Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər yuxuda həqiqəti danışır
Kişilər yuxuda həqiqəti danışır
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1894
Səs ver:
Psixoloqların sözlərinə görə, şüuraltında bizi narahat edən, düşündürən məsələlər yuxularımızda öz əksini tapır. Bəzi hallarda isə bizdən asılı olmayaraq yuxuda danışmağa başlayırıq. Çox vaxt gördüyümüz yuxulara və ya kiminsə yuxuda sayıqlamalarına ciddi yanaşmırıq, amma mütəxəssislərin sözlərinə görə, qadınlar bu yolla qarşılarındakı kişinin bir neçə sirrini üzə çıxara, onu daha yaxından tanıya bilərlər. Belə ki, psixoloqlar sübut ediblər ki, gecə yatarkən kişinin yuxuda danışdığı sözlərin mütləq hər hansısa bir məntiqi izahı olur. Çünki kişilər yuxuda daha çox nə vaxtsa başlarına gələn və ya düşündükləri hadisələr haqqında danışırlar. Bundan xəbərdar olan qadınlar isə artıq kişilərin yuxuda danışdıqlarını izah edərkən işlətdikləri "iş yoldaşımın adıdır”, "baxdığım kinonun təsirindəndir” və s. kimi yalanlarına inanmırlar. Bu isə öz növbəsində ailədə münaqişələrin yaranmasına gətirib çıxarır. Onu da qeyd edək ki, gənc kişilərin 50, yaşlı kişilərinsə 5 faizində bu xəstəliyə (lunatizmə) rast gəlinir.
Əziz kişilər, indi sizə bu bəladan xilas olmağınız üçün bir neçə məsləhət vermək istəyirik.

Siqareti tərgidin
Yuxudakı sayıqlamalarınızdan, ümumiyyətlə narahat yuxu rejimindən qurtulmaq istəyirsinizsə, yaxşı olar ki, siqareti tərgidəsiniz. Əgər bu sizə çətindirsə, ən azından saat 8-dən sonra siqaretdən və spirtli içkilərdən uzaq durmağa çalışın.

Efir yağı və sərin otaq
Yatmazdan əvvəl ilıq suya bir-iki damcı efir yağı töküb, əl-üzünüzü yuyun. Eyvana çıxıb 15 dəqiqə təmiz hava alın. Eyni zamanda otağın temperaturunun da sərin olması üçün pəncərələri açın, çünki isti otaq sizin narahat yatmağınıza, bu isə yuxuda danışmağınıza səbəb olur.

Bütün problemlərinizi ağ vərəqə yazın
Əgər bir probleminiz varsa və bunu hec kimlə bölüşə bilmirsinizsə, o zaman ağ kağız götürün, bütün problemlərinizi, heç kimə danışmaq istəmədiyiniz məsələləri ora yazın. Əgər heç kimlə bölüşmək istəmədiyiniz bu problemlərinizi yuxuda otaq yoldaşlarınızla bölüşmək istəmirsinizsə, yazı terapiya sizə çox kömək olacaq.


Şərhlər:
Baxılıb: 1894
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz