Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərin bu sözləri eşitmək üçün ürəyi gedir
Kişilərin bu sözləri eşitmək üçün ürəyi gedir
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 28828
Səs ver:
Xoşbəxt sevgi yaşamaq üçün bu sözləri sevgilinizə də söyləyin. Sevgilinizlə münasibətlərinizə təkcə öz nöqteyi-nəzərnizdən baxmayın, özünüzü onun yerinə qoyub qərar verin. "Sevdiyim insandan bu sözləri eşitmək istəyirəm”, deyərək xoşbəxt olmaq mümkün deyil. Çünki kişilər də ən az qadınlar qədər yaxşı sözlər eşitməkdən zövq alırlar. Adi xoş söz belə qadınlarda olduğu kimi kişiləri də gün boyu özünü yaxşı hiss etməsinə səbəb ola bilər. Bu da təbii ki, sevginin güclənməsinə yardım edir.
"Çox yaraşıqlısan”  – Kişilərin eqolarının şişirdilməsindən xoşları gəlir. Belə bir tərif eşitmələri sizin xoşunuza gəlməyi bacardıqlarını təsdiq edir. Xoş söz incikliyi və küskünlüyü də aradan qaldırmağa qadirdir.
"Təşəkkür edirəm” – Kiçik təşəkkür hər şeyi dəyişdirir. Sizin üçün iş gördüyü, ya da kömək etdiyi zaman bir təşəkkürü ona çox görməyin. Hətta təşəkkürünüzü onu sevindirə biləcək dərəcədə söyləyin. Sizə bir fincan qəhvə gətirdiyi, sizin üçün qapı açdığı zaman və.s işlərdə onun zəhmətini qiymətləndirin. Bir şeyi yaxşı gördükdə və qarşılığında "təşəkkür”lə mükafatlandırıldığı zaman eyni hərəkəti yenə təkrar edəcək.
"Sənə güvənirəm” – Hər şeyi öz nəzarətinizdə saxlamaqdan vaz keçsəniz, yaxşı olar. Bəzi işləri həyat yoldaşınızın  ixtiyarına buraxın. Nəticə o qədər də mükəmməl olmaya bilər, amma ən azı cəhd etdiyini görüb qiymətləndirərsəniz. Sizin ona güvəndiyinizi hiss etməyə ehtiyacı və haqqı var. Güvənin sevgini gücləndirdiyini unutmayın. Kişilər qarşılıqlı olaraq güvənə və inana biləcəyi qadını daha çox sevir.
"Sənin yanındayam” – Başına nə gələrsə, hər zaman yanında olacağınızı hiss etdirmək ona olan bağlılığınızı göstərir. Dünya ona qarşı olsa belə, sevdiyi qadının ona inandığı və güvəndiyini bilmək hər bir kişini xoşbəxt edir. Ona necə dəyər verdiyinizi hər fürsətdə göstərin.
"Dinləyirəm” – Kişilər qadınlardan fərqli olaraq problemləri olduğu və sıxıldıqları zaman danışrlar. Bu halda onun yaxasından yapışıb danışdırmağa çalışmaq yerinə onun üçün orada olduğunuzu, onun istədiyi vaxt dinləməyə hazır olduğunuzu bilməsini təmin edin.  Bir-birini dinləyə bilən cütlüklər həm daha xoşbəxt, həm də depressiya riski daha aşağı olur.
"Sabahın xeyir, əzizim! Gəl səni öpüm... ” – Bu sözləri eyni ilə deməsəniz də, olar. Amma bunu istədiyinizi sevgilinizə  göstərməlisiniz. Səhər yuxudan qalxandan xoş sözlər eşitməkdən, sevgi və qayğıdan hansı kişi imtina edər ki? Həm də gecə cinsəl əlaqədə olmaq istədiyinizi bu şəkildə bildirə bilərsiniz. Niyyətinizi özü başa düşəcək.
"Üzr istəyirəm” – İki insan arasında həmişə hər şey qaydasında olmur. Hərdən mübahisələr də ola bilər. Hətta "Çəkişməsən, bərkiməzsən” deyirlər. Yəni, mübahisələr sevginin duzu-istiotudur. Belə hallarda otaqdan çıxın və dərin nəfəs alın. Geri qayındanda isə üzr istəmək ən yaxşı çıxış yoludur. Mübahisəyə səbəb olan mövzunu uzadıb, mübahisəni böyütməyin. Mübahisənin böyümsəninin qarşını almaq üçün üzr istəmək ən yaxşısıdır. Qadınların çox emosional olduğunu nəzərə alsaq, özünüzü bəzən saxlaya bilmərsiniz. Ancaq sakitləşəndən sonra mədəni şəkildə üzr istəməyi bilməlisiniz. Təbii ki, eyni hal qarşı tərəf üçün də keçərlidir. Beləcə aranızdakı hörməti itirməmiş olarsınız.
"Dostların çox əyləncəlidir” – Həyat yoldaşınızın dostları ilə vaxt keçirməkdənsə, evdə oturub seriala baxmağı üstün tuta bilərsiniz. Amma unutmayın ki, ərinizin dostları siz onun həyatında olmazdan əvvəl var idi və onu hər şeyi ilə qəbul etməlisiniz. Həyat yoldaşınızın sosial çevrəsinə daxil olaraq onu başqalarının gözü ilə görə bilər və niyə onunla birlikdə olduğunuzu bir daha xatırlaya bilərsiniz.
"Əzələlərin çox böyüyüb” – Həyat yoldaşınız idman salonuna gedir və güzgüdən gözünü çəkə bilmir? Amma hələki nəzərə çarpacaq dərəcədə dəyişilik yoxdur. Bu halda nə etməlisiniz? Təbii ki, ağ yalana əl atmalısınız. "Çox güclü görünürsən” deyərək, onu idman etməyə həvəsləndirməlisiniz. Çünki onun sağlamlığının qeydinə qaldığını və daha yaxşı görünməsini istədiyinizi bəlli etmiş olursunuz.
"Çox dadlı idi” – Bütün kişilər qadınlar tərəfindən dəstəklənməyə və cəsarətləndirməyə ehtiyac duyurlar. Hətta yemək hazırlamaqda da... Hazırladığı yemək çox dadlı olmasa da, ona zəhmətindən dolayı dəyər verin. Əgər hazırladığı  yeməyin çox pis olduğunuz desəniz, bir daha yemək hazırlamaq istəməyəcək.
"Səninlə qürur duyuram” – Kişilər yaxşı iş gördüklərindən əmin olmaq istəyirlər. Özünüz bilirsiniz ki, performans kişilər üçün çox əhəmiyyətlidir. Onunla qürur duyduğunuzu ifadə etməkdən çəkinməyin.
"Bred Pitdən daha yaraşıqlısan” – Ağ yalandan heç kimə zərər gəlməz... Onun özünün yaxşı hiss etməsi üçün nə qədər yaraşıqlı olduğunu deməlisiniz. Hətta Bred Pitlə müqayisə bahasına olsa belə... Sizin gözünüzə hər kəs tərəfindən yaraşıqlı qəbul edilən birindən belə daha yaraşıqlı göründüyünü söyləyərək onu sevindirə bilərsiniz.


Şərhlər:
Baxılıb: 28828
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz