Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilər hansı qadınlardan daha tez soyuyur?
Kişilər hansı qadınlardan daha tez soyuyur?
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3795
Səs ver:
Həyatdan bezən qadın - Biz problemləri olan insanlarla yoldaşlıq etmək istəmirik, tez uzaqlaşırıq, qaldı ki, belə bir insanla sevgili olmaq istəyən kişi tapılsın... Neqativ düşüncələriniz onun da enerjisini alır. Dolayısı ilə, sizdən qaçmaq istəyəcək. Kişilər həyatını çətinləşdirən deyil, əksinə həyatını yüngülləşdirən qadınları sevirlər. Onlar texnologiyanı da məhz bu xüsusiyyətinə görə bəyənirlər.

Yalan danışan - Buraya kredit borcunuz, hətta çəkiniz də daxildir. Özləri yalan danışmaqda peşəkar olmadığı üçün yalan onların ən zəif nöqtəsidir. Buna görə də qadınların dürüstlüyünə möhtacdırlar. Kişilər qadınların dediyi hər sözə inanmaq istəyir.

Yerindən durmayan -
"Tənbələ dedilər qapını ört. Dedi, külək örtər...” Yerindən durmayan, tənbəl qızlar subaylıqdan yaxa qurtara bilməz. Kişilər bütün günü divanda uzanıb televizora baxmağı xoşlasa da, tənbəl qadınları heç sevmirlər. Kişilər özü qərar verən və problemləri təkbaşına həll edən qadınları çox bəyənirlər.

Kişi zarafatları -
O, sizin əsgərlik yoldaşınız deyil, sevgilinizdir! Onunla oğlan dostunuz kimi danışmayın. Çünki kişilər sevgilisini hər zaman kraliçalar kimi xanım-xatın görmək istəyir. Ağzınızdan çıxan ən kiçik kobud söz bütün cazibənizi söndürüb sehri öldürə bilər. Qadın dediyin zərif, lətafətli və məlahətli olmalıdır...

Sədaqətsiz qadın - Buna heç bir insan göz yuma bilməz. Kişilər oğlanlarla həddindən artıq səmimi olan və oğlan dostları ilə görüşən qadınlardan ehtiyatlanırlar.

Dağınıq və baxımsız qadın -
Bu təzə xəbər deyil. Bunu bilməyən yoxdur.  Hər gün makiyaj etməyə həvəsiniz olmasa belə, saçlarınız səliqəli və baxımlı, geyiminiz isə tərtəmiz olmalıdır. Çünki geyim sizin evlənməli bir xanım olduğunuz işarəsini verir. Evinizdə hər şey qaydasında və yerində olmalıdır.

Səbirsiz qadın -
Həyatınızda baş verən hər şeyə qarşı səbirli olmağınızı gözləyirlər. Buraya evlilik də daxildir.

Tez hirslənən qadın - Kişilər hər şey tərs gedəndə belə qadının üzündə təbəssüm görmək istəyir. Kişilər öz güvəni yüksək olan qadınlara etibar edə bilir. Problemlərinizi və sıxıntılarınızı onunla paylaşmağa haqqınız var, lakin hər gün həyatdan bezdiyini demək, deyingənlik və bu kimi davranışlar  sevdiyiniz kişinin sizdən uzaqlaşmasına gətirib çıxarar. Hirslənmək və tez özündən çıxmaq yerinə, sual verin.


Şərhlər:
Baxılıb: 3795
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz