Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu qan qrupu ilə evlənmə!
Bu qan qrupu ilə evlənmə!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 16016
Səs ver:
Mütəxəssislər evlilikdən əvvəl tibbi müayinədən keçməyin nə qədər vacib olduğunu qeyd etsələr də, təəssüflər olsun ki, bir çox cütlüklər buna əməl etmir. Amma bu məsləhəti qulaq ardına vuran şəxslər bilməlidirlər ki, onların bu addımı gələcəkdə nəinki öz sağlamlıqları, eləcədə dünyaya gələcək övladlarının səhhəti üçün problem yarada bilər. Bu cür problemlərlə rastlaşmaq istəməyən cütlüklər qan uyuşması məsləsində xüsusən həssas olmalı, evlilikdən əvvəl mütləq həkim nəzarətindən keçməlidirlər. Çünki evlilikdə qan qrupu uyğunluğu sağlam körpələrin dünyaya gəlməsi üçün lazım olan əsas şərtdir.

Qan qrupu təhlili ana ilə ata arasında ola biləcək qan uyuşmazlığını təyin etmək üçün edilir. Qan uyuşmazlığı isə qan qrupunuzdan deyil, qanınızdakı Rh faktorundan aslıdır. Ümumiyyətlə, qan uyuşmazlığı yalnız qadında Rh mənfi, kişidə isə Rh müsbət olduğu vəziyyətlərdə meydana gələ bilər.
 
əgər qanınız aşağıdakı qruplara aiddirsə, deməli uyğunsuzluq yoxdur.

Qadın Rh müsbət, kişi Rh mənfidirsə;

Qadın Rh mənfi, kişi Rh mənfidirsə;

Qadın Rh müsbət, kişi Rh müsbətdirsə;

Xüsusən, qohum evliliyi quran şəxslərin evlilikdən öncə qan qrupu yoxlamasından keçməsi daha vacibdir. Çünki hər insanın genetik şifrəsində onun sağlamlığı üçün təhlükə yaratmasa belə, bəzi gizli xəstəliklər olur. Bu gizli xəstəliklər eyni genetik kodu daşıyan, vahid mənşədən gələn insanlarda çox vaxt eyni hissələrdə olur. Dünyaya gələcək körpənin düsturu isə yarı qədər anadan, yarı qədər atadan asılı olduğu üçün ata və anada olan bu gizli xəstəlik övladda bütünləşərək tam şəkildə özünü gəstərir. Bunun nəticəsində də qohum evliliyindən doğulan uşaqlar çox vaxt əqli və ya fiziki cəhətdən qüsurlu, bəzi hallarda isə hətta şikəst doğulurlar.

Müxtəlif genetik kodu daşıyan insanlarda çox nadir hallarda bu cür uyğunluğa rast gəlinsə də, yenə də hər iki halda, körpənizin və özünüzün sağlamlığı üçün həkim nəzarətindən keçməyiniz mütləqdir.


Şərhlər:
Baxılıb: 16016
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz