Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişi necə sevilər? (1-ci hissə)
Kişi necə sevilər? (1-ci hissə)
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 2310
Səs ver:
Bu gün bir az daha dəqiq olacam. Şərhsiz. Düz. Kişi işi bir yazıdır bu! Ona görə bildiyim qaydaları maddə-maddə sıralayıram. Hazırsınız?
1) İşə əvvəl özünüzü sevərək başlayın.
2) Onu sırf özü olduğu üçün sevin.
3) Dişiliyinizi və orjinal şəxsiyyətinizi qoruyun.
4) Anası olmayın!
5) Onu həqiqətən tanımağa çalışın. Xəyallar ayrı bir dünyadır!
 
İşə əvvəl özünüzü sevərək başlayın. Hamımızın da bildiyi kimi; özünü sevmək eqoizm demək deyil. Düz məntiqlə belə deyək: Əgər özünüzü sevməyi bacara bilmirsinizsə, bir başqa insanı necə sevəcəksiniz? Sağlam bir sevgidən bəhs edirəm. Sevginin gözləmə və şübhələrdən təmizlənmiş, saf halından… Biz qadınlar digərlərini sevməklə o qədər məşğul oluruq ki; özümüzü sevmə mövzusunda ümumiyyətlə passiv oluruq. Buna nə hal qalır, nə də vaxt! Açıqcası fikrimizdən silinib gedirik. Sevgimizin bütününü kişimizə, uşaqlarımıza və ya bizim üçün qiymətli olan digər insanlara xərcləyirik. Halbuki özünü sevmək, həyatın və balanslı bir şəxsiyyətin təməlində iştirak edir.
Onu sırf özü olduğu üçün sevin. Kişimizin sevdiyimiz bir çox yönü ola bilər. Bəlkə güclü olduqları üçün, bəlkə bizə seksual gəldikləri üçün, bizə ilham verib xoşbəxt etdikləri üçün və ya sırf komiklər, zənginlər vs. deyə… Amma unutmayaq, kişimizi sevmə səbəbimiz bunlar ola bilməz! Onu bir bütün olaraq sevirik əslində. Yalnız bir neçə xüsusiyyəti üzündən deyil ki! Sevgimiz şərtlərə bağlı olmamalıdır. Onu sevirik. O qədər! Digər yandan kişilər də eyni səhvə yol verir. Özlərini yaxşı hiss etdikləri yönləri üzündən qadın tərəfindən sevildiklərini düşünürlər. Qadınlar bu bir xaosdur! Kişilərimizə bu mövzuda köməkçi olacağıq və onları sevməmizin səbəbinin yalnız "özü" olduğunu tez-tez xatırlatmalıyıq.
 Dişiliyinizi qoruyun. Kişimizi təsir etmək istəyərkən ümumiyyətlə özümüz olmaqdan çıxarıq biz. Zamanla başqalaşarıq. Amma eşqimizin qaynağı içimizdə olmalıdır. Fərqliləşdikcə təbiiliyimizi itirərik.  Kişiniz sizə hansı halınızla aşiq oldusa, bunu qorumağa cəhd göstərməlisiniz. Hələ bir də sevgiylə pərçimlərsinizsə, möcüzə olar!
 Anası olmayın! Kişilərin analarına düşkünlüyü əsla bir sirr deyil. Bir ölçüdə bunun davam etməsinə icazə verməlisiniz. Əsla anasının yerinə keçməyə çalışmayın. Sizə eşqi üçün gəldi. Kişini yığıb-yığışdırmaq bir çarə kimi görünsə də, əksəriyyətlə şəxsiyyət qarışıqlığına gətirib çıxarar. Əslində heç bir kişinin, sizdən həqiqətən anası olmanızı istədiyini sanmıram. Xüsusilə uşaq sahibi olduqdan sonra, "iki sevimli" halınızı davam etdirmək xeyli çətindir. Amma mütləq bunu bacarmanız lazımlıdır. Yoxsa bu mövzu dibsiz bir quyuya çevrilər!
 Onu həqiqətən tanımağa çalışın. Xəyallar ayrı bir dünyadır! Kişilərin "Yoldaşım məni anlamır" dediyi nöqtədə vəziyyət çox dəhşətli deməkdir. Hər nə qədər "mən sənin xəmirini bilirəm" ədasıyla kişininin ətrafında dolansa da, qadın hər dəfə onu dinləmək və anlamaq məcburiyyətindədir. Kişimiz haqqındakı hər şeyi bilməmizə imkan yoxdur! Kişilər sanıldığı qədər "sadə tənliklərlə düşünən varlıqlar" olmaya bilər. Bir baxın baxaq; həqiqətən nə deyir? Bəlkə də özü daxil, nə qədər kompleksli biri olduğunun fərqində deyil! Onu sevməyə davam etməli və ona bu sevgimizi, bu diqqəti göstərərək daim hiss etdirməliyik.

/ Mənbə: Qadınlar.biz /


Şərhlər:
Baxılıb: 2310
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz