Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişiləri cazibədar edən qüsurlar
Kişiləri cazibədar edən qüsurlar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1060
Səs ver:
Biz kişilərin bəzi qüsurları qadınlara cazibədar gəlirmiş. Bu qadınlar kişilərin bəzi qüsurlarının onların digər kişilərdən fərqli göstərdiyini və cazibədar olduğunu düşünür. Məsələn keçəllik bir qüsur olaraq görünə bilər. Ancaq saçları olmayan kişilərdən təsirlənən qadınların nə qədər də çox olduğunu hər kəs bilir. Yəni qüsuru üstünlük olaraq istifadə etmiş olursunuz. Bir azdan verəcəyimiz qüsurlar sizdə də varsa, bunları lehinizə çevirmək sizin əlinizdədir.
"R"ləri söyləyə bilməmək;
Nədənsə bəzi qadınlar Rləri söyləyə bilməyən kişiləri çox sevimli hesab edirlər. Sevimlilik isə qapıları açacaq mənalı bir açara çevrilə bilir.

Utancaqlıq;
Hərhalda utancaq adam növü azalmaqda olduğuna görə, qadınlar bu növün son nümunələriylə qarşılaşanda xəyallara qapılmaqdan özlərini ayıra bilmirlər.

Keçəllik;
Saçsız kişilərlə əlaqədar şəhər əfsanələri, qadınların marağını cəlb edir. Maraqlı baxışlar bir neçə kiçik atraksiyonla heyranlığa çevrilə bilir.

Sərt dərili əllər;
Qadınlar yumşaq əlli kişiləri xoşlamırlar. Çünki o zaman öz yumşaqlıqlarını hiss edə bilmirlər. Əldəki sərtlik özlərini yanınızda etibarda və qadın kimi hiss etmələrini təmin edə bilirlər.

Qırıb-tökən;
Hər qadın bir ana olduğundan, qırıb-tökən kişilər də qəribə bir şəkildə qadınlara sevimli gəlir. Amma təbii qırıb-tökən məsələsinin həyati təhlükə ehtiva edə biləcəyini ağılda tutub ölçünü ağ etməmək lazımdır.

Gözəl bir qadınla münasibət;
Maraqlıdır, yaraşıqlı olmasa belə yanındakı gözəl qadın kişinin cazibəsinə cazibə qatır. Yəqin qadınlar bir-birləriylə rəqabət aparmağı sevirlər.

Cinsi münasibət xaricində hər hansı bir şeyə ehtiraslı bağlılıq;
Araşdırmalar qadınların ehtiraslı kişiləri sevdiyini göstərir. O tutqunun bir gün özlərinə yönələ biləcəyi ehtimalı reallaşmasa belə qadınlardakı bağlılıq azalmır.

Ağlamaq;
Ağlayan kişilər qadınların dərhal diqqətini çəkir. Tək təbii hər dəqiqə ağlamaqdan deyil, onun yanında ağlamaqdan danışırıq. Bu şəkildə özlərini xüsusi hiss edirlər.

Ütüsüz köynəklər;
Ütüsüz köynək, baxıma möhtac kişinin, bu səbəbdən bir yuvanın xəbərçisi kimi görülür. Bu məlumatdan faydalanarkən diqqətli olun. Yerinə gətirə bilməyəcəyiniz vədlər verməyin.

Qısqanclıq;
Həddindən artıq qısqanclıq qadınları qaçırır. Amma normal olanda qorunduqlarını hiss edir və bundan böyük bir həzz duyurlar


Şərhlər:
Baxılıb: 1060
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz