Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişilərin münasibətə baxışı
Kişilərin münasibətə baxışı
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 1464
Səs ver:
Qadını Qorumaq Kişinin Təbiətində Var
"İlk dövrlərdən bəri kişi profilinə baxaraq başlamaq lazım bəlkə də. Mağara dövründə belə qadınlar mağara ətrafında yaşayarkən, kişi ovlanmağa çıxarmış. Sonrasında yeni torpaqlar fəth etmək, ailələrinin təhlükəsizliyini təmin etmək üçün kişilər döyüşə gedərmiş.
Sonra 'cəngavərlik' anlayışı çıxmış ortaya. Bir çox nağılda şahzadələri əjdahalardan, qülləyə bağlayan pis ürəkli cadugərlərdən qurtaran cəngavərlər izah edilər . Heç bir nağılda şahzadənin cəngavərə özünü necə qurtaracağını izah etdiyini eşitdinizmi? Şahzadələr qurtarılmağı gözləyərkən səssizcə gözyaşı tökər, şahzadə öz imkanlarıyla əjdahanı məğlub edər və sonunda şahzadə qəhrəman cəngavərinə aşiq olar.
Əlbəttə heç bir qadının həyatı başqasının özünü qurtarmasına bağlı, aciz yaşamasından bəhs etmirik. Amma kişi psixologiyasına baxsaq, qadını qorumaq gözləmək, yoldaşı üçün bir şeylər etmək təbiətlərində var."
Kişinin Gözündən Münasibət
"Günümüzə dönsək, çox kişi artıq atasını model kimi görmür. Çünki onlar da kişi suveren evliliklərin analarını nə cür bədbəxt etdiyini görmüş və bundan dərs çıxarmışlar. Onsuz da evləndikləri qadınlar da analarına çox bənzəmir. Daha müstəqil, ayaqları üzərində dayanan, karierə prioritet verən güclü qadınlardr. Kişi onsuz da əzə biləcəyi deyil, müvəffəqiyyətindən qürur duyacağı qadını seçmiş yoldaşını. Bu səbəblərlə heyran olmuş, adı eşq olmuş.
Sonra həyat başlayır. Qadında heyran olduğu güc, bir dövr sonra özünü əzici bir şəkildə hiss etdirməyə başlayır. Kişilər qadınlar kimi deyil, çox kişi bıçaq sümüyə dirənmədikcə, hər bədbəxtliyi dilə gətirmir dərhal.
Evdə mübahisə və ya narahatlıq olmaması arzusu, onları zaman - zaman problemləri təxirə salmağa itələyə bilir. Lakin bir dövr sonra, yoldaşının dominant davranışları qarşısında narahat olmağa başlayan kişilər, fərqli reaksiyalar inkişaf etdirə bilir.
Evdə Pişik, Çöldə Pələng Kişilər
"Yoldaşı bir 'anaya dönmüş kişilər, yanında özlərini sakit və  güclü hiss edə biləcəkləri bir 'qız yoldaş' a ehtiyac duymağa başlayırlar. 'Evdə pişik, çöldə pılıng'  həyat modelləri çıxır ortaya.
Əslində bu yalnız qadın ya da kişi fərqi deyil əlbəttə. Heç kim davamlı idarə olunduğu, hər addımı nəzarət edilən və davamlı təlimatlarla yaşadığı bir həyatı seçməz. Əlaqə yaratmanın, evliliyə addım atmanın məqsədi xoşbəxt olmaqdır.
Evliliklər həbsxanaya döndüyü anda qadın ya da kişi hər kəs azad bir nəfəs ala bilmənin, barmaqlıqları aralaya bilmənin xülyasını qərargaha başlar. Bu səbəblə 'Evlilik müessesi' tərifini, 'Evlilik ciddi bir təşkilatdır' sözü səhvdir. Çünki heç kim bir təşkilatın qatı qaydaları içində yaşamağı seçməz. Hətta buraxın yaşamağı,  fikirlərinə heç dəyər verilmədiyini hiss edən bir mühitdə işləyənlər belə gün gəlib öz işinin müdiri olacağı günləri xəyal edər."
/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 1464
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz