Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bunları edirsə, sizdən xoşu gəlmir!
Bunları edirsə, sizdən xoşu gəlmir!
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 8890
Səs ver:
Kişilər adətən hisslərini bildirməkdən çəkinir və qadınlardan xoşu gəldiyini hərəkətləri ilə hiss etdirməyə cəhd göstərir.

Mesajlarına gec cavab verirsə
Müasir dövrdə mesaj yazmaq çox asandır və demək olar ki, işıq sürətilə gedir. Sizin mesajınıza cavab yazmırsa və ya neçə saat sonra cavab yazırsa, deməli, siz onun vecinə deyilsiniz. Bu kobud hərəkəti bunu bir daha sübüt etmiş olur.

Aranızda məsafə saxlayırsa
İkiniz baş-başa qaldığnız zaman sizinlə göz təması qura bilmirsə, düşünməyə dəyər. Burada sadəcə fiziki yaxnlıqdan söhbət getmir. Sizinlə heç bir problemini paylaşmırsa, dərdlərini demirsə, deməli, sizi ciddi qəbul etmir. Bələ bir kişidən heç nə gözləmirsinizsə, münasibətlərinizi davam etdirə bilərsiniz.  Yox, onu sevir və ya xoşlanırsınızsa, ondan mümkün qədər uzağa gedin.

Sizi evə qədər ötürmürsə…
Sizə qiymət verən bir kişi, bunu hər dəfə və hər yolla göstərmək istəyər. Birlikdə axşam yeməyi yedikdən sonra sizi evə qədər ötürmək üçün bəhanə gətirməz. Əksinə, sizə kömək edə biləcəyi üçün çox şad olur.

Küçədə sizinlə təmasda olmaqdan çəkinirsə…
Evdə və ya təkcə  ikiniz olduğunuz zaman sizə qorxmadan və çəkinmədən toxunursa, əllərini üzərinizdən heç çəkmək istəmirsə, küçədə ehtiyat edirsə, diqqətli olun. Küçədə əlinizini tutmamaq üçün, əlini cibinə qoyan bir kişi sizdən başqaları ilə də görüşdüyü siqnalını verir. Küçədə sizinlə birlikdə olmaqdan utanan kişidən uzaqlaşın.

Fikirlərinizə qulaq asmırsa…
Həyatınızdakı insanla hər zaman eyni fikirdə olmaq gülməli olardı. Lakin ayrı fikirdə olan insanlar bir məsələni uzun müddət müzakirə edib sonda bir qərara gəlir. Birlikdə olduğunuz insan sizin dediklərinizi hər zaman mənasız və axmaq hesab edirsə, hər dediyiniz sözə burun sallayırsa, sizdən ayrılmaq istədiyini bildirmək istəyir. Sizinlə heç bir mövzuda razılaşmayan insanla necə yaşaya bilərsiniz?

Ancaq gecələr görüşməyi təklif edirsə…
Bəyəndiyiniz kişinin sizə adi bir qadın kimi baxması və bunu qəbul etmək olduqca çətin məsələdir. Dostları bunu dediyi zaman, hətta  onlardan da üz çevirən insanlar da var. Ciddi bir münasibət yaşamaq istəyirsinizsə, ondan qısa zamanda uzaqlaşın.


Şərhlər:
Baxılıb: 8890
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz