Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər hansı qadınları əsla itirmək istəmirlər?
Kişilər hansı qadınları əsla itirmək istəmirlər?
Göndərən: SEVGI DENIZIM
Şərhlər:
Baxılıb: 4346
Səs ver:
Qızıl ürək – Kişilərin çətin günlərində adətən qadınlar öz işlərində-güclərində olurlar. Kişilər isə onları başa düşə bilən, dərdinə yanan qadınları qətiyyən tərk etmək istəmirlər.

Yumor hissi olan qadınlar – Qarşınızdakı kişinin üzünü güldürən məsələlərə reaksiya verməlisiniz. Əgər çox da zarafatcıl insan deyilsinizsə, gülüşünə hörmət əlaməti olaraq təbəssümlə cavab vermək də bir jestdir.

Ağıl və özünə olan inam – Ağıllı qadınları yola gətirməkdə kişilər çətinlik çəkir. Amma bu qısa müddətli münasibətlər üçün keçərlidir. Əgər qarşınızdakı kişi uzun müddətli və ciddi münasibət axtarırsa, ağılınız sizi daha cazibədar göstərəcək.

Ehtiras – Bir kişinin sevdiyi qadına ehtiras və şəhvət hiss etməsindən təbii heç nə ola bilməz. Pozitiv enerjinizi ona ötürərək birlikdə olduğunuz hər anı əyləncəli edə bilərsiniz.

Gözəl sima – Tanış olduğunuz kişi sizi makiyajsız görəndə qorxmamalıdır. Bunun üçün görüşə gedəndə üzünüzü boyalarla doldurmamalısnız. Unutmayın, kişilər təbii gözəlliyə çox önəm verir.

İdeal bədən – Kişinin sizdə diqqət etdiyi 2-ci məsələ bədən quruluşunuzdur. Sinəniz, ayaqlarınız, ya da boynunuzun uzunluğu onu cəzb edə bilər. Kişini əldən buraxmaq istəmirsinizsə, hər zaman ideal görünməyə çalışın.

Çəkicilik – Bir kişinin sizi görməsini istəyirsinizsə, ilk olaraq xarici görkəminizə fikir verməlisiniz. Kişiyə təsir etmək üçün çəkici olmalısınız.

Hörmət – Onu aşığılayan zarafatlar böyük dezavantajdır. Buna diqqət etməlisiniz. Bu cür hərəkəti bütün kişilər hörmətsizlik və tərbiyəsizlik kimi qəbul edir.

Dürüstlük və inam – Qarşınızdakı insanın uzun müddət yanınızda olmasını istəyirsinizsə, ona inanmalı və dürüst olmalısınız. Keçmişdə həyatınızda baş verənləri, pis xatirələrinizi ilk günlərdə deyil, bir-biriniz tanıdıqdan sonra yavaş-yavaş paylaşa bilərsiniz.

Sevgi – Bəzi kişilər xoşbəxtliyini ilk 3 maddədə tapa bilir. Bəzi kişilərin qəlbini isə sevgidən başqa heç nə ilə ələ almaq mümkün olmur. Sədaqətli, gözəl, şəfqətli, qayğıkeş və ən əsası olan aşiq olan qadın tapdıqlarında həsrətində olduğu xoşbəxtliyə çatmış olurlar.
Beləliklə, kişilər onları xoşbəxt edəcəklərinə inandıqları özəlliklərə sahib olan qadınları əsla itirmək istəmirlər...


Şərhlər:
Baxılıb: 4346
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz