Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sevdiyini etiraf edə bilməyən kişilər
Sevdiyini etiraf edə bilməyən kişilər
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 4344
Səs ver:
Sevgini etriaf etmək cavanlığa təsir göstərməz. Xanımlar belə istəyir.
Bizim cəmiyyətimizdə kişilər üçün qaydalar fərqlidir. Cavanlıq təhsili kiçikdən başlayır.

"Kişi adam ağlamaz."
Biz də qarşımızda zır - zır ağlayan kişilər görməkdən çox xoşlanmırıq onsuzda.
"Kişi dediyin qorxmaz."
Bizdə "Kişiliyin onda doqquzu qaçmaqdır " .
"Kişi sözündən geri dönülməz."
Biz qadınların sözümüzdən hər an daşınma haqqı gizli tutulmuş demək ki.
"Kişi adam qırmızı geyinməz."
Oh, bizə daha çox yaraşır onsuzda.
"Kişi adam sevgisini göstərib sevdiyini şişirtməz".
"......."
O biriləri normaldır, amma bu sonuncusu qadınları bir az çaşdırır.
Sevdiyini deyə bilməyən, sevgisini göstərmək istəməyən bir çox kişi var. Sevdiyi, aşiq olduğu üçün evlənməmiş də, keçərkən təsadüfən o evə girib qalmağa qərar vermişdir sanki. Qadınların, cavabı müəyyəndir- "Məni sevirsən?" sualına kişilərin cavabları sadədir:"Sevməsəm evlənməzdim."
Bu nöqtədə qadınlar pessimizmə qapıla bilir. Sevmiş olsa sevgisini bildirərdi, demək ki, sevmir tənliyini qururuq başımızda. Çünki yoldaşının davranışlarını özü ilə müqayisə edir. Öz sevgi ifadələrinə cavab ala bilmədiyi üçün, deyilməyənləri hissizliyə yozur. Bu nöqtədə yoldaşının digər davranışlarını araşdırmağa onu dəvət edirəm . Həyat yoldaşı sevgisini demir, amma əslində bəlkə də öz tərzində göstərir sevgisini . Necə?
Məsələn, arvadının başı ağrısa tez həkimə aparır onu. Sağlamlıq mövzusundakı yanlış fikirindən deyil, sevgisindən edir bunu. Alış - verişə çıxanda arvadının ən xoşladığı şirniyyatı alır amma bəzən "Canım çəkdi" deyə aldığını bildirir . Halbuki o bunu sizin üçün edib. Qadınlar günündə arvadının neçə vaxtdır istədiyi şeyi hədiyyə alır, amma uşaqlarının arxasında gizlənir. Kişinin vəzifəsi kimi göstərdiyi bir çox şeyi, əslində həyat yoldaşının sevgisindən edir.
Kişilər həmişə qadınların çox diqqətcil olduğundan, hər sözündən bir məna çıxartdığından şikayət edərlər, amma gəl də çıxartma bu vəziyyətdə. Halbuki sevgi dilə gətirildikcə çoxalan bir hisdir. Bu hiss üzünüzə bir təbəssümlə yapışar. Ancaq sözdə qalan, davranışlara əks olunmayan şeylər əlbəttə qeyri-kafidir. Amma davranışlarla izah edilənləri də bir az dilə tökmək lazımdır. Təqdim edin hər vaxt əhəmiyyətlidir. Hədiyyə paketləri belə bunun üçün edilməz?.
Bəli, bəylər. Sevgini etiraf etmək cavanlığa təsir göstərməz . Xanımlar belə istəyir. Bunu unutmayaq.


Şərhlər:
Baxılıb: 4344
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz