Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi necə sevilər? ( 2 )
Kişi necə sevilər? ( 2 )
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 2210
Səs ver:
Dəqiq olmağa dəvəm edirəm. "Kişi necə sevilər (1)" in davamı xüsusiyyətindəki bu yazım da yenə edilməsi lazım olanları və edilməməsi məcburi olan əhəmiyyətli rəftar və hərəkətləri ehtiva edir. Siyahıdan qaldığımız yerdən davam:
6- Xoşbəxt anlarınız üçün şükr etməyi bilin.
7- Kişinizi daraltmayın. Onun da öz xüsusi sahəsinə ehtiyacı var!
8- Verdiyimiz kimi, almağıda də bilməliyik.
9- Ona özünü möhtəşəm hiss etdirin.
10- Hər gün yeni bir gün!

 Xoşbəxt anlarınız üçün şükr etməyi bilin. Birlikdə, bir cütlük olaraq yaşadığınız xoşbəxtlikləri xüsusilə xatırlayın və birlikdə bacardıqlarınızı əsla çölə atmayın.  Sevginiz qədər, birlikdə olmanın sizə verdiyi xoşbəxtlik də əlaqənizin bir parçası olmalıdır. Ancaq bu sayədə, gələcəkdə yaşanacaq olan gözəl anları  düşünmək, həyatınızın bir parçası olacaq. Birlikdəliyinizi tez-tez cilalamaqda fayda var. Ancaq, gələcəklə əlaqədar düşüncələri bir gözləmə ölçüsünə salmaqdan çəkinməlisiniz. Gözləmələr sizi məhdudlaşdırmağa başladığı təqdirdə, xəyal qırıqlıqlarına yol aça bilər. Mövzunun özündən uzaqlaşmamağa cəhd göstərin.
Kişinizi daraltmayın. Onun da öz xüsusi sahəsinə ehtiyacı var! Biz qadınlar davamlı maraqgözləyərkən, kişilər də öz sahəsinə və öz-özünə keçirəcəyi, özünə xüsusi zamanlara ehtiyac duyar. Onların başları müəyyən bir işə və ya hobbilərinə konsentrasiya olduqlarında rahatlaşar, danışdıqlarında və paylaşdıqlarında deyil! O anda etmək istədiyi şey nəysə, buna icazə verməli və hörmət etməlisiniz. Qəbul edək, hər vaxt maraq mərkəzində olmaqdan xoşlanırıq, amma  arada bir buraxaq sərbəst olsunlar.Amma kişilərin mövzunu qəbul etmək, nə hiss etdiyini tapmaq və bunu təyin edə bilmək üçün qətiliklə daha çox zamana ehtiyacı var. Bu zamanı onlara verməli və ani reaksiyalar verməməliyik. Heç bir səbəb yoxkən belə tək olmaq istəyə bilərlər. Bu gerçəyi qəbul etdiyimizdə və bu həqiqətən narahat olmayıb, söz mövzusu zamanı özümüz üçün də bir fürsət olaraq gördüyümüzdə inanın hər iki tərəf də çox rahatlayacaq.
Verdiyimiz kimi, almağı da bilməliyik. Sevgi varlığı almaqdan çox verməklə əlaqəli kimi görünsə də, əgər həddindən çox verici bir rəftar sərgiləsək, qarşımızdan gələcək sevginin bizə çatmasını qeyri-mümkün hala gətirmiş ola bilərik. Ala biləcəyindən çox sevgi göstərərək onu boğmaqdan uzaq durun. Kişinin sevgisini göstərməsinə də fürsət yaradın. Bu gözlədiyimiz şəkildə olmaya bilər. Nə çıxar? Yaxşı niyyətimizi qoruduğumuz müddətcə, içində yatan sevgini görə bilərik.
Ona özünü möhtəşəm hiss etdirin. Kişilər özlərini yaxşı hiss etmək ehtiyacındadır və  bunun tam tərsinə, özlərini qeyri-kafi hiss edə bilərlər. Güclü yönlərini bilsələr də, bu onlara heç cür çatmaz! Belə vəziyyətlərdə ona nə qədər möhtəşəm olduğunu xatırladacaq biri şey də pis olmaz! "Mən həqiqətən möcüzəyəm!" Siz də təsdiqləyin! Buraxın bunu hiss etsin. Sizdən də eşitsin, görsün. Həm yalan da deyil, boşunamı sevdiniz onu? Tam olaraq istədiyi adam ola bilər o! Bu qeyri-mümkün deyil! Yetər ki siz ona özünü yaxşı hiss etdirməyə davam edin. Səmimiliklə əlbəttə ki.
Hər gün yeni bir gündür. Hər günə əlaqənizin ilk günüymüşcəsinə başlayın. Onun həyatınızda olmasından duyduğunuz xoşbəxtliyi özünə mütləq ifadə edin və bunu hər gün fərqli-fərqli yollarla təzələyin. Bir-birinizə duyduğunuz yaxınlıq və sevginiz beləcə qüvvətlənəcək. Nə xoş bir təkrarlanma, elə deyilmi?  "Həyatım səninlə daha gözəldir. Yaxşı ki varsan!" Kiçik bir xırdalıq belə dünyaları dəyişdirə bilər. Unutmayın, kişinizin xoşbəxtliyi, sizin də xoşbəxtliyinizdir.

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 2210
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz