlməz münasibətə səbəb yoxdursa, arvada ərinin bu cür reaksiyası pis təsir edir və o düşünür ki, görəsən, anam ona nə edib ki, anamdan acığı gəlir? Qadın sadəcə düşünməklə kifayətlənməyib, əri ilə bu məsələni araşdırmağa çalışanda çox vaxt dava başlayır. Bəzən isə xoşagəlməz münasibətin kökləri araşdırılmır və tərəflər bir-birinə hörmət edərək, lakin əksər hallarda xoşagəlməz münasibəti daxillərində gizlədərək ömrünün axırlarına qədər belə yaşayırlar.

Həmidli bildirib ki, kürəkən və qayınana arasında yaranan xırda mübahisələr belə vəziyyəti ağırlaşdıra bilər: "Bəzən konfliktlərə, "mənə bu sözü pis tərzdə dedi", "mənə çox pis baxdı", "qabı niyə ora qoydu", "əlini niyə yumadı", "niyə evə gec gəldi", "pullarını hara xərcləyir" və s. əhəmiyyətsiz amillər səbəb olur".

Qayınanın kürəkənə nisbətən həyat təcrübəsi daha çoxdur və cavan, həyatdan yaxşı başı çıxmayan kürəkəni hansısa bir problemlə bağlı asanlıqla günahkar çıxarır. Qızı ilə bağlı problemdə ərin məsuliyyət daşımalı olduğunu əsas gətirərək kürəkəni istifadə edir. Həyat yoldaşına yaxşı baxmaq, onun problemlərini həll etmək ər üçün çox önəmlidir və buna görə o, məsuliyyət hiss edir. Ərə bu barədə məsuliyyətsiz olduğunu üzə vuranda ona çox pis təsir edir. Nəyisə bacarmaması, edə bilməməsi və bunu onun başına vurmaq böyük psixoloji zərbədir. Qayınana kürəkənə irad tutduqca, kürəkən əsəbləşir. "Qızıma yaxşı baxmırsan", "Niyə qohumlarına qızımı əzməyə imkan verirsən", "Niyə bunu eləmədin", "Qızıma qarşı bu səhvi necə edə bilərdin?" və s. kimi iradları kürəkən xoşlamır və bu səbəbdən də qayınana ilə konflikt yaşamağa başlayır. İradlar çoxaldıqca konflikt də böyüyür. Bəzən elə həddə çatır ki, tərəflər bir-biri ilə danışmır və ya ailə dağılır.

Psixoloq məsləhət görür ki, qayınana kürəkənlə münasibəti pozulmaması, qızının ailəsinin dağılmaması naminə münasibətlərinə qarışmamalıdır. Qızını nə qədər çox istəsə də, xüsusilə də, evlilik həyatının ilk illərində onunla az görüşməli, ata evinə az çağırmalı, qızın yeni evə və ailəyə öyrəşməsini təmin etməlidir. Qız getdiyi evin gəlini olduğunu anlamalı, yeni mühitə, yeni həyat tərzinə öyrəşməlidir. Ata evinə hədsiz bağlılıq isə buna imkan vermir. Tez-tez gəlin "ata evinə" şikayət edir. Çox vaxt bu şikayətlər, sadəcə qızın "ata evi" üçün darıxması, yeni öhdəliklərini yerinə yetirmək istəməməsi, yeni şəraitə adaptasiya ola bilməməsi ilə bağlı olur. Ana belə hallarda ərlə arvadın münasibətinə qarışdıqca vəziyyət daha da ağırlaşa bilər. Kürəkən qayınanasını dediyi acı sözlərə, iradlara, arvad isə ərini anasının ünvanına dediyi sözlərə, pis halda söyüşlərə və zorakılıq tətbiq etdiyinə görə bağışlamaya bilər. Qızına qarşı pis və kobud rəftar edən, onu döyən kürəkən də ananın gözündən düşür.

Kürəkən isə qayınanası ilə konflikt yaşamasın deyə, gərək onunla öz valideyni ilə davrandığından daha yaxşı davransın, münasibətlərdə pərdə saxlasın. Əgər kişi qayınanasına hörmətlə yanaşsa, ona həqiqətən də həyat yoldaşını tərbiyə etdiyi, onun üzərində əziyyət çəkdiyi üçün minnətdarlıq nümayiş etdirsə, bu, qayınana üçün böyük mükafat olacaq və konflikt yaşamayacaqlar. Onların münasibəti çox mehriban olacaq. Əgər kürəkən qayınanaya qarşı əvvəldən hörmətsizlik, diqqətsizlik göstərsə, münasibətlərdə axır-əvvəl gərginlik yaranacaq. Ana qızının etdiyi hörmətsizliyi bağışlasa da, kürəkənin pis hərəkətini nə unuda, nə də bağışlaya bilir.


Şərhlər:
Baxılıb: 938
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz