Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kişiləri dəli edən 50 səbəb
Kişiləri dəli edən 50 səbəb
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 11193
Səs ver:
Biz qadınların hansı hərəkətlərinin kişilərin xoşuna gəlmədiyini bilirsinizmi?
Ərinmədim, ətrafımda olan kişilərdən "Bir qızda/qadında xoşunuza gəlməyən cəhətlər hansılardır?”- deyib soruşdum.
Demək olar ki, hamısı aşağıdakı xüsusiyyətləri saydılar.
Bəzilərinə çox hirsləndim, "elə bil, siz də eyni şeyləri eləmirsiz heç?!” deyə içimdə fikirləşdim. Amma obyektiv olacağıma söz verdiyim üçün kişilər nə dedilərsə hamısını yazdım.
Buyurun, kişilərin bizdə xoşları gəlməyən və hətta bəzən onları dəli edən 50 səbəb. Oxuyaq və qeydlərimizi alaq.

1. "Danışmalıyıq” sözü ilə başlayan cümlələriniz (Oğlanların fikrincə, bu cümlə münasibətlərdə ilk sızıntıların meydana gəlməsinin siqnalıdır).

2. Necə olur-olsun alış-verişə bir yerdə getməliyik deməyiniz (Bunu hansı qadın istəməz ki – sevdiyi insanla bərabər shopping!)

3. "Səhər yuxudan duran kimi, axşam yatmamışdan öncə bir-birimizə zəng edək” deməyiniz.

4. "Səncə, mən gözələm?” və bu tipli suallar verməyiniz (Həqiqət eşqinə! Hansı kişi sizin üzünüzə gözəl olmadığınızı deyər?)

5. Dekolte geyib bu şəkildə ətrafdakıların da xoşuna gəlməyə çalışmağınız (Unutmamalıyıq ki, kişilər baxmağı sevirlər, amma öz sevgililərini kiminləsə paylaşmağı əsla sevmirlər).

6. "Mən sənin tanıdığın o qızlardan deyiləm” cümləsi (Bu cümləni dediyiniz an siz də "o” qızlardan olursunuz).

7. Gözəllik salonu və ya alış-veriş verişdə yaşadığınız detalları onlara danışmağınız (Bu anda təsəvvür edin ki, onlar da siz futboldan və ya hansısa avmobilin hansısa detalından danışırlar… – dözülməzdi deyilmi??? :) )

8. Ondan gül-çiçək almaq üçün ona "hiss etdirmədən” təzyiq göstərmək.

9. Gözlədilməkdən.

10. Bədbinlikdən (Hər zaman nədənsə narazıçılıq edən və ya heç bir şeyi bəyənməyən insanla kim bir yerdə ünsiyyətdə olmaq istər ki?)

11. Var-dövlət aşiqliyindən (Heç bir kişi onda qadını cəzb edən amilin pul kisəsi olduğunu qəbul etmək istəməz).

12. Tez-tez mobil telefonla onu aramağınız.

13. Onun mobil telefonunda axtarışlar eləməyiniz.

14. Telefonuna zəng və ya mesaj gələndə "kimdi O?”- deyə soruşmağımız.

15. "Mən sənə demişdim” sözünü deməyimiz (Onun yerinə "hər şey yaxşı olar, narahat olma” deməyiniz onları daha çox sevindirir və sizin qayğınızı hiss edir).

16. Dostlarının yanında ona "aşkım”, "Canım”, "quzum” kimi adlarla çağırıb ondan qarşılıq gözləməyiniz.

17. Ürəkdən qəhqəhə çəkərkən qızların ağzını əlləri ilə örtmələri.

18. Tez-tez keçmiş sevgilərindən danışan qızlar.

19. Onun keçmiş sevgilisi və ya sevgililəri haqqında ondan nəsə soruşmağınız (önəmli olan indi onun sizin yanınızda olmasıdır).

20. Çox yaxın dostunuz olsa belə sevgilinizin yanında başqa bir oğlan haqqında tez-tez danışmağınız.

21. Gündəlik həyatda və ümumiyyətlə çox makiyaj etməyiniz.

22. E-adresi və ya mobil telefonu parollarını ondan soruşmağınız.

23. Həftə sonları səhər-səhər ona zəng etməyiniz.

24. Onu ata, qardaş və ya keçmiş sevgilinizlə müqayisə etməyiniz.

25. Dırnaqlarınızın baxımsız olması.

26. Hər sözə ağlayan, gözü sulu olmağınız.

27. Hadisələri şişirdərək danışmağınız və ya hadisələrə lazım olduğundan güclü reaksiya verməyiniz.

28. Lazımsız qısqanclığınız.

29. Onun anası ilə nədəsə yarışmağınız.

30. Onun bacılarını müzakirə etməyiniz (Bu məsələdə təxmin edə bilməyəcəyiniz qədər kobud ola bilərlər, ona görə də, aman, diqqətli olun).

31. "Səncə, bu qız gözəldir?” sualından (Cavab olaraq "hə” desə qısqanclıq davası, "xeyir” olarsa, yalan danışmaqda ittiham olunmağa görə dava çıxar, yəni istənilən halda mübahisə yaranacaq, ona görə bu sualı heç vaxt verməyin).

32. "Məni nəyə görə sevirsən?” sualı.

33. Yemək üçün hansısa restorana gedəndə dietik yeməklər sifariş verməniz və tez-tez arıqlamalı olduğunuzu deməyiniz.

34. Ona qulaq asmamağınız.

35. Sözünü yarımçıq qoyub söhbəti başqa bir istiqamətə yönəltməyiniz (Xüsusilə də, bu əgər saxladığınız dietaya və ya yan masadakı qızın paltarına aid söhbətdirsə).

36. Tapmaca kimi işarələrlə danışıb, oxu atıb, yayı gizlətməyiniz.

37. Bürclərdən danışmağınız.

38. Ona "çox şirin görünürsən” deməyiniz (Onların gözündə "Şirinsən” sözü ancaq qızlara deyilə bilər).

39. Saçlarıyla oynamağınız.

40. "Soyuq olacaq, əynini bir az qalın elə” deməyiniz (Bu zaman onda "yanımdakı sevgilimdir, ya anam” düşüncəsi yaranır).

41. Elədiyi zarafatlara (pis olsa belə) reaksiya göstərməməyiniz.

42. Ona balaca ayı, ürək şəkli olan nəsə bir şey və ya buna bənzər hədiyyələr almağınız.

43. Çox seriala baxan qızlar və bunu onlara danışmağınız.

44. Mobil telefonunuza baxdığınız serialın mahnısını zənginiz olaraq qoymağınız.

45. Xoşunuz gələn kişi sənətçinin şəkillərini toplamağınız.

46. Qız dostunla onun yanında pıçıltı ilə danışmağınız.

47. Telefona cavab verməyəndə ona "Allah bilir, nə işnən məğul idin ki, telefona cavab verə bilmirdin”- deməyiniz.

48. Onun telefonlarına cavab verməməyiniz (47-48-ci maddələr arasındakı ironiyaya baxın – özü teleefona cavab verməyəndə normaldır, amma onun telefonuna cavab verməməyiniz onu dəli edir).

49. Başqalarının münasibətlərini sizin münasibətlərlə müqayisə etməyiniz.

50. Onun yanında başqa kişiləri tərifləməyiniz.

Müəllif: Muza E.F.


Şərhlər:
Baxılıb: 11193
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz